Məhəmməd Tağı Zehtabi
Məhəmmədtağı Zehtabi — pedaqoq, ədəbiyyatşünas, tarixçi, milli mədəni fəal.
Məhəmmədtağı Zehtabi | |
---|---|
Digər adı | Məhəmmədtağı Kirişçi |
Doğum tarixi | |
Doğum yeri | Şəbistər, İran |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Şəbistər, İran |
Vəfat səbəbi | ürək tutması |
Fəaliyyəti | yazıçı |
Həyatı
Məhəmmədtağı Zehtabi 1923-cü il oktyabrın 13-də Şəbüstərdə anadan olub.[1]
Babək qalası qurultayı və Zehtabi
Quzey Azərbaycanın azadlığa çıxması güneydə də yeni ümidlər yaradır. Professorlar Məhəmmədtağı Zehtabi və Həsən Dəmirçinin rəhbərliyi ilə fəallar hər il Babək qalasına toplanmağa başlayırlar. Fəallar Babəkin müstəmləkəçiliyə, işğala qarşı mübarizə aparmasını, onun dönməzliyini özlərinə simvol seçiblər. Hər il bu qurultay təkrarlandıqca iştirakçıların sayı artır və bu artıq bir xalq hərəkatına çevrilir. Burada şeirlər söyləyib musiqilər ifa edirlər. Rəqslər edib tamaşalar göstərirlər.[2]
Ölümü
Məhəmmədtağı Zehtabi 1998-ci ildə Təbriz yaxınlığındakı Şəbistər şəhərində evində ölmüş halda tapılır. Bəzi güneyli qruplar onun ölümünün təbii olmadığı və qətlə yetirildiyini irəli sürürlər. Mərhum Zehtabinin adı İslam Respublikasına müxalif qrupların yayımladığı şübhəli ölümlər və siyasi qətllər siyahısında da dərc edilib.[3]
Kitabları
- Məhəmmədtağı Zehtabi. Müasir ədəbi azəri dili (səs – sərf). Təbriz «Aşina», 1379
- Məhəmmədtağı Zehtabi. «Ərmağane Azərbaycan » dərğisi. Təbriz
- Məhəmmədtağı Zehtabi. «İslama qədər Iran türklərinin dili və ədəbiyyatı». Təbriz, «Əхtər» nəşriyyatı, 1380
- Məhəmmədtağı Zehtabi .«Iran türklərinin əski tariхi». II cilddə Təbriz , 1999
İstinadlar
- Pərvanə Məmmədli. Cәnubi Azәrbaycan: әdәbi şәxsiyyәtlәr, portretlәr (PDF). Bakı: Sabah. 2015. səh. 101. 2023-04-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-04-06.
- Rəcəb Həsənbəyov. Babək Qalası Qurultayı Arxivləşdirilib 2018-07-11 at the Wayback Machine. — milliyyet.info saytı, 2018.
- Əlirza Quluncu. Şəbistərdə güneyli alim Zehtabinin xatirəsi anılıb Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine. — amerikaninsesi.org saytı, 2017.
Mənbə
- Pərvanə Məmmədli. "Başqa dilim, elim var mənim!, // "Cənubi Azərbaycan: ədəbi portretlər, şəxsiyyətlər", Bakı, Sabah, 2015.
- Pərvanə Məmmədli. MƏHƏMMƏDTAĞI ZEHTABİ Arxivləşdirilib 2019-03-23 at the Wayback Machine. — gunaz.tv saytı, 24 İyul 2013
Ədəbiyyat
- Pərvanə Məmmədli. "Cavabı 70 il boyu axtarılan sual" 21 Azər” dərgisi, Dortmund, 1999, 1- ci say
- Pərvanə Məmmədli. Qəlbi daim millət sevgisi ilə döyünən ziyalı. ”Güney Azərbaycan”(Məlumat kitabı) Bakı, 2000, s. 361-362
- «Dilmac» dərgisi , yanvar 2004, səh. 8.