Məhərrəm Seyidov (mayor)
Məhərrəm Seyidov (1 may 1966, Qaraçanta, Amasiya rayonu – 5 may 1994, Tərtər rayonu) — "Azərbaycan Bayrağı" ordeni kavaleri,[1] Birinci Qarabağ müharibəsi iştirakçısı.
Məhərrəm Seyidov | |
---|---|
Məhərrəm Məcnun oğlu Seyidov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 may 1966 |
Doğum yeri | |
Vəfat tarixi | 5 may 1994 (28 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | Azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Rütbəsi | mayor |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Məhərrəm Seyidov 1966-cı ilin 1 mayında Ermənistan Respublikasının Amasiya rayonun Əzizbəyov (Qaraçanta) kəndində anadan olub. 1973–1983-cü illərdə Əzizbəyov (Qaraçanta) kənd orta məktəbində oxuyub. Məktəbdə oxuduğu illər ərzində Cüdo-Sambo ilə məşğul olub. Cudo-Sambo üzrə İdman Ustasıdır. Gənclər arasında Ermənistan çempionu olmuşdur. 1984–1988-ci illərdə Ukraynanın Donestk Ali Hərbi Məktəbində hərbi biliyin sirlərinə yiyələnib. 1987-ci ildə kecirilən Hərbçilər arasında Cüdo yarışında Ukrayna çempionu olub. 1988–1992-cü illərdə SSRİ-nin Saratov Samara Ulyanski olan Hərbi hissələrdə Tağım və Bölük komandiri və Qərargah rəisi kimi xidmət edib. 1994-cü il Qarabağ uğrunda gedən qızğın döyüşlərdə canından çox sevdiyi əsgərləri ilə birlikdə Məhərrəm Seyidov vətənə olan borcunu layiqincə qaytardı. Donetskdə ali hərbi təhsil almışdır.[2]
Cüdo və sambo üzrə Ermənistan SSR çempionu idi.[2]
Döyüşlərdəki iştirakı
Azərbaycanda müharibə başladığı zaman 1992-ci ildə qəhrəmanımız Şövkət Hacıyevanın çıxışındakı "Mən xaricdə qulluq edən Azərbaycan oğulların müraciət edirəm. Bu gün ki, gündə Azərbaycanın onlara ehtiyacı var. Əgər bugünkü gündə kim gəlməsə Azərbaycan torpağında gəzmək onlara haramdır" sözlərini eşitdikdən sonra ərizə yazaraq Azərbaycana göndərişini tələb edir. 1993-cü ilin Yanvar ayında Səfər Əbiyevin vasitəsi ilə Baş Leytenant kimi 704 saylı briqadanın tərkibində olan 741 saylı hərbi hissənin Tabor komandiri ilə vəzifəsinə başlayır. Bundan sonra o Kapitan olaraq 741 saylı Hərbi Hissənin komandiri vəzifəsinə təyin olunur. 741 saylı Hərbi hissə Ağcabədidə olarkən erməni işğalçılarının Beyləqana hücum edib Binəqdi Taboru darmadağın olduqdan sonra Göytəpə polkunun 1-ci taboru Ağcabədidən gəlib Beyləqanı müdafiə edir. Bundan sonra Ali Baş Komandan "Eşq olsun Qəhrəman Prişib polkuna" söyləyərək ona təşəkkür elan edir. Müdafiə Nazirnin əmri ilə 888 saylı Hərbi Hissəyə təyin olunur. Qusarda olan hazırlıqlardan sonra Tərtərin müdafiəsi üçün General-Mayor Elburus Orucun xidmətinə verilir. 1 may 1994-cü ildə Tərtər istiqamətində gedən döyüşlərin birində Hərbi Hissə komandiri olaraq ön cəbhədə döyüşərkən ağır yaralanır. Əsgəri Pərvizlə birlikdə sürünərək xəndəyə gizləniblər ki, erməniyə girov düşməsinlər. Bunu eşidən Elburus Orucov şəxsən özü iştirak etməklə bütün Korpusa döyüş əmiri verir. Kapitan Seyidovun yaralı və ya meydini gətirilməsini tələb edir. Mayın 3-ü əsgərlərdən biri kapitanı qanaxmadan ölü vəziyyətdə tapır. 5 may 1994-cü ildə İkinci Fəxri Xiyabanda dəfn olunur. Qarabağ müharibəsində komandirlik etdiyi hərbi hissənin əsgərləri qəhrəmancasına onunla birgə döyüşən və həlak olan iki əsgərin Pərviz Hüseynov və Asif Novruzovun məzarı da onunla yanaşıdır. Ölümündən 32 gün sonra Mayor rütbəsi təsdiqlənir. O cümlədən ölümündən sonra Heydər Əliyevin 16 sentyabr 1994-cü il qərarı ilə "Azərbaycan Bayrağı" ilə təltif olunur.
Xatirələr
Nurəddin Ağayevin xatirələrindən: “Həmin anları yenidən xatırlamaq mənim üçün dəhşətdir. Hər şey gözümün qabağındadır. Hərbi hissəyə Qırmızı kəndin ermənilər tərəfindən alınması barədə məlumat gəldi. Düşmən qüvvəsi barədə xəbərsiz idik. Buna baxmayaraq tərəddüd etmədən kəndə daxil olduq. Qızğın döyüş gedirdi müasirəyə düşdük, 21-nəfərimiz şəhid oldu. Özüm isə ağır yaralandım. Yanımdakı iki əsgər mənə yaxınlaşaraq kömək etmək istədi. Elə bu zaman tankdan atəş açdılar. Üçümüzdə yerə yıxıldıq. Huşumu itirdim. Ayılanda yanımdakıların şəhid olduqlarını gördüm. Çox dəhşətli bir mənzərə idi. Mənə kömək etmək istəyən əsgərlər yanımda şəhid olmuşdular.[mənbə göstərin]
Birinci Qarabağ müharibəsində
Məhərrəm Seyidov 741 saylı hərbi hissənin komandiri olmuşdur. 5 may 1994-cü il tarixində kapitan rütbəsində ikən vəfat etmiş və ölümdən 32 gün sonra mayor rütbəsi ilə təltif edilmişdi[3]. O, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli, 202 nömrəli Fərmanı ilə "Azərbaycan Bayrağı" ordenilə təltif edilmişdi[1].
Mükafatları
- 16.09.1994 — "Azərbaycan Bayrağı" ordeni[1].
İrsi
Qaradağ rayonu Sahil qəsəbəsinin küçələrinin biri məhz Məhərrəm Seyidovun adını daşıyır.
Sahil qəsəbənin mərkəzində şəhidin büstü qoyulmuşdur.
Haqqında rejissor Elşən Rüstəmovun quruluşunda "Amasyadan olan unudulmuş qəhrəman" adlı sənədli film çəkilib.[4]
Qalereya
İstinadlar
- "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli, 202 nömrəli Fərmanı Arxivləşdirilib 2022-07-03 at the Wayback Machine (az.)
- 102 erməni öldürən azərbaycanlı komandirin oğlu- Fotolar+Video Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine qafqazinfo.az (az.)
- “Ayın 23-ü və 25-i tarixlərində edilən 2 hücum zamanı düşmənin 102 əsgəri məhv edilib” Arxivləşdirilib 2018-12-18 at the Wayback Machine azxeber.com (az.)
- “Amasyadan olan unudulmuş qəhrəman”: Sabiq hərbi hissə komandiri haqqında sənədli film çəkilib: [rejissor Elşən Rüstəmovun quruluşunda, Məhərrəm Seyidova həsr olunmuş eyniadlı sənədli film haqqında] //Mədəniyyət.- 2014.- 20 avqust.- S. 4.