Məhcur Şirvani
Məhcur Şirvani (Şamaxı) — Azərbaycan şairi.[1]
Məhcur Şirvani | |
---|---|
Doğum yeri | |
Təhsili | Dini təhsil |
Fəaliyyəti | şair, müəllim |
Həyatı
XVIII əsrdə yaşamış Şirvan şairlərindəndir. Həyatı haqqında məlumat yoxdur. XVII - XIX əsrlərdə tərtib edilmiş bir çox cünglərdə şairin onlarca qəzəli, müxəmməs və tərkibbəndi, heca vəznli şeirləri saxlanılır.[2]
Firidunbəy Köçərli “Azərbaycan ədəbiyyatı materialları” əsərində onun “Gəl, vəqtidir” rədifli tərcibəndini çap etdirib.[3]
Ədəbiyyatşünaslıqda “Qisseyi-Şirzad” poemasının Məhcur Şirvaniyə məxsus olması haqqında fikir vardır.
Əsərləri
- "Qisseyi-Şirzad” əsəri
İstinadlar
- Müxtəsər Ədəbiyyat Ensiklopediyası. 1-ci cild, səh.99
- MƏHCUR ŞİRVANİ Arxivləşdirilib 2021-07-09 at the Wayback Machine — Şamaxı Ensiklopediyası
- B.Niyazlı “Şamaxı xanlığı”, Bakı, “Nurlar”, 2014, s.266
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.