Məkik diplomatiyası
Məkik diplomatiyası və ya incə toxuma diplomatiyası — iki ixtilaflı tərəf arasında həllə nail olmaq üçün vasitəçi və ya asanlaşdırıcı rolundakı III bir tərəfin klassik diplomatiya qaydalarına əməl etmədən həyata keçirdiyi və hər iki tərəfdə də ardıcıl danışıqlarla nəticəyə çatmağa çalışdığı diplomatiya növü. Bu termin III tərəfin ixtilaflı olan ölkələr (və ya onların paytaxtları) arasında məkik toxuması (İng. - to shuttle) hərəkatından götürülərək adlandırılmışdır.
Məkik diplomatiyası adətən bir-birini rəsmi olaraq tanımayan, ancaq yenə də müzakirə etmək istəyən tərəflər arasında gerçəkləşdirilir. Bu termin ABŞ XİN-i Henri Kissincerin 1979-cu ildə Misir və İsrail arasındakı müzakirələr zamanı Qahirə və Təl-Əvivə etdiyi ardıcıl səfərlərlə yekunlaşdırdığı dövrdə geniş şəkildə işlədilməyə başlamışdır. 60-cı TC XİN-i Əhməd Davudoğlunun 2008-ci il İsrail-Qəzzə qarşıdurmalarında oynadığı rol məkik diplomatiyasına misal göstərilə bilər.
Müasir günümüzdə xüsusilə BMT Baş katibləri böhran vaxtlarında xüsusi təmsilçiləri vasitəsi ilə məkik diplomatiyası həyata keçirdikləri kimi ölkələr də çox vaxt bürokrat və ya diplomat səviyyəsində, bəzən də XİN-ləri vasitəsi ilə eyni üsula əl atmaqdadırlar.