Məhbubə xanım Mahmudbəyova

Məhbubə xanım Kərim bəy qızı Mahmudbəyova (11.6. 1902, Şuşa — 13.1.1976, Bakı) — tibb e. d. (1961), prof. (1963), əməkdar həkim (1960), professor, Kərim bəy Mehmandarovun qızı.

Məhbubə xanım Mahmudbəyova
Məhbubə xanım Kərim bəy qızı Mahmudbəyova
Digər adı Məhbubə xanım Mehmandarova
Doğum tarixi
Doğum yeri Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (73 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı Şamil Mahmudbəyov
Atası Kərim bəy Mehmandarov
Fəaliyyəti həkim

Həyatı

Məhbubə xanım Kərim bəy qızı 11 iyun 1902-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Bakıda orta məktəbi bitirəndən sonra ATİ-yə (hazırkı ATU) qəbul olmuşdur. İnstitutu tamamlayandan sonra həkim işləmişdir. Ömrünü doğma təhsil ocağına bağlamışdır. 1933–70-ci illərdə Azərb. Dövlət Tibb İnstitutun mama-ginekologiya kafedrasın dosenti, sonra professoru, sonra isə müdirə işləmişdir. 1968–74-cü illərdə respublikanın mama-ginekoloqları elmi cəmiyyətinin sədri olmuşdu. Tədqiqatı, əsasən, qadın, ana və uşağın sağlamlığının qorunması probleminə həsr edilmişdi. "Ürək-damar sistemi xəstəlikləri zamanı hamiləlik və doğuş" monoqrafiyası (1973) böyük elmi-praktiki əhəmiyyətə malikdir. O, 13 yanvar 1976-cı ildə vəfat edib.

Məhbubə xanım Şamil Həbibbəy oğlu Mahmudbəyovla ailə qurmuşdu.

Mükafatları

Məhbubə xanım Mahmudbəyova 1960-cı ildə əməkdar həkim fəxri adını, "Səhiyyə əlaçısı" döç nişanını almışdı.

Mənbə

Həmçinin bax

  • Ədil bəy Mehmandarov (qardaşı)
  • Rəşid bəy Mehmandarov (qardaşı)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.