Məhəmməd Xinaluqi

Məhəmməd Xinaluqi — XV əsrdə yaşamış xınalıqlı tarixçi-alim.

Məhəmməd Xinaluqi
Doğum yeri Quba rayonu Xınalıq kəndi

Əsərləri

1456-cı ildə Məhəmməd Xinaluqi Şirvanın, Dərbəndin və bir sıra ləzgi kəndlərinin tarixinə aid əsər yazmışdır. Lakin həmin kitabın əsli günümüzə qədər gəlib çatmamışdır. Bu kitabın ərəbcə nüsxəsi akademik A. Berje tərəfindən Rusiyanın İmperator kitabxanasına təqdim edilmişdir. Hazırda həmin nüsxə kitabxanada saxlanılır.


İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.