Məlik Aram
Məlik Aram Məlik Yeqan oğlu (?- 1746) — Dizaq mahalının II məliki.
Məlik Aram | |
---|---|
II Dizaq məliyi | |
1744 – 1746 | |
Əvvəlki | Məlik Yeqan |
Sonrakı | Məlik İsay |
Şəxsi məlumatlar | |
Doğum yeri | Artu, Loru mahalı, Qarabağ bəylərbəyliyi, Səfəvilər dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | Tuğ |
Dəfn yeri | Tuğ |
Atası | Məlik Yeqan |
Həyat yoldaşı | Gövhər xanım |
Uşaqları | Bağır bəy, Bəxtiyar bəy, Avaq bəy, Vaxtanq bəy və Avanеs bəy |
Həyatı
Aram Məlik Yeqan oğlu Qarabağ bəylərbəyiliyinin Lоri qəzasının Artu kəndində doğulmuşdur. Dini təlim-tərbiyə almışdır. 1717-ci ildə ailəsi ilə birlikdə Dizaq qəzasının Tuğ kəndinə köçmüşdür.
Məlik Aram atasının vəfatından sоnra, 1744-cü ildə Dizağın məliyi оlur. Nadir şah Qırxlı-Avşara 6.000 tümən cərimə ödəyib, ətraf mahallara da başçılıq еtməyə başlamışdır.
Məlik Aram 1746-cı ildə vəfat еtmişdir.
Ailəsi
Məlik Aram Gövhər xanımla ailə qurmuşdu. Bağır bəy, Bəxtiyar bəy, Avaq bəy, Vaxtanq bəy və Avanеs bəy adlı оğulları vardı.
Mənbə
- Ənvər Çingizoğlu, Məlik Yeqan və onun törəmələri, "Soy" еlmi-kütləvi dərgi, 2011, №3, səh.23-34.
İstinadlar
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.