Məhəmməd Quri

Muizəddin Məhəmməd Quri (fars. معز الدین محمد غوری; 114915 mart 1206, Qəzni) və ya Şihabəddin – 1149-cu ildə anadan olmuşdur. Qövr (Qur) vilayətində anadan olan Quri Şimali Hindistanı üzərində rəhbərlik edib[1].

Məhəmməd Quri
Şixab-ad-din Muhammed
Doğum tarixi
Doğum yeri Qövr (Qur)
Vəfat tarixi
Vəfat yeri Qəzni
Vəfat səbəbi döyüşdə ölüm
Atası Baha al-din-Sam
Milliyyəti Əfqanıstanlı
Fəaliyyəti monarx
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Quri Cənubi Asiya ölkələrində müsəlmanlığı yayan hərəkatın başçılarından olub. O Əfqanıstan, Banqladeş, İran, Hindistan, Pakistan, Tacikistan və Türkmənistan kimi Cənubi Asiya ölkələrində müsəlman dini təlim edib. O, həmçinin Xarəzmşahlar dövlətinin rəhbəri olaraq Qərbi Asiyada yerləşən Xorasanı işğal edib[2].

Uşaqlıq və gənclik illəri

Məhəmməd Quri 1149-cu ildə indiki Əfqanıstanın Quri şəhərində anadan olub. Ancaq dəqiq doğum tarixi haqqında məlumat yoxdur. Onun atası Baha al-Din Sam olub. O, o dövrdə Quri regionunda yerli qaydalar yaradanlardan biri hesab olunur. Qurinin böyük qardaşı Qiyas al-Din Məhəmməddir. İki qardaş erkən dövrlərdə əmiləri Ala al-Din Hüseyn tərəfindən həbs edilir.[3][4]

Tərcümeyi-hal

1173-cü ilde Muhamməd Qurinin qardaşı Qiyas al-Din Məhəmməd onu Qəzninin mərkəzi Quriyanın şərq hissəsinin rəhbəri elan edir. 1175-ci ildən başlayaraq Hindistana işğal etməyə hazırlaşan Quri 1186-cı ildən Pencabdakı Qaznevid hökumətini ləğv edir. 1192-ci ilde Tehranda Şimali Hindistana hərbi yürüşə başlayır. 10–12 il ərzinde o artıq Qanq ətrafını tam işğal edir. 1203-cü ilde qardaşı rəhmətə getdikdrn sonra (1203–06) onun yerinə Quriyanın sultanı olur. Bu dövrdə Əfqanıstan və Şimali Hindistanı zəbt edir. Onun ölmündən sonra artıq Hindistanın rəhbərliyi Dehli sultanlığına verilir. 1206-cı ildə vəfat edib.

Hindistanın fəthi

O qardaşının köməkliyi ilə Quri imperiyasını yaradır. Yaradılan imperiya ilə 1175-ci ildə Quri Multanların Qərmətilikdəki azadlığı üçün mübazirə aparır.[5][6] Oranı azad etdib geri döndükləri zaman indiki Qucaratın Patan şəhərinə o dövrdə isə Anhilvaranın paytaxtı əksər hissəsini səhralar təşkil edən Caukulyaya gəlir. Bu zaman Batlkqaya döyüşü baş verir. Bu döyüş Hindistanda hindlilərin azadlığı uğrunda baş verən döyüş olur. O, Caukulyada Muraja II -nin hökmdarlığı süqut etdirir[7].

1186-cı ildə Qəzvində Xosrov Məlikin hökmdarlığına son qoyur və Qəzvini azad edir[8]. Bundan sonra Məhəmməd Quri Qur şəhərinə qayıdır. Bamiyan və Sistandakı vəziyyətlə özü tək başına vuruşur. Bundan sonra yənə qardaşı ilə birləşib 1190-cı ildə Mərvdə Sultan Şahın hakimiyyətinə son qoyur. Bununlada kifayətlənməyən Quri Xorasını da azad edir.

Əbədiləşdirmə

Pakistan ordusu Qurilərin xatirəsini əbədiləşdirmək üçün üç orta dərəcəli ballistik raket Quri — I, Quri -II və Quri -III adını verdi[9].

Xarici keçid

Mənbə

Ədəbiyyat

  1. John Keay (May 2001). India: A history Grove Press; 1 Grove Pr edition. ISBN 0-8021-3797-0.
  2. A History of India By August Friedrich Rudolf Hoernle, Herbert Alick Stark
  3. The history of India from the earliest ages By James Talboys Wheeler
  4. Outline of Indian history By Sri Ram Sharma
  5. Elliot, Sir H. M., Edited by Dowson, John. The History of India, as Told by Its Own Historians. The Muhammadan Period; published by London Trubner Company 1867–1877. (Online Copy)

İstinadlar

  1.  Encyclopedia Iranica, Ghurids, C. Edmund Bosworth, Online Edition 2012, (LINK Arxivləşdirilib 2019-07-18 at the Wayback Machine) Jump up^
  2. History of Civilizations of Central Asia, C. E. Bosworth, M. S. Asimov, p. 186.
  3. The Iranian World, C. E. Bosworth, The Cambridge History of Iran, Vol. 5, ed. J. A. Boyle, John Andrew Boyle, (Cambridge University Press, 1968), 161–170.
  4. Rediscovery Of India, The: A New Subcontinent By Ansar Hussain Khan, Ansar Hussain Published by Orient Longman Limited Page 54
  5. Hamid Wahed Alikuzai (2013). A Concise History of Afghanistan in 25 Volumes. Trafford. p. 122. ISBN 978-1-4907-1441-7.
  6. Andre Wink, Al-Hind: The Making of the Indo-Islamic World, Vol. 2, 244. – via Questia (subscription required)
  7. Andre Wink, Al-Hind: The Making of the Indo-Islamic World, Vol. 2, (Brill, 2002), 143. – via Questia (subscription required)
  8. R. B. Singh (1964). History of the Chāhamānas Arxivləşdirilib 2017-03-23 at the Wayback Machine. N. Kishore. p. 259. OCLC 11038728 Arxivləşdirilib 2020-06-27 at the Wayback Machine.
  9. Sep 3, 2005 (2005–09-03). "Asia Times Online :: South Asia news, business and economy from India and Pakistan" Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine. Atimes.com. Retrieved 2012–07-11.
    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.