Məhəmməd Süleymanov

Süleymanov Məmməd Qəhrəman oğlu (1912, Abdallar1992, Bakı) — Xəzərdə Geoloji neft kəşfiyyatın yaradıcılardan biridir, SSSR-də ilk dəfə şelfdə geoloji-axtarış işlərinin əsasını qoymuşdur. “SSRİ –nin fəxri neftçisi” , “Azərbaycanın əməkdar  mühəndisi “ kimi fəxri adlara layiq görülüb.

Məmməd Süleymanov
Doğum tarixi
Doğum yeri Laçın rayonu, Əhmədli
Vəfat tarixi
Vəfat yeri Bakı şəhəri
Milliyyəti azərbaycanlı
Təhsili Moskva Neft Akademiyası
Mükafatları “SSRİ –nin fəxri neftçisi”, “Azərbaycanın əməkdar neft mühəndisi “

Azərbaycan neft sənayesinə 1939-cü ildə Azİİ institutunu bitirdikdən sonra gəlmişdir.Sonradan o Moskva Neft Akademiyasını bitirmişdir.İlk vaxtlar kəşfiyyət partiyasının rəisi vəzifəsində,1945-1946-cı illərdə İranda sahə rəisi,sonradan  “Azneftkəşfiyyat” trestinin Geoloji-axtarış kontorunun direktoru işləmişdir.

1949-cu ildə “Azneft” biliyinin rəhbərliyi M.Q.Süleymanova dənizdə Geoloji-axtarış kontorunun təşkilatını (GAK dəniz)həvalə edir.30 ildən çox GAK-ın direktoru(sonradan GKK dənizdə)vəzifəsində çalışaraq M.Süleymanov əslində (Xəzər numunə kimi)SSSR-də ilk dəfə şelfdə geoloji-axtarış işlərinin əsasını qoymuşdur.O xəritəalma struktur-axtarış qazımanın inkişafının başında dayanmış,texniki tərəqqinin tərəfdarı olmuşdur.Onun istehsalat təşkilatçısı istedadı,çoxillik təcrübə və biliyi, texniki təchizatın yüksəlməsinə və nəticədə-dəniz axtarış-kəşfiyyat işlərinin texniki-iqtisadi göstəricilərinin yaxşılaşmasına yönəldilmişdir.

İnanmaq çətindir,lakin faktdır ki,50-ci illərin əvvəllərində xəritəalma qazıması,şxun,balıqçı seyneri,”YAM-300” və “ABBM-3100” tipli dəzgahların təmir edildiyi primitiv və tral gəmisinin köməyi ilə aparılır.Belə texnika 30m-lik su qatda yalnız 25-30m dərinlikli quyular qazmaga imkan verirdi.

Xəzər şelfində M.Süleymanovun rəhbərliyi altında Geoloji-axtarış işlərinin ilk etapında birinci onillikdə Bakı və Abşeron arxıpelaqı adalarında,adaların instrumental çəkilişi,sualtı və suüstü yuyulmalar,gəmidən xəritəalma qazıması və seçmə kern nümunəsi ilə struktur-axtarış qazıması həyata keçirilmiş,palçıq vulkanları öyrənilmişdir.İxtisasca geolog olan Məmməd Süleymanov qazıma məlumatlarını əhəmiyyətli dərəcədə tamamlayan bu tədqiqatlara daha çox diqqət yetirir.Alınmış geoloji məlumatlar geomorfoloji və geofiziki çəkilişlərin,aerofoto materiallarının oxunmasına imkan vermişdir.

Onun qaygısı sayəsində kontorun daha təkmilləşməsi, gəmilərlə təchiz edilməsi məqsədi ilə 1959-cu ildə GKK dənizdə vətəndə ilk ponton tipli üzücü özül əldə edildi ki ,bununla orta dərinliyi 650-700m olan 51 quyu qazıldı.Sonrakı il “Vano Sturua” gəmi-təmiri zavodu müəssisənin sifarişi ilə “Skorıy” və “Skromnıy” (sonradan “İ.Sudmalis” və “Lazarev” ) gəmilərini yenidən dəyişdi və onları xəritəalma qazımasının yerinə yetirilməsi üçün uygunlaşdırılmışdır-bundan əlverişli,əla iş və yaşayış şəraitli yaxşı üzgüçülük muxtariyyətinə malik gəmilər idi.Onlar böyük dərinlikli dənizdə daha dərin quyular qazmaga nail olmuşdular.

Müəssisənin yenidən texniki təchiz edilməsi üzrə işlər60-cı illərdə də davam edirdi.Bu zaman GKK dəniz sifarişi ilə 15m-dək dəniz dərinliyində,sonra isə M.Q.Süleymanovun rəhbərliyi altında və bilavasitə iştiraki ilə keçirilən yenidənqurmadan sonra 20m dəniz dərinliyində 1800m dərinlikli struktur-axtarış quyusu qazmaq məqsədilə vətəndə ilk (özuqalhan) “Abşeron” qurqusu yaradıldı.Sonra müəssisə kollektivi ugurla sınaq keçirdi və Hollandiyada düzəldilmiş “Xəzər” üzüsü qazıma qurgusunun istismarına başlamışdır ki,bu da 60m qalınlıqlı suda, 6000m-lik dərinliyədək quyu qazımasını aparmaga imkan vermişdir.

Kollektivdə yaranan yoldaşlıq ,həmrəylik və bir-birinə yardım atmosferası mürəkkəb texnikanın effektiv istismarına ugurla mənimsəməyə imkan vermişdir.

GKK dənizdə fransız istehsalı olan böyük dəniz dərinliyində (500-600)m ,qazma boruları istifadə etmədən, şlanqkabel qazıması aparmaga imkan verən xüsusi “Əli

Əmirov” gəmisi gətirildikdə belə olmuşdur.

M.Q.Süleymanovun rəhbərliyi altında 30 il müddətində GKK dənizdə gəmilərdən 30-dan çöx struktur xəritəyə alınmışdır,Bakı arxipelaqının bütün adaları,həmçinin

Yaşma və Xəzəryanı regionun adaları bir neçə dəfə tədqiq edilmişdir. GKK dənizdə

bütövlukdə birinci on üç il ərzində struktur-axtarış qazıması-400 min metrədən çox,xəritəalma qazıması-800 min metrədən çox həcmdə aparılmışdır.Xəzər dənizin

Qazaxıstan ,Turkmenistan və Dagıstan sektorları akvatoriyalarında böyük həcmli işlər görülmüşdür.

1979-1988-ci ilədək “Kaspmorneftqaz” birliyin Elmi-Tədqiqat laboratoriyasının direktoru vəzifəsində çalışaraq M.Q.Süleymanov laboratoriyanı yenidən dəyişmiş,

onu müasir avadanlıqnan təchiz etmiş və Beynəlxalq Standarlara uygun tədqiqat

işlərinin aparılmasına nail olmuşdur.

M.Q.Süleymanov tərəfindən bütöv bir neftçi pleadası hazırlanmışdır,onlardan çoxu namizədlik və elmlər doktoru dərəcəsi almış və iri neft müəssisələrinə rəhbərlik etmişlər,məsələm-N.Ə.Əliyev və b.

Çoxillik qüsursuz işinə görə M.Q.Süleymanov dəfələrlə Sovet İttifaqı orden və medalları ilə təltif olunmuşdur.O,’SSRİ-nin fəxri neftçisi”,”Azərbaycan SR-in əməkdar mühəndisi” dərəcələrinə layiq olmuşdur.Bir çox ixtiraların müəllifi olmuşdur.

Onun xatirəsinə hörmət əlaməti olaraq Xəzərdə üzən tədqiqat və ekologiya nəzarəti həyata keçirən gəmiyə Məmməd Süleymanovun adı verilib.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.