Məkkə şərifliyi
Məkkə şərifliyi (ərəb. شريف مكة) və yaxud Hicaz şərifliyi[1] — 968-ci ildən 1813-cü ilə qədər Ərəbistan yarımadasında mövcud olmuş dövlət. 1517-ci ildən etibarən Osmanlı İmperiyasının tərkibinə daxil olmuş,[2] ancaq müstəqilliyini tam itirməmişdi.[2] Osmanlı imperiyasının tərkibində olan Osmanlı Ərəbistanı torpaqlarında öz muxtariyyətlərini qoruyub saxlamışdılar. Məkkə şərifliyi bir qayda olaraq Məhəmməd Peyğəmbərin nəvəsi Həsən bin Əlinin nəsli[3] tərəfindən idarə edilirdi.
Şəriflik | |||
Məkkə şərifliyi | |||
---|---|---|---|
ərəb. شريف مكة | |||
|
|||
|
|||
|
|||
Paytaxt | Məkkə | ||
Dövlət dini |
Zeydi (Şiə) İslam Sünni İslam (sonra) |
||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
1517-ci ildə bölgə Osmanlılar tərəfindən işğal edilir[2]. Ancaq, Osmanlılar şəriflərin hakimiyyətinə toxunmadılar. Osmanlı İmperiyasının zəifləməsi ilə Hicaz, Nəcd və Ərəbistanın digər bölgələrində Vəhhabilər müstəqilləşməyə meyl göstərdilər. Misir hakimi Qavalalı Mehmed Ali Paşanın oğlu Əhməd Tosun Paşa 1813-cü ildə Hicaza təşkil etdiyi hücumda vəhhabiləri məğlub edir və bölgəni Osmanlılar adına idarə edir. 1845-ci ildə Osmanlı hökuməti Hicaz şərifliyini ləğv etdirir. Yerinə Hicaz vilayəti təşkil edilir. 1916-cı ildə Hüseyn bin Əlinin başçılığında ərəblərin üsyanı nəticəsində bölgə müstəqillik qazandı[4] və Hicaz krallığı yaradılır[4].
Məkkə şərifləri
- 1517–1566 -Şərif Əli
- 1566–1601 — Şərif Qalib
- 1797–1803 — Qavalalı Mehmet Əli Paşa
- 1908–1916 — şərif Hüseyin ibn Əli
Həmçinin bax
Qeydlər
İstinadlar
- Randall Baker (1979). King Husain and the Kingdom of Hejaz. The Oleander Press. p. 2.
- "Hejaz (region, Saudi Arabia) -- Britannica Online Encyclopedia". 2015-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-18.
- Gerhard Böwering; Patricia Crone; Mahan Mirza (2011). The Princeton Encyclopedia of Islamic Political Thought. Princeton University Press. p. 190.
- Francis E. Peters (1994). Mecca: A Literary History of the Muslim Holy Land. Princeton University Press. p. 397