Məhərrəm Zülfüqarlı
Məhərrəm Paşa oğlu Zülfüqarlı (19 avqust 1955, Ucar) — tarix üzrə elmlər doktoru, professor
Məhərrəm Zülfüqarlı | |
---|---|
Doğum tarixi | 19 avqust 1955 (68 yaş) |
Doğum yeri |
Həyatı
19 avqust 1955-ci ildə Azərbaycan Respublikasının Ucar şəhərində anadan olub. 1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsi əyani şöbəsini, 1986-cı ildə həmin universitetin aspiranturasını bitirib.
1977–1980-ci illərdə dövlət təyinatı ilə Saatlı rayonu Nərimankənd orta məktəbində müəllim işləyib. 1980–1981-ci illərdə Azərbaycan SSR EA Tarix İnstitutunda baş laborant vəzifəsində çalışıb.
1981–1992-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialında əvvəlcə müəllim, sonra isə baş müəllim vəzifələrində işləyib.1992–1993-cü illərdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatında humanitar məsələlər üzrə şöbə müdiri vəzifəsində çalışıb.1994–1995-ci illərdə Sumqayıt şəhər Mənzil Təsərrüfat Birliyində baş metodist işləyib. 1995–1996-cı illərdə Sumqayıt Texnologiya Texnikumunda müəllim,1998–2001-ci illərdə Bakı Dövlət Universitetində baş müəllim ,2000–2001-ci illərdə Bakı Biznes Universitetində baş müəllim, magistratura şöbəsinin müdiri vəzifələrində işləyib. 2018-2020-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində "Azərbaycan tarixi" fənnini tədris edib. 2007-ci ildən Azərbaycan Turizm və Menecment Universitetində çalışır. Hazırda həmin universitetin "İctimai fənlər " kafedrasının professoru, tarix elmləri doktorudur..Universitetdə nəşr olunan. AAK-ın elmi nəşrlər üçün tövsiyə etdiyi “ Turizm və otelçilik tədqiqatları” jurnalının məsul katibidir.
Evlidir, 2 övladı var
Elmi fəaliyyəti
1990-cı ilədə BDU-nun tarix fakültəsində olan Müdafiə Şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsinə layiq görülünb.2010-cu ildən dosent elmi adını alıb. 27 yanvar 2018-ci iltarixdə BDU-nun tarix fakültəsinin müdafiə şurasında müvəffəqiyyətlə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edib, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 04 iyul 2018-ci il tarixli qərarı ilə tarix üzrə elmlər doktoru elmi dərəcəsi verilib.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 07 .10.2022-ci il tarixli qərarı ilə elmi-pedaqoji fəaliyyətinə görə Tarix elm sahəsinin 5509.01-Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları ixtisası üzrə Professor elmi adı verilmişdir.
AMEA Tarix İnsititutunun nəzdində tarix üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcələri almaq üçün təşkil olunmuş Müdafiə Şurasının üzvüdür.
207 elmi əsərin, o cümlədən 95 kitabın, 104 elmi məqalənin, 8 medodik işin, 600-dən artıq qəzet məqaləsinin müəllifidir. Kitab və məqalələri Azərbaycan, türk,rus, ingilis, fransız, alman, italyan, ispan, potuqal və fars dillərində nəşr olunub.
"Фальсифицированная история Азербайджана с советскими памятниками" və "Роль татаро-монголов в истории Азербайджана (Альтернативный подход к истории XIII-XIV веков)" kitabları rus, ingilis, fransız, alman, italyan, ispan, portuqal dillərində LAP LAMBERT ACADEMIC PUBLISHING nəşriyyatı tərəfindən nəşr olunub.
İctimai-siyasi fəaliyyəti
1997-ci ilin aprel-dekabr aylarında "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzində jurnalist vəzifəsində işləmişdir.
2004–2005-ci illərdə Azərbaycan Milli Araşdırma Assosiasiyasının icraçı direktor vəzifəsində çalışmışdır.
2005-ci ilin May-Oktyabr aylarında "İctimai Liderlər" seçki blokunun rəhbəri olmuşdur. 2005-ci ilin Dekabr ayından İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədridir.
2007-ci ilin Sentyabr ayından Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri, 2020-ci ildən AVCİYA-nın Vitse prezidentidir.
Milli QHT Forumu İdarə Heyətinin üzvüdür.
İştirak etdiyi beynəlxalq seminar, simpozium və konfranslar
1. Rusiya, Samara Açıq Cəmiyyət İnstitutu – yardım Fondu- “ Yerli özünüidarə problemləri”- Oktaybr 1997
2. Azərbaycan, Bakı Böyük Britaniya Konservatorlar Partiyası- « Böyük Britaniya konservatizminin ideoloji kökləri»- İyul 1998
3. Bolqarıstan, Sofiya, Plovdiv ABŞ Respublikaçılar İnstitutu - İlkin Seçki Təcrübəsi -Oktyabr 1999
4. Polşa, Varşava, Lodz ABŞ Milli Demokratiya İnstitutu- Koalisiya təcrübəsi- Aprel 2000
5. Gürcüstan, Tiflis ABŞ Beynəlxalq Respublikaçılar İnstitutu Seçki Akademiyası -Mart 2001
6. İran, Tehran İran İslam Respublikası Xarici İşlər Nazirliyi –“ Region ölkələrin tarixi” elmi konfrans- Oktyabr 2002
7. Gürcüstan, Bakuryani ABŞ Beynəlxalq Respublikaçılar İnstitutu Seçki Akademiyası- may 2004
8. İsveç, Mösko adası İsveç Moderant Partiyası yay məktəbi - Avqust 2004
9. Bolqarstan, Sofiya şəhəri Balkan siyasi klubu Oktyabr 2007
10. ABŞ, Voşinqton. ABŞ senatı, konqresi, müxtəlif İnstitutları və fondlarda təcrüb mübadiləsi. Dekabr 2007
11. İran, Tehran İİR Parlamenti Fələstin Probleminə aid beynəlxalq konfrans Mart 2009
12. Gürcütan, Tbilisi – ASSOCIATION OF EUROPEAN ELECTION OFFICIALS təşkilatının təşkil etdiyi beynəlxalq konfrans- Sentyabr 2010
13. Quzey Kıpris Universitetində təcrübə mübadiləsi- mart 2010
14. Türkiyənin Samsun şəhərində “Qara dəniz” öıkələrində türizmin inkişaf perspektivləri. İyun 2010
15. Polşa, Varşava, Krakov, Lodz AVRONESTin təşkilatçılığı ilə təhsil sahəsində əməkdaşlıq- yanvar 20012
16. Belçika parlamentində “Qarabağ probleminə aid dinləmələr”- mart 2012
17. Almaniyanın Berlin, Frankfurt və Hamburq şəhərləri- fevral 2013
18. İİR Ərdəbil şəhəri Şah İsmayıl Xətainin fəaliyyətinə həsr olunmuş beynəlxal elmi konfrans-Oktyabr 2014
19. Türkiyə Cümhuriyyəti, Kostamola şəhəri MİLLETLERARASI TÜRKİYE-AZERBAYCAN MÜNASEBETLERİ SEMPOZYUMU -may 2016
20. MİLLETLERARASI TÜRKİYE-AZERBAYCAN MÜNASEBETLERİ SEMPOZYUMU - Bakı -oktyabr 2017
21. “Ermenistanın Savaş Suçları ve Karabağ Zaferinin Etkileri” mövzusunda Beynalxalq Konfrans. Türkiyə Cümhuriyyəti, Ankara Universiteti, 20 may 2021
Təltifləri
Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il 1205 nömrəli sərancamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" Yubley Medalı ilə təltif olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Fəxri Fərmanı,(2015)
Millli QHT Forumunun İdarə Heyətinin Fəxri Fərmanı, (2015)
Şah İsmayıl Xətainin fəaliyyətinə həsr olunmuş beynəlxal elmi konfransın (İİR Ərdəbil şəhəri 06 avqust 2014) qızıl nişanı, stolüstü medalı ilə təltif olunub.
Azərbaycan Turizm və Menecment Universiteti Rektorunun Fəxri Fərmanları (2015, 2022-ci illər)