Məhərrəm Əliyev (general)

Məhərrəm Abış oğlu Əliyev (20 oktyabr 1951, Maxta, Noraşen rayonu) — Azərbaycan siyasətçisi və diplomatı, Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri (2023).

Məhərrəm Əliyev
bayraq
Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri
bayraq2
Vəzifədədir
9 dekabr 2023-cüildən
bayraq
Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri
bayraq2
29 noyabr 2019 09 dekabr 2023
Prezidentİlham Əliyev
5 iyun 2017 29 noyabr 2019
NazirFikrət Məmmədov
bayraq
Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri
bayraq2
20 avqust 2007 26 may 2011
SonrakıAbbasəli Həsənov
noyabr 1993 iyun 2007
ƏvvəlkiCavanşir Məmmədov
SonrakıRafiq Abbasov
Şəxsi məlumatlar
Doğum tarixi 20 oktyabr 1951(1951-10-20) (72 yaş)
Doğum yeri
Fəaliyyəti siyasətçi, diplomat, hüquqşünas, polis əməkdaşı[d]
Rütbəsi
General-polkovnik

Təltifləri "Azərbaycan Bayrağı" ordeni  — 1998 "Şöhrət" ordeni  — 2021 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni  — 2014 "Vətən uğrunda" medalı  — 2013
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Əliyev Məhərrəm Abış oğlu 1951-ci ilin oktyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində doğulub. 1973-cü ildən Daxili İşlər orqanlarında xidmət edib. 1978-ci ildə Moskva şəhər Orta Xüsusi Milis Məktəbini bitirdikdən sonra şəhər milis İdarəsi 131 saylı milis bölməsinə cinayət işləri üzrə əməliyyat müvəkkili vəzifəsinə təyin edilib.

1980–1992-ci illərdə Bakının rayon polis idarələrində cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət aparıb. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirib. Bakı şəhərinin Nizami, Sabunçu, Xətai, Səbail rayon Polis İdarələrində rəhbər vəzifələrdə çalışıb. 1993-cü ilin noyabrından 2007-ci ilin iyun ayınadək Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub.

2007–2011-ci illərdə Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2012-ci il tarixli Sərəncamı ilə general-leytenant hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətə qəbul edilib.

2012–2017-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini təyin edilib.

2019-cu ilin noyabrında Prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin edilib.[1]

9 dekabr 2023-cü il tarixində prezidentiin sərəncamı ilə hərbi geyim formasını daşımaq hüququ verilməklə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıb. Dövlət başçısının digər Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib.[2] Prezidentin daha bir Sərəncamı ilə o, Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.[3]

Ailəsi

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı Adil Əliyev Məhərrəm Əliyevin qardaşıdır.

Mükafatları

24 dekabr 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Azərbaycan bayrağı" ordeni ilə[4], 25 iyun 2013-cü ildə "Vətən uğrunda" medalı ilə[5], 24 iyun 2014-cü ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni[6] ilə təltif olunub.

19 oktyabr 2021-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif olunub[7]

İstinadlar

  1. "Məhərrəm Abış oğlu Əliyev". justice.gov.az. 2023-08-04 tarixində arxivləşdirilib.
  2. "M.A.Əliyevin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-09.
  3. "M.A.Əliyevin Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-09.
  4. "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ FƏRMANI". 2018-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-28.
  5. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2022-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-28.
  6. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2020-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-28.
  7. "M.A.Əliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-19.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.