Məlikçobanlı

MəlikçobanlıAzərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Şamaxı rayonunun Məlikçobanlı kəndi Çarhan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Məlikçobanlı kənd Soveti yaradılmışdır.[1]

Şamaxı rayonu, Məlikçobanlı kəndi
Məlikçobanlı
40°32′31″ şm. e. 48°41′14″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.065 nəf.
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 5615
Məlikçobanlı xəritədə
Məlikçobanlı
Məlikçobanlı
<mapframe> problemləri:
  • Attribute "latitude" has an invalid value
  • Attribute "longitude" has an invalid value

Tarixi

XIX əsr qaynaqlarının birində Bakı quberniyasının Şamaxı ərazisinin Qəbiristan sahəsində Məlik çobanı köçü qeydə alınmışdır. Əvvəllər Göyçay qəzasındaŞamaxı qəzasında maldarlıqla məşğul olan Məlik çobanı eli olmuşdur. Keçmişdə hakim mövqeyə malik Xançobanı tayfasına mənsub olan ellərdən birinin Məlik çobanlıların olması göstərilir. Ehtimal ki, Məlik titul və ya şəxs adıdır.[2]

Coğrafiyası və iqlimi

Kənd Zoğalava çayının sahilində, dağ ətəyində yerləşir. Məlikçobanlı palçıq vulkanı ilə məhşurdur. Həmin vulkan 1810-cu ildə aşkarlanıb və bu günədək 4 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 27.05.2019-ci ildə qeydə alınıb.

Əhalisi

Kənd əhalisi 2065 nəfərdir ki, onun da 977 nəfəri kişi, 1088 nəfəri isə qadınlar təşkil edir.

Tanınmışları

  • Mustafayev Qədim İbrahimxəlil oğlu — Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru, professor
  • Abdullayev Əlövsət Zakir oğlu — Azərbaycan dilçisi, fılologiya e.d. (1963), professor (1964), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974)
  • Abdullayev Şakir Zakir oğlu — jurnalist, filologiya elmləri namizədi, Azərbaycan Respublikasının əməkdar jurnalisti
  • Abdullayev Əlikram Zakir oğlu — Azərbaycan fılosofu, fəlsəfə e.d. (1988), professor (1991)
  • Abdullayev Tofiq Əlövsət oğlu — Azərbaycan diplomatı, filologiya üzrə fəlsəfə doktoru
  • Eyvazov Mirsahib Mirələm oğlu — coğrafiyaçı, coğrafiya elmləri namizədi (1971), dosent (1977)
  • Abdullayev Əbilhəsən Zakir oğlu — biologiya üzrə elmlər namizədi
  • Namazov Vaqif Mirzalı oğlu — Fizika-riyaziyyat üzrə elmlər namizədi
  • Abdullayev Cahangir Tacəddin oğlu — iqtisadçı, iqtisad elmləri namizədi (1988)
  • Gülalıyev Çingiz Gülalı oğlu — torpaqşünas, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru (1984)
  • Namazov İlqar Şahlar oğlu — geologiya-mineralogiya üzrə fəlsəfə doktoru (2000), dosent (2012)
  • Gülalıyev Mayıs Gülalı oğlu — fizika üzrə fəlsəfə elmləri namizədi (1991), Dünya iqtisadiyyatı üzrə dosent (2017), İqtisad (2021)
  • namizədi

Şəhidləri

İqtisadiyyatı

Kənddə 347 təsərrüfat var. Əhali əsəsən kənd təsərrüfatı — əkinçilik və maldarlıqla məşğul olur.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.