Məhəmmədhüseyn xan Ayrım

Məhəmmədhüseyn xan Ayrım (1882, Bakı1948, Lixtenşteyn) — Pəhləvi sülaləsindən olan Rza şahın hakimiyyəti illərində (1925–1941) İran ordusunun rəhbəri olmuşdur. O, generalRza şahın qayınatası olan Teymur xan Ayrumlunun qardaşı oğlu, Rza şahın həyat yoldaşı Tacülmülukün əmisi oğludur.[1]

Məhəmmədhüseyn xan Ayrım
Şəxsi məlumatlar
Doğum tarixi 1882
Doğum yeri
Vəfat tarixi 1948
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Çar Ordusu
İran Silahlı Qüvvələri
Qoşun növü Quru Qoşunları
Rütbəsi Ordu generalı
Vəzifəsi Ordu komandanı
İran Polis Qoşunları komandanı

Ayrım ailəsinin yalnız bir neçə üzvünün soyadının sonunda "lu" sonluğu olmuşdur.

Həyatı

1882-ci ildə Rusiya imperiyasının bir hissəsi olan Bakıda anadan olmuşdur. Məhəmmədhüseyn xan Ayrımlu əslən Şəmşəddil mahalındandır. babaları Urmiyanın Sulduz mahalına köç etmişdilər. O, Rusiyada hərbi təhsil almışdır.

1948-ci ilin 31 martında vətəndaşı olduğu Lixtenşteyndə müalicə alarkən vəfat etmişdir.[2]

Kareyerası

İran Kazak Diviziyasına qoşulmuş və həmin zamandan Rza xanla (sonradan Rza şah) yaxınlaşmışdır.[3] [2] Xidmət illərində sürətlə yüksələrək 1901-ci ildə polkovnik rütbəsi almışdır. Birinci Rus inqilabından əvvəl Çar ordusunda xidmət etməyə başlamışdır. 1921-ci ildə İrana geri dönmüşdür.

1931-ci ildə İran Milli Polis qüvvələrinin rəhbəri olmuşdur.[2] Kareyerasının zirvəsində olarkən İranda rza şahın sağ əli kimi ölkədə ən güclü ikinci şəxs olmuşdu. Bu illərdə bir çox qanunsuz hərəkətlər etdiyi iddia edilir.

Sonradan xəstələndiyini bildirərək xaricə müalicəyə almağa getmək adı ilə İranı həmişəlik olaraq tərk etmişdir.[4]

İkinci Dünya müharibəsi

II Dünya müharibəsi zamanı Berlində almanlar tərəfindən dəstəklənən və Īrān-e āzād adlanan mühacir hökumət qurmuşdur. Məqsədi İranın müttəfiqlər tərəfindən işğalından sonra onlara qarşı çalışmaq və müharibə almanların qələbəsi ilə nəticələnəndən sonra İranın idarəsini ələ almaq idi.

Müharibə Almaniyanın məğlubiyyəti ilə nəticələndikdən sonra alman meyilli qüvvə kimi həbs edilmiş və bir kənddə qapalı şəkildə saxlanılmışdır.[2]

Ədəbiyyat

  • Amanat, A. (1987). "ĀYROM, MOḤAMMAD-ḤOSAYN KHAN". Encyclopaedia Iranica, Vol. III, Fasc. 2.

İstinadlar

  1. . Ənvər Çingizoğlu. Qacarlar dövrünün hərbçiləri. Bakı: "Mütərcim". 2013. səh. 147.
  2. Amanat, 1987. səh. 152-153
  3. Oberling, P. ĀYRĪMLŪ // Arxivlənmiş surət. Encyclopaedia Iranica, Vol. III, Fasc. 2. 1987. 151–152. 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-01.
  4. Azimi, Fakhreddin. The Quest for Democracy in Iran: A Century of Struggle against Authoritarian Rule. Harvard University Press. 2008. səh. 84. ISBN 978-0-674-02778-7. 2018-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-01.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.