Məhəmməd Nadir şah
Məhəmməd Nadir Şah (9 aprel 1883 – 8 noyabr 1933 və ya 9 noyabr 1933[1], Kabil[1]) — 1929 ilə 1933-ci illər arasında vəzifə yerinə yetirmiş olan Əfqan kralı.
Məhəmməd Nadir şah | |
---|---|
puşt. محمد نادر شاه | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 aprel 1883 |
Vəfat tarixi | 8 noyabr 1933 (50 yaşında) və ya 9 noyabr 1933[1] (50 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | diplomat, siyasətçi |
Uşağı | |
Ailəsi | Barakzay sülaləsi |
Dini | sünnilik |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Məhəmməd Nadir 1929-cu ildə Əfqanıstan kralı oldu və 1933-cü ildə öldürülməsinə qədər taxtda qaldı. Məhəmməd Nadir, taxtı ələ keçirmək öncə üçüncü Anqlo-Əfqan Döyüşündə (1919) əhəmiyyətli bir rol oynadı. Ondan dərhal sonra, Kral Amanullah ilə anlaşılmazlıqlar səbəbindən, Məhəmməd Nadir, Fransada sürgündə yaşamaq üçün Əfqanıstandan ayrıldı. Həbibulla Kalakani üsyanı və Kral Amanullah (Yanvar 1929) taxtdan endirilməsindən sonra, Nadir Fransadan ayrıldı və Kalakani qarşısında döyüşə hazırlanmaq üçün Hindistana getdi. Məhəmməd Nadir, Hindistandan gələn İngilis və müxtəlif tayfa dəstəyi ilə Kalakaniyi geri itələmişdir və 1929-cu ilin oktyabr ayında Kabili ələ keçirdi.
Daha sonra Kalakaniyi əsir alaraq edam etdirdi. Ancaq Kalakani yandaşlarını aldadaraq onu həbsə attırdığını söylərək ikinci bir üsyanın qarşısını aldı.
Kral olduqdan sonra, Kral Amanullahı taxta geri istəyən insanlara qarşı döyüşdü . Bundan başqa Kral Amanullah göstərilən modernizasiya planlarından bir çoxu əksyanma oldu.
Mir Qulam Məhəmməd Qubar Tacik və Paştun kimi etnik qrupları hərəkətə keçirib zor istifadə edərək Məhəmməd Nadirə qaydalarına reaksiya göstərir. Kabilin şimalını işğal edən Mir Qulam qeyri-kafi və zəif ordusu ilə Məhəmməd Nadirə qarşı məğlub olmuşdur.
Məhəmməd Nadir Şah 1933-də bir sui-qəsd nəticəsində öldürüldü.
İstinadlar
- Anguera J. E. Enciclopedia universal ilustrada europeo-americana (isp.). Editorial Espasa, 1905. Vol. Suplemento 1934. P. 197. ISBN 8423945839