Məhkumlar (film, 2007)

Məhkumlar — rejissor Mehriban Ələkbərzadənin filmi.

Məhkumlar
Janr dram
detektiv
müəmma
məhəbbət
Rejissor Mehriban Ələkbərzadə
Ssenari müəllifi Çingiz Abdullayev
Baş rollarda Sevinc Əlişova-Leyla
Ramil Zeynalov-Eldar
Nurəddin Mehdixanlı-Ənvər
Kəmalə Hüseynova-Əzizə
Rafiq Əliyev (II)-Müstəntiq
Mehriban Xanlarova-Aybikə
Operator Kənan Məmmədov
Bəstəkar Aqşin Əlizadə
Rəssamlar Rafiz İsmayılov, Rafiq Nəsirov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 15 may 2007, Bakı
5 dekabr, 2007, Gəncə
Filmin digər adı Məhkumların Cənnəti
Filmin növü tammetrajlı bədii film
Müddət 91,5 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil Azərbaycan dili
Texniki məlumatlar 10 hissə
35 mm
Rəng rəngli (ağ-qara kadrlarla)
Çəkiliş yeri Bakı
Bakı, Umbakı qəsəbəsi
Bakı, Bilgəh qəsəbəsi
IMDb ID1255975

Məzmun

Filmdə Umbakı qəsəbəsində yerləşən və yalnız Qafqazda olan "Cüzam" xəstəxanasının sakinlərindən bəhs olunur. Əsərdə bu xəstəliyə yoluxmuş insanların cəmiyyətə qaynayıb-qarışması üçün şərait yaradılmasının zəruriliyi vurğulanmışdır.

Əslində hadisələr real həyatdan götürülsə də, film sivil dünyanın hətta əlacsız xəstəliklərə məruz qalmışların xilası naminə onlara insani münasibət qurmaq, bu insanlarla cəmiyyət arasındakı səddin sökülməsi, onlara mərhəmət və qayğı oyatmaq məqsədi daşıyır. Bu film səhiyyənin təhlükəsizlik qanunlarına əsasən cəmiyyətdən təcrid olunan insanların sağ ikən yaxınları üçün itirilməsinə üsyandır. Filmin əsas qayəsi budur ki, nə qədər cəmiyyətdə insanlara bir-birindən fərqli münasibət var, xilas mümkün deyil.

Onlar elə bir bəlaya düçar olublar ki, dustaqlara, əsirlərə həsəd aparırlar. Çünki onlar yaşadıqları halda yaxınları, əzizləri üçün artıq yoxdurlar. Cəmiyyət onlarla üzləşmək belə istəmir. Onlar öz dərdlərini özləri çəkməlidirlər. Dərd isə çarəsiz, ümidsizdir. Söhbət cüzam xəstəxanasının sakinlərindən gedir. Cüzam irsən keçən xəstəlikdir. Əgər kimsə buna düçar olubsa, onun hansısa bir nəslində bu zühur oluna bilər. "Məhkumlar" filminin qəhrəmanı Leylanın (Sevinc Əlişova) başına gəldiyi kimi. Atası (Sabir Məmmədov) onun xəstəliyinin çarəsini tapa bilmədiyindən bu dərdə dözməyib erkən vəfat etmiş, anası isə (Nəcibə Hüseynova) onu Umbakıda yerləşən xəstəxanaya atmışdır. Hətta ailələrində olan digər iki qızın adını qorumaq üçün hamıya onun ölmüş olduğunu bildirib, özləri isə Leylanı birdəfəlik unutmuşlar. Leyla üçün dünya Moskva Tibb Universitetinin tələbəsi Eldarın (Ramil Zeynalov) bu xəstəxanaya təcrübəyə gəlişi ilə başlayır. Eldar Leylanı sevir. Bütün qohumlarının, yüksək vəzifəli atasının iradəsinin əksinə olmuş olsa belə.(Ədəbiyyat Qəzeti, 18 may 2007). Lakin atalar demişkən: Sən saydığını say, gör fələk nə sayır…

Film haqqında

  • Film UMBAKI xəstəxanasının daimi sakinlərinə, onların həyat eşqinə ithaf olunur.
  • Film rejissor Rasim Ocaqovun kino sahəsində son işidir. O, bu filmdə bədii rəhbər idi.
  • Film Çingiz Abdullayevin "Məhkumların cənnəti" əsərinin motivləri əsasında çəkilmişdir.
  • Filmin neqativi Minsk şəhərində köçürülmüşdür.
  • Film ən aşağı maliyyə imkanları və 1970-ci illərin texniki avadanlıqları ilə çəkilib.
  • Bu filmlə ilk dəfə olaraq cüzamlı xəstələrin cəmiyyətdəki yeri ekran təcəssümünü tapıb.
  • Film rejissor Mehriban Ələkbərzadənin ilk tammetrajlı bədii filmidir.
  • Film aktrisa Sevinc Əlişovanın kinoda ilk işidir. Aktrisanın dediyinə görə ağladığı səhnələrin heç birində qliserindən istifadə etməmişdir.
  • Film aktyor Ramil Zeynalovun kinoda ilk işidir.
  • Əsərlərini rusca yazan filmin ssenari müəllifi Çingiz Abdullayev ilk dəfə olaraq bu filmin ssenarisini azərbaycanca yazmışdır.
  • Film 280 min manat büdcə ilə çəkilmişdir.

Səhvlər

  • Davamlılıq səhvi: Leyla müstəntiqin yanına ifadə verməyə gəlib oturanda kamera onu göstərir və saçı qulaqlarını örtəcək şəkildə yanlara tökülmüşdür. İkinci dəfə kamera Leylaya dönəndə artıq Leylanın saçı qulaqlarının arxasına atılmışdır. Həmçinin Leyla otağa yaş saçla daxil olur. Amma növbəti kadrda onun saçı qupqurudur.

Filmin heyəti

Film üzərində işləyənlər

Quruluşçu rejissor: Mehriban Ələkbərzadə
Ssenari müəllifi: Çingiz Abdullayev
Quruluşçu operator: Kənan Məmmədov
Quruluşçu rəssam: Rafiz İsmayılov, Rafiq Nəsirov
Bəstəkar: Aqşin Əlizadə
İcraçı prodüser: Nadir Əliyev
Bədii rəhbər: Rasim Ocaqov
Səs operatoru: Əsəd Əsədov
Rejissor: Ənvər Həsənov
Operator: Tərlan Babayev
Geyim rəssamı: Mehriban Əfəndiyeva
Montaj edən: Nisə Hacıyeva
Qrim rəssamı: Maqsud Məmmədov (II)
Redaktor: Ramiz Rövşən
Musiqi redaktoru: Rauf Əliyev
Məsləhətçi: Emin Şəkinski (polis general-mayoru), Ramiz Cahangirov (polis polkovniki), Şahnaz Baxşəliyeva (Səhiyyə Nazirliyinin T. Y. T. Ş.-nin müdiri)
Rejissor assistenti: Anar Nəsibov, Elbrus Ələkbərov, Vüqar Heybətov
Rejissor köməkçisi: Səriyyəxanım İsayeva
Operator assistenti: Allahverdi Məmmədov, İlham Babayev
Rəssam assistenti: Nigar Babayeva, Elvira Hüseynova
Montajçı: Rahidə Quliyeva
Səs texniki: Elmira Səmədova
Səs-küy səsləndiricisi: Əliqulu Səmədov, Eldəniz Rəsulov
Əlbisəçi: Mehriban Ələkbərova
İşıqçı: Adil Dadaşov, Fuad Əliyev
Çalır: Azərbaycan Dövlət Simfonik Orkestri
Dirijor: Rauf Abdullayev
İcraçı prodüser müavini: Akif Əliyev
İnzibatçı: Ədalət Yunusov, Fəxri İbrahimov, Zülfiyyə Dadaşova

Rollarda

Sevinc Əlişova — Leyla
Ramil Zeynalov — Eldar
Nurəddin Mehdixanlı — Ənvər
Kəmalə Hüseynova — Əzizə
Rafiq Əliyev (II) — müstəntiq
Mehriban Xanlarova — Aybikə Xasməmmədova
Ramiz Novruz — mayor
Yelena Şetinkina — Tanya
Tariyel Qasımov — Vidadi həkim
Nəcibə Hüseynova — Leylanın anası
Sadıq Əhmədov — müfəttiş
Ramiz Məlikov — Cəfər həkim
Ayşad Məmmədov — Leylanın dayısı
Şahin Cəfərov — leytenant
Elşən Rüstəmov — Ramiz Hüseynov
Ü. Mustafayeva
Məhərrəm Musayev — satıcı
Şirin Nəzərova — Leylanın bacısı
A. Rüstəmov
Sabir Məmmədov — Leylanın atası
Gülər Nəzərova — Leylanın bacısı

Filmi səsləndirənlər:

Eldəniz Rəsulov — inspektor (Sadıq Əhmədov) (titrlərdə yoxdur)
Hüsniyyə Mürvətova — Leyla (Sevinc Əliyeva (aktrisa, 1985)) (titrlərdə yoxdur)
Şövqi Hüseynov — Eldar (Ramil Zeynalov) (titrlərdə yoxdur)
Məmməd Səfa — Leylanın dayısı (Ayşad Məmmədov) (titrlərdə yoxdur)
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Çəkilişə köməklik edən qurumlar

14 saylı Birləşmiş Şəhər xəstəxanası
28 saylı Birləşmiş Şəhər xəstəxanası
"Pioner-London" Mağazası

Mənbə

  • "Festivalın ilk filmi "Məhkumlar"". //Ədəbiyyat qəzeti.-2007.- 7 sentyabr. — səh. 2.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.