Məhəmməd Saleh əl-Hüseyni əl Qəzvini

Məhəmməd Saleh əl-Hüseyni əl Qəzvini — (?-?) — Xəttathəkkak. Təbriz xəttatlıq məktəbinin nümayəndəsi. Adı Ordubad şəhərindəki Malik İbrahim qəbiristanlığında bir başdaşı üzərində qeyd olunmuşdur. Hicri 1202 ildə (miladi 1788 il) vəfat etmiş Mirzə Həşim Mirzə Mömin oğlunun məzar kitabəsini yazan və mərmər lövhəyə ıə həkk edən Məhəmməd Saleh əl-Hüseyni əl-Qəzvini 7əslən Qəzvin şəhərindəndir. Bu kitabə göstərir ki, 18 yüzillikdə Naxçıvanda digər şəhərlərdən də ustalar işləmiş və yaxud da naxçıvanlılar digər şəhərlərdən də gələn öz mərhumları üçün qəbirüstü abidələr hazırlatmışlar[1].

İstinadlar

  1. "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 298–299.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.