Məhəmməd Tahir Vəhid Qəzvini
İmadəddin Mirzə Məhəmməd Tahir Qəzvini — Hüseyn xan Qəzvininin oğlu, "Vəhid" təxəllüsü ilə Azərbaycanın XVII-XVIII əsr şair, xəttat və tarixçilərindən və Xuldi Bərin tarixi" kitabını müəllifinin, Məhəmməd Yusifin qardaşıdır.[1] O, 1015-ci ildə (Hicri) Qəzvin şəhərində dünyaya gəlmişdir.[1] Mirzə Tahir, II Şah Abbas Səfəvi sarayının rəsmi tarixçisi idi və sonra Şah Süleyman Səfəvinin vəziri oldu.[2] Onun məşhur əsərlərindən II Şah Abbas tarixidir, digər əsərləri, azərbaycanca və farsca, poeziya və nəsrdir.[2]
Məhəmməd Tahir Vəhid Qəzvini | |
---|---|
İmadəddin Mirzə Məhəmməd Tahir Qəzvini | |
1691 – 1699 | |
Əvvəlki | Şeyxəli xan Zəngənə |
Sonrakı | Məhəmməd mömin xan Şamlı |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qəzvin, Səfəvilər |
Vəfat tarixi | |
Vəfat yeri | Səfəvilər |
Fəaliyyəti | tarixçi, şair |
Mirzə Məhəmməd Tahir, Saib Təbrizi ilə yaxın yoldaş idi.[3] 1120-ci ildə (Hicri) vəfat edib. 2009 ildə Paşa Kərimov və Arif Rəməzanov azərbaycanca şeirlərinin bir hissəsini toplayıblar və Bakı şəhərində Nurlan Nəşrlər tərəfindən "Vəhid Qəzvini divanı" adıyla çap olunub.[1]
Məhəmməd Tahir Vahid Şah Süleymanın dövründə (1666-1694) dövlətin baş vəziri vəzifəsini icra edirdi. O, "Abbasnamə" adlı əsərin müəllifidir. Bu tarixçi 1699-cu ildə vəfat etmişdir.
İstinadlar
- Hüseyn Qaraqanlı, Saray,tələbə nəşriyyəsi
- Dehxuda lüğəti
- Məhəmmədəli Təribiyət."Azərbaycan Alimləri" kitabı