Məhəmməd ibn Müsafir
Məhəmməd ibn Müsafir əl-Deyləmi əl-Kanqari (v. 953) — Salarilərin banisi, Tarım hakimi.
Məhəmməd ibn Müsafir | |
---|---|
919-941 – 949-953 | |
Əvvəlki | Deysəm ibn İbrahim (Sacilər) |
Sonrakı | Mərzban ibn Məhəmməd (Azərbaycanda) Vəhsudan ibn Məhəmməd (Deyləmdə) |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Uşaqları |
Mərzban ibn Məhəmməd Vəhsudan ibn Məhəmməd |
Dini | İsmaililik |
Həyatı
Həyatının ilkin dövrlərinə aid məlumat yoxdur. 916-cı illərdə artıq Tarım hakimi kimi bilinirdi.
Cüstanilərlə münasibətlər
919-cu ildə III Cüstanın öldürülməsi onun üçün Cüstanilərin işinə qarışmağa bəhanə oldu və taxta çıxan qardaşı Əli ibn Vəhsudanı və ondan sonra digər qardaş Xosrov Firuzu məğlub etdi. Taxta onun oğlu Mehdi Siyahçeşmi oturaraq Cüstaniləri öz vassalına çevirdi.[1]
Ziyarilərlə münasibətlər
930-cu ildə Mərdavicin hücumuna məruz qalan Məhəmməd onunla diplomatik danışığa getdi və vassalı olduğu Əsvar ibn Şiruyəyə üsyan qaldırmağa sövq etdi. Məhəmmədin köməyi ilə Mərdavic üsyan qaldırdı və Ziyarilər dövlətini qurdu.
Devrilməsi
Məhəmmədin zülmkar hakimiyyəti 941-ci ildə oğulları Mərzban və Vəhsudan tərəfindən devrilməsinə gətirib çıxardı. O Tarımda həbs olunaraq hakimiyyəti Vəhsudana verməli oldu. Mərzban isə Azərbaycana hücuma keçdi və öz dövlətini qurdu. Mərzbanın 949-cu ildə Büveyhilər tərəfindən həbs olunması ilə bu dəfə onun yerinə həbsdən azad edilərək Azərbaycanda hakimiyyətə gəldi. Lakin 4 il sonra Vəhsudan tərəfindən yenidən həbs olunaraq ölümünəcən zindanda saxlanıldı.
Ailəsi
III Cüstanın qızı Xarasuya ilə evlənmişdi. Oğulları:
- Mərzban ibn Məhəmməd - Azərbaycan hakimi
- Vəhsudan ibn Məhəmməd - Deyləm hakimi
İstinadlar
- Wilferd Madelung, The Cambridge History of Iran, Volume 4: From the Arab Invasion to the Saljuqs - The Minor Dynasties of Northern Iran - Cambridge University Press - ISBN 978-0-521-20093-6