Mirzə Rza Kəlhur

Mirzə Rza Məhəmmədrəhim bəy oğlu Kəlhur (1829, Gilan Qərb, Kirmanşah ostanı19 avqust 1892, Tehran) — XIX əsr İran xəttatı.

Mirzə Rza Kəlhur
fars. میرزا محمدرضا کلهر
Doğum tarixi
Doğum yeri Kirmanşah, İran
Vəfat tarixi
Vəfat yeri İran, Tehran
Vəfat səbəbi vəba
Dəfn yeri
Vətəndaşlığı İran İran
Milliyyəti Kürd
Fəaliyyəti Şair, tarixçi, xəttat
Əsərlərinin dili Fars dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Nasirəddin şah Qacar dövrünün görkəmli şəxsiyyətlərindən biri olan xəttat Mirzə Rza Kəlhur (1829-1892) Azərbaycanda nəstəlik xəttinin tanınmış və məşhur ustadlarındandır. Xəttatların coxu onun xəttini Mir İmad Qəzvininin xəttindən ustun tuturdular. Məlum olduğu kimi Mir İmad Qəzvini bu xətt növünün böyük ustadı hesab olunur. Məhəmmədhəsən xan Etimadussəltənə 1889-cu ildə yazdığı “Əl-Məasir vəlasar” əsərində öz müasiri haqqında belə yazır: “Mir İmad Qəzvinidən sonra nəstəliq xətti ilə yazmaqda ona bərabər olan yoxdur. Bu incəsənətin böyük ustadları onun xəttini Mirin xətti ilə muqayisə edirlər. Dərviş təbiətli, xosxasiyyət, zarafatcıl bir adamdır. Xarici görkəmi və fitri istedadı ilə bütün xəttatlardan secilir. Digər xəttatlardan üstün, şöhrətli olmasına baxmayaraq, hələ də, yuksək dairələrdən ozunə vəzifə və yardım almır, oz əllərinin zəhməti ilə dolanır”. ([1]). 1829-cu ildə anadan olmus Mirzə Məhəmmədrza Kəlhur Kəlhurun atlı dəstəsinin başçılarından olan Məhəmməd Rəhim bəyin oğludur. Atasının sənətinə o qədər də həvəsi yox idi və bu cəhətdən ona rəğbət bəsləmirdi. Gəncliyindən xəttatlığa meyli onu həddən artıq şövqlə bu sahədə çalısmağa sövq edirdi. Ömrünün gənclik illərində Mirzə Məhəmməd Xansarinin yanında (bu sənətkar Tehranda Şah məscidinin eyvanını bəzəyən kitabələrin muəllifi olan Ağa Məhəmməd İsfahanının sagirdidir) öyrənmiş, məşq etmişdir. O, 1884-cu ildən Tehranda cıxan “Sərəf” ruznaməsinin xəttatı kimi fəaliyyət göstərməyə başlamışdı və qəzet Etimadussəltənənin rəhbərlik etdiyi Nəşriyyat nazirliyinin nəzarəti altında çap olunurdu. Kəlhur haqqında ilk məlumatı onun şagirdi, tarixçi alim Abdulla Mustofi vermisdir. Onun xatirələrindən müəlliminin açıq ürəkliliyini, xəttatlıq sənətinə məhəbbətini, sagirdləri ilə xos rəftar edən mudərris olmasını oyrənirik. Kəlhur köhnə əlyazmaların üzünü köçürməklə İsfahan və Qəzvində Mir İmadın xəttini öyrənmiŞ, sənətkarlıqda öz ustadını ötmüşdü. Onun şöhrəti Nasirəddin şaha çatdıqda, onu Tehrana dəvət edərək, nəşriyyat nazirliyində işləməyi təklif etmişdi. Kəlhur Nasirəddin şaha xəttatlıq sənətini öyrədirdi. O, iri həcmli mətnləri köçürməyi xoşlamırdı, əsasən kicik vərəqlərdə yazırdı ki, bu numunələr də çox təəssuf ki, qalmamışdır. Onun xətt numunələrini litoqrafiya usulu ilə çap olunmus kitablarda axtarmaq lazımdır. Məsələn, Firuqi “Divan”ı ilə bir yerdə cap olunmus Qaani “Divan”ı onun ilk islərindəndir. Kəlhur İranın Nəşriyyat naziri Məhəmmədhəsən xan Etimadussəltənənin nəsriyyatla əlaqədar bir sıra işlərinə kömək edirdi. Məhəmmədhəsən xanın nəşr etdirdiyi və Nasirəddin şahın Xorasana 2-ci səfərinə həsr olunmus “Orduye Humayun” qəzeti və “Rəsmli səyahətnamə” məcmuəsi Kəlhurun incə xətti ilə yazılmısdır. ([2]). Kəlhur cox zaman xəttatlıqla məsğul olarkən siyasətdən danışar və dövlətin kobud, yersiz rəftarını gizlətmədən, açıq-aydın, sadə xalq dilində tənqid edərdi. Onun Tehran alimlərindən yalnız Ağa Məhəmməd Həcmabadiyə (İranda mutləqiyyət və mustəmləkəcilik əleyhinə mubarizə aparan məshur din xadimi) etiqadı var idi. Digərlərinə umumiyyətlə biganə idi. Kəlhur 1892-ci ilin avqust ayında 65 yasında vəba xəstəliyindən vəfat etmisdir və Tehranda Həsənabad qəbiristanında dəfn edilmisdir. Onun çap olunmus işləri bunlardır: “Məxzənul-insa”, “Feyzəd-dumu”, “Ruziameyi Şərəf”, “Səfərnameyi-Xorasan və İraqi Nasriəddin şah”, “Divani-Furuqi-Bəstami”.

İstinadlar

  1. Məhəmmədhəsən xan Etimadussəltənə, Əl-Məasir vəlasar, Tehran, 1889, s. 203
  2. Щеглова О.П. Каталог литографированных книг на персидском языке, в собрании. ЛО ИВ СССР, том 1. Москва: Наука, 1975, 400 с., s. 44

Xarici keçidlər

Xəttatlıq çox pis şeydi. Heç vaxt xəttat olmaq fikrinə düşməyin. Düşənlər 3131-ci ilə qədər Əzab çəksinlər. Bir də ki Bir qız var Adı N ilə başlayır. I love she.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.