Məhəmməd Xəlilov

Məhəmməd Xəlilov (tam adı: Məhəmməd Ağaş oğlu Xəlilov, 12 yanvar 1920, Sabirabad rayonu1997, Cavad, Sabirabad rayonu) — İkinci Dünya müharibəsi iştirakçısı, İtaliya Xalq Müqavimət Hərəkatının iştirakçısı, İtaliya Qəhrəmanı.

Məhəmməd Xəlilov
Məhəmməd Ağaş oğlu Xəlilov
Şəxsi məlumatlar
Ləqəbi Luçano
Doğum tarixi
Doğum yeri Cavad kəndi, Cavad qəzası, Bakı quberniyası, ADR
Vəfat tarixi (77 yaşında)
Vəfat yeri Cavad, Sabirabad rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan AXC
SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti azərbaycanlı
Hərbi hissə Birinci rotanın 4-cü vzvodu
Xidmət illəri 19411945
Rütbəsi Leytenant
Təltifləri "Lenin" ordeni "Lenin" ordeni "Qırmızı ulduz" ordeni "Qırmızı ulduz" ordeni Aleksandr Nevski ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Stalinqradın müdafiəsinə görə" medalı "İgidliyə görə" medalı "İgidliyə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Həyatı və Fəaliyyəti

Məhəmməd Ağaş oğlu Xəlilov 12 yanvar 1920-ci ildə Sabirabad rayonunun Cavad kəndində anadan olmuşdur. 1938-ci ildə orta təhsilini başa vurub əmək fəaliyyəti ilə məşğul olmuşdur.[1]

İkinci Dünya Müharibəsi başlayanda muharibəyə yollanmış, hərbi məktəbi bitirərək leytenant rütbəsi almışdır. İlk döyüş tapşırığını Ukraynanın Poltava vilayətində yerləşən Xarkov şəhərindəki 4-cü polkun 4-cü batalyonunda yerinə yetirmişdir. Birinci rotanın 4-cü vzvodunda pulemyotçular komandiri olmuşdur. Ukrayna cəbhəsində xidmət edən Məmməd Xəlilov ağır yaralanaraq almanlara əsir düşür və hərbi əsirlər eşelonunun tərkibində əvvəlcə Almaniyaya, sonra İtaliyaya göndərilir. Pyaçentsa şəhəri yaxınlığında yaranmış fürsətdən istifadə edən M.Xəlilov əsirlikdən qaçır və Birinci Partizan Diviziyasında M.Buskontinin komandir olduğu İkinci briqadaya qoşulur. M.Xəlilov bu diviziyanın döyüşçüləri ilə birlikdə Hitler işğalçılarına qarşı bir sıra aksiyalarda fəal iştirak etmiş, buna görə, Müttəfiqlərin Mərkəzi Aralıq dənizi bölgəsindəki qoşunlarının komandanı marşal Aleksander tərəfindən imzalanmış 123811 nömrəli “Vətənpərvər sertifikatı” ilə təltif edilmişdir.[1] O dövrdə İtaliyada nəşr olunan “Unita” qəzeti yazırdı: Bakıdan olan türk Məhəmməd kinoteatrda növbəti partlayışı törətmişdir , möhkəm mühafizə edilən körpünü partlatmışdır. Bir müddət sonra onu İtaliya Kommunist Partiyasına üzv seçirlər. Ona zəmanəti şəxsən Palmirro Tolyatti verir. Bu dövrdə o, artıq “Luçano” ləqəbli məşhur partizan və partizan dəstəsinin qərargah rəisi idi.[2]

Sabirabad tarix-diyarşünaslıq muzeyindəki guşələrin birində Məhəmməd Xəlilovun keçdiyi döyüş yolunu əks etdirən sənədlər nümayiş etdirilir. Döyüşçünün əsir düşərgəsində olduğunu və onun İtaliya Müqavimət Hərəkatının diviziyasında düşmənə qarşı keçirilən əməliyyatlarda iştirakını əks etdirən sənədlər vardır.

Partizan Luçano adı ilə tanınmış Məhəmməd Xəlilov İtaliyanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.[2]

Onun adına sənədli film də çəkilmişdir. Bu sənədli filmdə Luçano ləqəbli partizan, İtaliyanın Milli Qəhrəmanı, döyüşlərdə göstərdiyi şücaətə görə "Vətənpərvərlik sertifikatı" alan "İtaliya Muqavimət Hərəkatı Qəhrəmanı" Ukraynaİtaliyanın fəxri vətəndaşı, Qrebenka şəhərinin ömürlük Xalq Deputatı olan Məhəmməd Ağaş oğlu Xəlilovun həyatı və İkinci Dünya Muharibəsi illərindəki partizanlıq həyatından bəhs edir.

Ölümü

Uzun illər müəllimlik etmiş Məhəmməd Xəlilov 1997-ci ilin avqustun 5-də vəfat etmişdir.

Mükafatları

  • İtaliya Milli Qəhrəmanı
  • Ukrayna və İtaliyanın fəxri vətəndaşı

Haqqında olan ədəbiyyat

  1. Ruhulla Zahidov: "Talelər qovuşan yerdə"

Şəkillər

İstinadlar

  1. ""Partizan Luçano" filminin premyerası olmuşdur". azertag.az. 26 may 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2011.
  2. Mahir İsayev. "Jurnalist Ruhulla Zahidov – "Əsas mövzu müharibədir"". Novosti Qyandji. etmtv.news. 26 may 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2019.

Mənbə

  • Muğan-Şirvan qəzeti, 14 dekabr 2006-cı il.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.