Məhəmməd Rzazadə

Məhəmməd Rza oğlu Rzazadə — Borçalıda doğulub Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı mətbuat xadimi.

Mühəqqər
Məhəmməd Rza oğlu Rzazadə
Doğum tarixi
Doğum yeri Kolagir Borçalı
Vəfat tarixi

Həyatı və təhsili

Məhəmməd Rza oğlu Rzazadə 1890-cı ildə Borçalı mahalının Kolayır kəndində dünyaya gəlib. Yeddi yaşında köhnə üsulla işləyən məktəbə gedib. İki il burada oxuyandan sonra atası vəfat etdiyindən məktəbi yarımçıq qoymaq məcburiyyətində qalıb. 1902-ci ildə qonşu Arıxlı kəndindəki rus-tatar məktəbində müəllim işləyən Hüseyn Əfəndinin yanında dərs alıb, sonralar özü evdə bir neçə şagirdə dərs verib.[1]

Fəaliyyəti

Çox erkən yaşlarında şeir yazmaqla bədii yaradıcılığına başlayan Məhəmməd Rzazadə özünə Mühəqqər təxəllüsünü götürüb və bu adla tanınıb. (Mühəqqər sözü – həqir, aciz, anlamlı deməkdir.) 1920-ci ildə Mühəqqəri Tiflisdə ərəb hürufatı ilə nəşr olunan “El şeirləri” kitabı ədibin yaradıcılığının çox dəyərli bir hissəsidir. 1920-1921-ci illərin ərəb əlifbasıyla nəşr olunan “Vətən” dərgisində 20-ci illərdə Tiflisdə işıq üzü görüb, “Əşar məcmuəsi” kitabında, ərəb əlifbası ilə “Yeni fikir”, latın qrafikasıyla “İşıq yolu” qəzetlərində Mühəqqərin xeyli əsərləri işıq üzü görüb. Mühəqqərin “Molla Nəsrəddin” dərgisində az sayda yazısı dərc olunub. Şairin yazıları əsasən “Yeni fikir”, “Vətən”, “Gənc nəsl”, “İşıq yolu”, “Dan Ulduzu”, “Qızıl Şəfəq”, kimi o dövrün mətbuat orqanlarında geniş yer alıb.[1]

Ölümü

Məhəmməd Rzazadə Mühəqqər 1942-ci ildə dünyasını dəyişib.[1]

İstinadlar

  1. Nizami Məmmədzadə, Mahmud Kamaloğlu "Gürcüstanın azərbaycanlı jurnalistləri" Tiflis 2015
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.