Məhərrəm Hüseynov

Məhərrəm Mirzə oğlu Hüseynov (1915, Qaracəmirli, Yelizavetpol qəzası) — Azərbaycan SSR Ali Məhkəməsinin sədri (13 aprel 1951–12 mart 1957).

Məhərrəm Hüseynov
bayraq
Ali Məhkəmənin sədr müavini
bayraq2
12 mart 1957 17 martın 1962-ci il
Azərbaycan SSR Ali Məhkəməsinin sədri
bayraq2
10 aprel 1951 12 mart 1957
SonrakıSənan Musayev
Azərbaycan SSR Ədliyyə Nazirinin müavini
bayraq2
1945 1951
bayraq
Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri
bayraq2
1945 1945
bayraq
Naxçıvan MSSR Ali Məhkəməsinin sədri
bayraq2
1941 1945
Şəxsi məlumatlar
Doğum tarixi 1915
Doğum yeri

Həyatı

Məhərrəm Hüseynov 1915-ci ildə Şəmkir (keçmiş Şamxor) rayonunun Qaracaəmirli kəndində anadan olmuşdur. 1938-ci ildə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Hüquq fakültəsini bitirmişdir.

1937-ci ildə Azərbaycan SSR Ali Məhkəməsi cinayət işləri üzrə məhkəmə kollegiyasının katibi, 1938-ci ildə isə Azərbaycan SSR Ədliyyə Nazirliyində məsləhətçi vəzifələrində işləmişdir. 1938–1941-ci illərdə Şəmkir rayon birinci dairəsinin xalq hakimi olmuşdur. 1941-ci ildə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü seçilmişdir.

1941–1945-ci illərdə Naxçıvan MSSR Ali Məhkəməsinin sədri işləmişdir. Həmin vəzifədən azad olunduqdan sonra 1945-ci ildə qısa bir müddət ərzində respublika Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri vəzifəsini icra etmişdir. 1945–1951-ci illər ərçində Azərbaycan SSR Ədliyyə Nazirinin müavini olmuşdur.

10 aprel 1951-ci ildə Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsinə təyin olunmuş və 12 mart 1957-ci ilədək həmin vəzifədə işləmişdir. 1957-ci ilin mart ayının 12-də Ali Məhkəməyə yeni seçkilərin keçirilməsi ilə əlaqədar Məhərrəm Hüseynov Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsindən azad edilmişdir. Həmin vaxt o, Ali Məhkəmənin üzvü seçilərək Ali Məhkəmənin sədr müavini vəzifəsinə təsdiq olunmuş və 1962-ci il martın 17-dək həmin vəzifədə işləmişdir. Bundan sonra Məhərrəm Hüseynov 1 sentyabr 1971-ci ilədək müxtəlif məsul vəzifələrdə çalışmışdır.

1971-ci il avqust ayının 31-də Məhərrəm Hüseynov Azərbaycan SSR Ədliyyə Naçirliyi Notariat və VVAQ idarəsinin rəisi və nazirliyin kollegiya üzvü təyin olunmuşdur. 1976-cı ilin mart ayında həmin vəzifədən təqaüdə çıxmışdır.[1]

İstinadlar

  1. "Arxivlənmiş surət". 2019-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-05.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.