Məhəmməd Rəzi Təbrizi

Məhəmməd Rəzi Təbrizi (1808-1869) - azərbaycanlı tarixçi. "Zinət üt-təvarix" adlı salnamənin müəllifi.

Məhəmməd Rəzi Təbrizi
Doğum tarixi 1808
Vəfat tarixi 1869

Həyatı

Məhəmməd Rəzi 1808-ci ildə Təbriz şəhərində Mirzə Məhəmməd Şəfi adlı şəxsin ailəsində doğulmuşdur. Mirzə Məhəmməd Şəfi Qacar sarayına yaxın adamlardan idi. Məhəmməd Rəzi ana dili ilə yanaşı ərəb və fars dillərini də yaxşı mənimsəmişdi. O şairliklə yanaşı xətatlıq sənətinə hakim idi.

Yaradıcılığı

"Zinət üst-təvarix" əsəri müqəddimə, iki hissə və nəticədən ibarətdir. Salnamədə Qacar-Rusiya münasibətlərinə geniş yer verilmişdir. Bununla yanaşı müəllif Azərbaycan haqqında da məlumatlar verir.

Həmçinin bax

Məhəmməd Sadiq Mərvəzi Əbdürrəzzaq Dünbülü

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.