Məhəmməd Quluzadə
Məhəmməd Cəlal oğlu Quluzadə (7 avqust 1999, Bəydili, Biləsuvar rayonu – 27 sentyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, Vətən Müharibəsi şəhidi[1]
Məhəmməd Quluzadə | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 avqust 1999 |
Doğum yeri | |
Vəfat tarixi | 27 sentyabr 2020 (21 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Qoşun növü |
![]() |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ Müharibəsi • Suqovuşan döyüşü • Laçın uğrunda döyüşlər |
Təltifləri |
![]() ![]() |
Həyatı
Məhəmməd Quluzadə 7 avqust 1999-cu ildə Biləsuvar rayonunun Bəydili kəndində dünyaya gəlmişdir. 2006–2017-ci illərdə Bəydili kənd tam orta məktəbində orta təhsil almışdır.[1]
Hərbi xidməti
Məhəmməd Quluzadə 2017-ci ildə Tərtər rayonu N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2019-cu ildə hərbi xidmətdən tərxis olunmuş, 2020-ci ildə isə könüllü şəkildə yenidən Tərtər rayonu N saylı hərbi hissəyə qayıtmışdır. Müddətdən artıq xidmət edən hərbi qulluqçu idi.
O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Şəhid Məhəmməd Quluzadə 29 sentyabr 2020-ci il tarixində Biləsuvar rayonu Bəydili kənd məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Quluzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Quluzadə ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Təltifləri
(2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[2]
(2020) — "Laçının azad olunmasına görə" medalı (ölümündən sonra)[3]
İstinadlar
- "İkinci Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı" (PDF). mod.gov.az (az.). 2021-01-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 11 yanvar 2021.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Laçının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.