Məlcək

MəlcəkAzərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd.

Məlcək
40°38′ şm. e. 48°34′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Məlcək xəritədə
Məlcək
Məlcək

Tarixi

Şamaxı r-nu Mirikənd i.ə.d.-də kənd. Dağətəyi ərazidədir. Kənd əhalisi 421 nəfərdir ki, onunda 210 nəfəri kişi, 211 nəfəri isə qadınlar təşkil edir., 94 təsərrüfatı var. Yaşayış məntəqəsi 19 əsrdə Cavad qəzasında yaşayan Qaravəlli Vahid bəyli elatının bir tirəsinin (52 ailə) Məlcək adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır.1886 ilin siyahıyaalma sənədlərində Şamaxı qəzasının Qoşun sahəsində Meysəri kənd icması daxilində Məlcək adlı kənd (19 ailə, 89 nəfər) qeydə alınmışdır. Məlcək türkdilli xalqların toponomiyasında “sığınacaq” mənasında işlənmişdir.[1][2]

İstinadlar

  1. “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 102
  2. N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.168
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.