Məhəmməd Təqi (memar)
Məhəmməd Təqi — Memar. Naxçıvan memarlıq məktəbinin nümayəndəsi. Bu memarın adı Naxçıvan şəhərindəki Came məscidinin kitabəsi vasitəsilə elmi dövriyyəyə daxil olmuşdur. Hicri 1311/1894 ildə inşası başa çatan, indi də dindarların istifadə etdikləri Came məscidinin kitabəsində memar: "Əgər məndən sonra məscidin memarını axtarsalar, səkkizinci imamdan sonrakı adla adlanıram"-deyə özünü təqdim etmişdir. Məlumdur ki, şiələrin səkkizinci imamının adı Rza, ondan sonrakı, doqquzuncu imamın adı isə Məhəmməd Təqidir. Deməli, məscidin memarının adı Məhəmməd Təqi olmuşdur[1].
İstinadlar
- "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 299.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.