Məhərrəm Əsədov

Əsədov Məhərrəm Soltan oğlu (15 sentyabr 1950, Qubadlı rayonu) — "Azəravtoyol" ASC-nin Texniki İdarəsinin rəisi, "Şöhrət" ordeni (2012-ci il)[1]

Məhərrəm Əsədov
Məhərrəm Soltan oğlu Əsədov
Doğum tarixi
Doğum yeri Qubadlı rayonu
Xələc kəndi
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan SSRAzərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
İxtisası Yol mühəndisliyi
Təhsili Azərbaycan Politexnik İnstitutu
Fəaliyyəti inşaatçı-mühəndis
Fəaliyyət illəri 1972-indi
Mükafatları "Şöhrət" ordeni

Həyatı

Əsədov Məhərrəm Soltan oğlu 15 sentyabr 1950-ci ildə Qubadlı rayonunun Xələc kəndində anadan olmuşdur.

1967-ci ildə rayon orta məktəbini bitirmiş və həmin il Azərbaycan Politexnik İnstitutuna qəbul olunmuşdur. 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunun Nəqliyyat fakültəsini bitirib və təyinatla Nazirlər Soveti yanında Baş Şosse Yolları İdarəsinə işə qəbul edilmiş və layihə instutunda müxtəlif vəzifələrdə çalışmışdır.

O, layihə işində "Azəryolayihə" Layihə İnstitutunun baş mühəndisi vəzifəsinə qədər yüksəlmiş, 1978-ci ildən 1979-cu ilin may ayına qədər olan dövr ərzində Moskva avtomobil yolları institutunda layihələndirmə işlərinin avtomatlaşdırma işləri üzrə 7.5 aylıq kurs keçərək xüsusi diploma layiq görülmüşdür.

M.S. Əsədov 2000-ci ildə Pan Arab konsalt məsləhətçi firmaya mühəndis vəzifəsinə işə qəbul edilmişdir.

Əmək fəaliyyəti dövründə 200-dən çox layihənin və səkkizdən çox səmərəli təklifin müəllifi olmuşdur. Bu layihələrdən ən vacibi Murov dağın zirvəsindən keçən Gəncə-Toğana-Kəlbəcər avtomobil yolu, ən möhtəşəmi isə Gəncə şəhərinə giriş avtomobil yolunda Nizami məqbərəsi önündə yol kompleksinin layihəsi olmuşdur.

M.S. Əsədov 2008-ci ildən Beynəlxalq Nəqliyyat Akademiyasının akademiki vəzifəsinə seçilib. 2005-ci ildən "Azəryolservis" ASC-nin Texniki İdarəsinin rəisidir.

Azərbaycan Respublikası Prezidentinin 9 mart 2016-cı il tarixli Fərmanı ilə "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Məhərrəm Əsədov hazırkı vaxtda "Azəravtoyol" ASC-nin Texniki İdarəsinin rəisi vəzifəsində çalışır.

"Azəravtoyol" ASC-nin son illərdə qazandığı uğurlarda texniki idarənin rəisi kimi onun da böyük əməyi və rolu vardır.

Ailəsi

Ailəlidir. Iki övladı, dörd nəvəsi var.

Mükafatları

  • 21 fevral 2012-ci il tarixdə Əsədov Məhərrəm Soltan oğlu Azərbaycanda nəqliyyat-yol infrastrukturunun inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. 21.02.2012[2]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.