Məkkə şərifliyi

Məkkə şərifliyi (ərəb. شريف مكة) və yaxud Hicaz şərifliyi[1] — 968-ci ildən 1813-cü ilə qədər Ərəbistan yarımadasında mövcud olmuş dövlət. 1517-ci ildən etibarən Osmanlı İmperiyasının tərkibinə daxil olmuş,[2] ancaq müstəqilliyini tam itirməmişdi.[2] Osmanlı imperiyasının tərkibində olan Osmanlı Ərəbistanı torpaqlarında öz muxtariyyətlərini qoruyub saxlamışdılar. Məkkə şərifliyi bir qayda olaraq Məhəmməd Peyğəmbərin nəvəsi Həsən bin Əlinin nəsli[3] tərəfindən idarə edilirdi.

Şəriflik
Məkkə şərifliyi
ərəb. شريف مكة
Bayraq
Bayraq
Osmanlı İmperiyası tərkibində muxtar Məkkə şərifliyi
Osmanlı İmperiyası tərkibində muxtar Məkkə şərifliyi
 
 
968  1925

Paytaxt Məkkə
Dövlət dini Zeydi (Şiə) İslam
Sünni İslam (sonra)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

1517-ci ildə bölgə Osmanlılar tərəfindən işğal edilir[2]. Ancaq, Osmanlılar şəriflərin hakimiyyətinə toxunmadılar. Osmanlı İmperiyasının zəifləməsi ilə Hicaz, Nəcd və Ərəbistanın digər bölgələrində Vəhhabilər müstəqilləşməyə meyl göstərdilər. Misir hakimi Qavalalı Mehmed Ali Paşanın oğlu Əhməd Tosun Paşa 1813-cü ildə Hicaza təşkil etdiyi hücumda vəhhabiləri məğlub edir və bölgəni Osmanlılar adına idarə edir. 1845-ci ildə Osmanlı hökuməti Hicaz şərifliyini ləğv etdirir. Yerinə Hicaz vilayəti təşkil edilir. 1916-cı ildə Hüseyn bin Əlinin başçılığında ərəblərin üsyanı nəticəsində bölgə müstəqillik qazandı[4]Hicaz krallığı yaradılır[4].

Məkkə şərifləri

  • 1517–1566 -Şərif Əli
  • 1566–1601 — Şərif Qalib
  • 1797–1803 — Qavalalı Mehmet Əli Paşa
  • 1908–1916 — şərif Hüseyin ibn Əli

Həmçinin bax

Qeydlər

    İstinadlar

    1. Randall Baker (1979). King Husain and the Kingdom of Hejaz. The Oleander Press. p. 2.
    2. "Hejaz (region, Saudi Arabia) -- Britannica Online Encyclopedia". 2015-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-18.
    3. Gerhard Böwering; Patricia Crone; Mahan Mirza (2011). The Princeton Encyclopedia of Islamic Political Thought. Princeton University Press. p. 190.
    4. Francis E. Peters (1994). Mecca: A Literary History of the Muslim Holy Land. Princeton University Press. p. 397
    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.