Məhərrəm Musayev (pedaqoq)
Musayev Məhərrəm Aslan oğlu (1932 – 23 fevral 1991, Ağdam) — Azərbaycan alimi, texnika elmləri namizədi; Ağdam kənd təsərrüfatı mexanikləşdirmə və elektrikləşdirmə texnikumunun direktoru (1978-1991).
Məhərrəm Musayev | |
---|---|
Məhərrəm Aslan oğlu Musayev | |
Doğum tarixi | |
Doğum yeri | Şişqaya, Basarkeçər, Göyçə |
Vəfat tarixi | |
Vəfat yeri | Ağdam |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Elm sahəsi | texniki elmlər |
Elmi dərəcəsi | Tехnikа еlmləri namizədi |
İş yerləri | Ağdam Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumu |
Tanınır | pedaqoq-alim |
Həyatı
Məhərrəm Musayev 1932-ci ildə qədim Göyçə mahalının Basarkeçər rаyоnunun Şişqaya kəndində аnаdаn оlub.[1]
S.Ağamalıoğlu adına "Şərəf nişanı" ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib.
Məhərrəm Musayev Ağdam kənd təsərrüfatı mexanikləşdirmə və elektrikləşdirmə texnikumun dərs hissə müdiri (1953-1961), direktoru (1961-1974), Ağdam rayon texniki birliyin rəisi (1974-1978), Ağdam kənd təsərrüfatı mexanikləşdirmə və elektrikləşdirmə texnikumun direktoru (1978-1991) vəzifələrində çalışmışdır.
Texnikum hazırda Məhərrəm Musayevin adını daşıyır.
23 fevral 1991-ci ildə Ağdam Şəhərində vəfat etmiş və Ağdam Şəhərində qədim tarixə malik "Qaraağacı" qəbiristanlığında dəfn olunmuşdur.
Kitabları
- "Kamillik dünyasına çağırış, yaхud dəryadan damla". Ağdam, 1990. 54 səh.
İstinadlar
- Orxan Zakiroğlu (Baharlı). Ağdamda təhsil (1883-1993). Bakı, "Ecoprint", 2018, səh. 477-478.
Həmçinin bax
- Mikayıl Bayramov, Tofiq Hüseynov və Yunis Rzayevin qudasıdır.
- Ziyad Abbasovun bacısının yoldaşıdır.
- Mehman Bayramovun qayınatasıdır.
Ədəbiyyat
- Tofiq Hüseynov. "Dünyаnın şirnisin, аcısın dаddım", Bakı, "Təbib", 2006. səh.190-193.
- Sərraf Şiruyə, "Göyçədən gələn səslər", Bakı, "Nurlan", 2008, səh.93-97.
- Tofiq Hüseynov. "Qoşa qəlbin duyğuları", Bakı, "Təbib", 2008, səh.205-215.