Məlik Ağamalov
Məlik Arif oğlu Ağamalov — Qərbi Avropa ənənələri altında, Barokko üslubunda, əsasən natürmort janrında işləyən rəssam, Azərbaycanın əməkdar rəssamı (2015).
Məlik Ağamalov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, SSRİ→ Azərbaycan |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Atası | Arif Ağamalov |
Fəaliyyəti | rəssam |
Janr | Rəssamlıq |
Həyatı
1962-ci ildə Bakıda rəssam ailəsində anadan olub[1]. Onun dünyagörüşünün formalaşması və, təbii, özünün şəxsiyyət kimi yetkinləşməsi Rəssamlar İttifaqının üzvü olan yaxın qohumları ilə sıx ünsiyyət şəraitində keçirdi. Orta məktəbi bitirdikdən sonra rəssam 1978-ci ildə Ə.Əzimadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə, daha sonra isə 1982-ci ildə o, ciddi seçmə imtahanlarından müvəffəqiyyətlə çıxıb Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəngkarlıq şöbəsinə professor Tahir Salahovun yaradıcılıq emaltxanasına qəbul olundu. Xarici ölkələrdə səfərlərdə olması onun yaradıcılığına bilavasitə təsir edir. Təşkil ounan bir çox sərgilərin iştirakçısı olur. 1997-ci ildə Məlik Ağamalov Azərbaycan Rəssamlar İttifaqına daxil olur və yenidən qrup sərgilərində iştirak etməyə başlayır. Muzeyimizdə rəssamın “Mantis” (kətan, yağlı boya), “Oyun-3” (kətan, yağlı boya) adlı əsərləri nümayiş olunur.
Məlik Ağamalov Azərbaycanın müasir sənətinin "intellektual qanadı"nın əsas fiqurlarından hesab olunur. O, əsərinin məhvər ideyasını məharətlə oynatmaqla, həcmli formalardan istifadə etməklə, materialın fakturasını dəyişməklə, bəzən latın sözlərinin qrafik təsvirini verməklə sanki ara qarışdırır, fitnə-fəsada əl atır, heyrətləndirir, lakin heç vaxt zövqün kövrək sərhədlərini aşmır. Lakin başlıcısı budur ki, rəssam apardığı estetik cəhətdən ölçüb-biçilmiş intellektual oyunun arxasında incəsənətdə başlıca meyarı - insanın daxili aləmini göstərməyi unutmur. Bədii üsullardan geniş şəkildə istifadə edən konseptualist rəssamın əsərləri ölkəmizlə yanaşı Fransa, Almaniya, Böyük Britaniya, Rusiya və BƏƏ-də nümayiş etdirilib[2].
30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülmüşdür.[3]
İstinadlar
- "Əsrlərin qovuşağında: Məlik Ağamalov". 2013-12-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-28.
- "Müasir İncəsənət Muzeyində rəssam Məlik Ağamalovun fərdi sərgisi keçirilib". 2013-04-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-30.
- President. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 30 dekabr 2015. 2017-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-30.