Məhəmməd Müsəddiq

Məhəmməd Müsəddiq (fars. محمد مصدق, 19 may 1882, Tehran5 mart 1967[1][2] və ya 4 mart 1967[3], Əhmədabad[d], Əlburz ostanı) — 28 aprel 1951 – 19 avqust 1953-cü illərdə İranın baş naziri.

Məhəmməd Müsəddiq
fars. محمد مصدق
İranın baş naziri[d]
21 iyul 1952 19 avqust 1953
ƏvvəlkiƏhməd Qəvam
SonrakıFəzlulla Zahidi
Şəxsi məlumatlar
Doğum tarixi 19 may 1882(1882-05-19)
Doğum yeri
Vəfat tarixi 5 mart 1967(1967-03-05)[1][2] (84 yaşında) və ya 4 mart 1967(1967-03-04)[3] (84 yaşında)
Vəfat yeri
Partiya
  • İran Milli Cəbhəsi[d]
Təhsili
Fəaliyyəti siyasətçi, diplomat, yazıçı
Dini şiəlik
Elmi fəaliyyəti
Elmi dərəcəsi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Məhəmməd Müsəddiq 16 iyun 1882–ci ildə Tehran şəhərində anadan olmuşdur. Atası Mirzə Hidayətulla xan Aştiyani (?-1892), anası Şahzadə Malikə Tac Xanım Qacar (1858-1933) idi. Şahzadə Malikə Tac Xanım Qacar Müzəffərəddin Şah Qacarın (25 mart 1853 - 7 yanvar 1907) kiçik bacısı olmuşdur.

Məhəmməd Müsəddiq ali təhsilini hüquq ixtisası üzrə almış, daha sonra İsveçrədə Lozanna Universitetini bitirərək hüquq üzrə doktorluq dərəcəsi almışdır.

Məhəmməd Müsəddiq Müzəffərəddin Şah Qacarın böyük qızı Zəhra Xanım Qacarla (1879-1965) evlənmiş və onların 5 övladı olmuşdur; oğulları - Əhməd, Qulam Hüseyn və qızları – Mənsurə, Ziya Əşrəf və Xədicə Xanım.

Siyasi fəaliyyəti

20-ci illərin əvvəllərində İngiltərə ilə yaxınlaşan İran ölkədəki neftin çıxarılmasında İngiltərəyə böyük imtiyazlar verdi. 1909-cu ildə yaradılan İngilis şirkəti "Anqlo Persian Oil Company" İran neftini işlətməyə başladı. Şirkət qurulduğu gündən İrandan böyük qazanclar əldə etdi. Ancaq neft gəlirinin çox böyük bir qismi İrana çatırdı. Bu gəlir isə İran xalqına verilmirdi və xalq bu neftdən faydalanmırdı. O, siyasi fəaliyyətinə 1914-cü ildə Fars əyalətinin valisi seçilməsi ilə başlamışdı. Rza xanın 1921-ci ildə etdiyi çevrilişdən sonra yeni yaranan hökumətdə əvvəl maliyyə naziri daha sonra isə xarici işlər naziri vəzifələrini yerinə yetirmişdir. Məhəmməd Müsəddiq 1923-cü ildə Milli Məşvərət Məclisinin üzvü olmuşdur. 1922-ci ildə Azərbaycan valisi təyin edilən Müsəddiq sonralar Rza xanın özünü Şah elan etməsinə qarşı çıxdığı üçün bütün vəzifələrindən kənarlaşdırılmışdır.[5]}}

1941-ci ildə Rza şah taxtı oğlu Məhəmməd Rza Pəhləvi lehinə taxtdan çəkilmək məcburiyyətində qalır. Bu hadisədən sonra Məhəmməd Müsəddiq yenidən siyasi arenaya qayıdır və ikinci dəfə məclisə seçilir (1944)

İngiltərə, İranın təkcə iqtisadiyatında deyil, həmçinin siyasətində də təsirliydi. 1941-ci ildə Rza şah Pəhləviyə də hakimiyyətdən çəkilib yerinə oğlu Məhəmməd Rza Pəhləvini də gətirən elə məhz İngiltərənin özü idi. İngiltərə İran üzərindəki bu siyasi və iqtisadi hegemonluğu 1950-ci illərdə önəmli sarsıntılar keçirdi. Bunda birinci dərəcəli rol oynayan isə Məhəmməd Müsəddiq idi.

Müsəddiq Sovet İttifaqına İranın şimalında neft çıxartmaq və axtarış hüququnun tanınmasına qarşı uğurlu bir müxalifət aparırdı. Daha sonra İngilislərə məxsus "Anglo-İranian Oil Company Ltd"-ni İrandakı müəssisələrini milliləşdirilməyə dəvət edərək, millətçi dairələrdə də böyük nüfuz qazanmışdı. 1949-cu ildə Məhəmməd Müsəddiq Milli Cəbhə adlanan siyasi təşkilat yaradır. 1951-ci ildə Milli məclisdə neft sənayəsinin milliləşdirilməsi qərarının qəbulunda iştirak edir. Həmin il İranın baş naziri vəzifəsinə təyin olunur və neft sənayesinin milliləşdirilməsi istiqamətində fəaliyyətə başlayır. Bu zəmində onun neft İngiltərə-İran şirkəti ilə qarşıdurması baş verir. Böyük Britaniya ilə ABŞ-nin maraqlarının ziddiyətindən istifadə etməyə çalışan Müsəddiqin siyasəti özünü doğrultmur. İngilis və ABŞ xüsusi xidmətlərinin səyi ilə hakimiyyətdən 1953-cü ildə uzaqlaşdırılır və bir daha siyasətə qayıtmır.[6] Bundan sonra İran xaricilərlə bağladığı bütün sazişləri təsdiq edir.

Məhəmməd Rza Pəhləvinin dövründə siyasi səhnəyə qayıdaraq məclisə seçildi. Konstitusiyalı Monarxiya olan İranda Məhəmməd Rza təzyiqi idarəni bir az yumşaltmış, siyasi partiyaların qurulmasına icazə vermişdi. Bu vəziyyət ölkədə kommunistlət, milliyyətçilər və din adamları başda olmaqla müxtəlif qrupların güclənməsinə səbəb oldu. Siyasətin sərbəstləşməsi və 1947-ci ildə keçirilən seçkilərdə ortaya çıxan məclisin quruluşu İngiltərə başda olmaqla böyük dövlətlərin İran üzərindəki siyasi və iqtisadi hegemonluğuna qarşı mübarizənin mərkəzi oldu. Yeni Məclis dövründə prezident Ahmet Kavam ilə Sovet Rusiyası arasında imzalanan neft imtiyazlarının məclisin çoxluğu tərəfindən rədd edilməsi buna işarə idi.

İngilislərin neft imtiyazlarına və İrana düşən payın az olduğu illərdə bu gündəm maddəsi idi. İmtiyazların yenidən ələ alınması üçün 1948-ci ildən İngiltərə ilə görüşmələrə başlandı. Bu vaxt 1949-cu ildə ümumi seçkilər keçirildi. Parlamentə seçkilərdə Məhəmməd Müsəddiqin lideri olduğu Milliyətçi Cəbhə müvəffəqiyyət qazandı. İngiltərə ilə görüşlərdən nəticə çıxmadığından, Məclis Neft komissiyası 25 noyabr 1950-ci ildə görüşmələrdən çəkildi. Bu hadisələrdən sonra Milliyyətçi Cəbhə lideri M. Müsəddiq 19 fevral 1951-ci ildə Neft Məclis komissiyasının bəzi millət vəkilləri ilə İran neftinin milliləşdirilməsi üçün məsləhətləşdi. İran neftini milliləşdirən qərar 20 mart 1951-ci ildə Məclisdə qəbul edildi. Beləliklə, İngiltərənin İran nefti üzərindəki imtiyazları ləğv olundu. Milliləşdirmə qərarı Müsəddikin zəfəri idi. Xalq tərəfindən çox sevilən, rüşvət yeməyən Müsəddiq 1 ay sonra prezident seçildi.

Neftin milliləşdirilməsi Müsəddiq ilə İngiltərəni qarşı-qarşıya gətirdi. İran nefti onlar üçün həyati önəm daşıyırdı. İrandakı neft sahələrini itirmək istəməyən İngiltərə bu məsələni Lahey Ədalət Divanına qədər daşıdı. Eyni zamanda İrana bir heyət göndərərək milliləşdirmə qərarını tanıyacaqlarını ancaq bunun 100-də 50–50 hissəsi və "Anqola-İranian Oil Company" damı altında olmasını təklif etdi. Ancaq bu təklif Müsəddiq tərəfindən rədd edildi. Buna görə də İngiltərə İranı iqtisadi baxımdan çətin vəziyyətdə qoymaq üçün beynəlxalq amborqa çağırışı etdi. İngilis donanmasına aid gəmilər Bəsrə körfəzinə keçdi. İngiltərənin bütün cəhdlərinə baxmayaraq 1952-ci ildə Laheydəki Beynəlxalq Ədalət Divanı neft davasında verdiyi vəzifəsizlik qərarı İranın qalibiyyəti mənasına gəlirdi. Bu qərardan sonra ilk ölkə ilə münasibətləri çıxılmaz nöqtəyə gəldi və 1952-ci il noyabrda Müsəddiqin İngiltərə səfirliyi ilə əlaqələri tamamən qopdu. Müsəddiq bir tərəfdən nefti milliləşdirərkən digər tərəfdən də ölkədəki iqtisadi problemləri həll etmək üçün cəhd edirdi. Bu məqsədlə böyük torpaq sahiblərinin əlindəki torpaqların bir qismini torpaqsız kəndlilərə paylamaq istəyirdi. Ancaq Müsəddiqin bu cəhdləri onu böyük sahibəri ilə qarşı-qarşıya gətirdi. Neftin milliləşdirilməsi vaxtı Musəddiqi dəstəkləyən bəzi din adamları ilə əlaqələr pozulurdu. Müsəddiqə düşmən olan general Fəzlullah Zahidi ilə hərbi gücü əlində cəmləyən Raşidiyan qardaşların birlikdə hərəkət etməsi Müsəddiq üçün çətin bir dönəmi başladırdı.

Ajax əməliyyatı

Bu vaxt İngiltərə itirdiklərini geri almaq məqsədilə ABŞ ilə Müsəddiqi devirmək planlarını qururdu. 1953-cü il martda TP-Ajax,"Operasyon Ajax" deyilən bir plan CİA və İngiltərə kəşfiyyat servisi M16 tərəfindən tətbiq edilməli idi. Planın məqsədi Müsəddiqi xalqı ayağa qaldırmaqla vəzifədən əl çəkməyə məcbur etmək idi. Amerika və İngilis kəşfiyyatı Müsəddiq hoküməti ilə düşmən olan qruplarla yaxınlaşmağa başladı. Milyonlarla dollar rüşvətin dağıdıldığı bu işlərdən sonra bu qruplar idarəetmədən razı olmayan xalqı ayağa qaldırdı və ölkədə asayişi pozdu. Bu qarşıdurmalarda yüzlərlə insan həyatını itirdi.

Şah Məhəmməd Rza Pəhləvi isə Müsəddiqi vəzifədən uzaqlaşdırmaq istəyirdi. Onun yerinə general Fəzlullah Zahidi gətirdi. Bu səbəbdən də Müsəddiqin tərəfdarları da küçələrə axışdı və Şah əvvəlcə İraqa, sonra da Romaya qaçdı. Müsəddiqi devirmək üçün edilən bu həmlə uğursuz oldu. Lakin bir neçə ay sonra generallar ölkədəki qarışıqlığa son vermək iddiası ilə Müsəddiq, nazirlər və tərəfdarları həbs edildi. Şah 3 gün sonra İrana qayıtdı. İngiltərəABŞ demokratik seçkilərlə iqtidara gələn və xalqın istəyi ilə nefti milliləşdirən, həyata keçirməyə çalışdığı islahatlarla demokratiyanın qarşısını açmağa çalışan Müsəddiq hökumətini devirdilər.

Vəfatı

Çevrilişdən sonra Müsəddiq vətənə xəyanət maddəsi ilə 3 il müddətinə həbs edilir və həyatının son illərini ev dustaqlığında keçirir. 1967-ci ildə ev dustağı olaraq vəfat edir.

Həmçinin bax

İstinadlar

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Mohammad Mosaddeq // Encyclopædia Britannica (ing.).
  3. Find a Grave (ing.). 1996.
  4. Deutsche Nationalbibliothek Record #118785095 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. Matini, Jalal. نگاهی به کارنامه سیاسی دکتر محمد مصدق [A Glance at the Political Career of Dr. Mohammad Mosaddeq] (Persian). Los Angeles, CA: Ketab Co. 2009. 25. ISBN 978-1595842268.
  6. James Risen. "Secrets of History The C.I.A. in Iran The Coup First Few Days Look Disastrous". nytimes.com. 2000. 2017-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-25.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.