Məlahət Əhmədova

Məlahət Əhmədova (13 aprel 1972) — Azərbaycan aktrisası.

Məlahət Əhmədova
Doğum tarixi
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktrisa
Təhsili Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Həyatı

Məlahət Əhmədova 13 aprel 1972-ci ildə anadan olmuşdur. 1989-cu ildə Sumqayıt şəhər 4 saylı orta məktəbi bitirmişdir. 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsinə qəbul olunub , ustad Nəsir Sadıqzadənin yaradıcılıq emalatxanasında "Dram teatrı və kino aktyoru" ixtisası üzrə təhsil alıb.1997-ci ildə universiteti bitirib elə həmin ildən dövlət təyinatı üzrə Şuşa Dövlət Musiqili Dram Teatrına aktrisa kimi işə qəbul olub.Paralel olaraq bir müddət Dövlət Gənclər Teatrında Hüseynağa Atakişiyevin rəhbərliyi altında tamaşalarda rollar ifa edib.Teatrda çalışdığı illərdə bu kimi rollar oynayıb: 1. B.Appayev "Gözəllri necə qaçırırlar" -- Sveta 2. S.Bekket "Addım səsləri" -- Mey 3. F.Mustafa "Ağıllı adam" -- Həkim 4. M.F.Axundov "Hekayəti Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli Şah caduküni-məşhur" -- Şərəfnisə 5. N.Hikmət "Bayramın birinci günü" -- Aytən 6. C.Cabbarlı "Aydın" --Böyükxanım 7. Ə.Haqverdiyev "Millət dostları" -- Qadın 8. Elçin "Şuşa dağlarını duman bürüyüb" -- Aparıcı 9. Ə.Haqverdiyev "Dağılan tifaq" -- Peri xanım 10. C.Məmmədquluzadə "Kamança" -- Ana 11. B.Vahabzadə "Yağışdan sonra" -- Nihal 12. A.Məmmədov "Dəli Domrul" 13. Nağıl-tamaşa "Keçəlin nağılı" 14. Nağıl-tamaşa "Göyçək Fatma"

Rejissor Rövşən İsaxın "Aktrisa" bədii filmində,"Sonuncu fəsil","Vicdan haqqı" seriallarında, Elşən Zeynallının "İsmayıl bəy Qutqaşınlı","Saz haqqı","Əziz Əliyev olduğu kimi","Ahıska türkləri","Bir ömrün salnaməsi", Cahangir Mehdiyevin "Qüdsi", Oqtay Əlizadənin "Qəm karvanı",Vasif Məmmədzadənin "Mən Hesyn Arifəm","Söz körpüsü Həmid Araslı" bədii-sənədli filmlərində çəkilmişdir. Eyni zamanda 2000-2001-ci illərdə Lider TV-da efirə çıxan "Vur,çatlasın!" adlı yumoristik bədii tv layihəsində bir çox rolların ifaçısı olub.(xüsusi yazılmış ssenarilər üzrə rollar oynamışdır) Sonra "Pozitiv Media" MMC-de produsor vəzifəsində çalışmışdır. 2004-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio verilişləri QSC-nin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində 2-ci rejissor vəzifəsində çalışır.

Filmoqrafiya

  1. Abbas Səhhət (film, 2007) (qısametrajlı sənədli film) (AzTV) - rejissor assistenti
  2. Qüdsi (film, 2007)
  3. Şamaxı abidələri (film, 2007)
  4. Yuva qurdum söz içində. Məmməd Alim (film, 2007)
  5. Aşiqlər (film, 2008)
  6. Aktrisa (film, 2011)- qulluqçu Zəhra Həsənova
  7. Ləyaqət hücrəsi (film, 2011)
  8. Pərvanələrin rəqsi (teleserial, 2012)
  9. Gün keçdi (film, 2012)
  10. Sonuncu fəsil (teleserial, 2013)
  11. Sərkərdə ləyaqəti. General Əliağa Şıxlinski
  12. Əli Vəliyev
  13. Mən Hüseyn Arifəm...
  14. Əziz Əliyev olduğu kimi
  15. Rəşid bəy Əfəndiyev
  16. Söz körpüsü... Akademik Həmid Araslı
  17. Sənət məbədi
  18. Bədr olmamış hilal
  19. Böyükağa Məmmədov
  20. Müslüm Maqomayev
  21. Nargin
  22. Cabbar Qaryağdıoğlu
  23. Günəşə doğru. Kələntər Kələntərli
  24. Tərcümeyi-hal. Akademik Bəkir Nəbiyev
  25. El adamı. Əyyub İsgəndərov (film, 2009)
  26. Vicdan haqqı (teleserial, 2016)
  27. Yuxu kimi (teleserial, 2019)

Vicdan haqqı serial 2016 Soyuq günəş bədii film 2020 Ahısxa türkləri 2008 Saz haqqı 2006 Əziz Əliyev olduğu kimi 2007 Bir ömrün salnaməsi 2009

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.