Məhəmməd Mövlazadə

Mövlazadə Məhəmməd Həsən İsmayıl oğlu ŞəkuviQafqaz müsəlmanlarının VI Şeyxülislamı, azərbaycanlı din alimi. Məhəmməd Mövlazadə Quranı Azərbaycan dilinə ilk tərcümə edənlərdən biri hesab edilir, həmçinin Quran üzrə izahlı lüğətin müəllifidir.

Məhəmməd Mövlazadə
Mövlazadə Məhəmməd Həsən İsmayıl oğlu Şəkuvi
Qafqazın VI şeyxülislamı
1908 1909
ƏvvəlkiƏbdüssəlam Axundzadə
SonrakıMəhəmmədəli Pişnamazzadə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Şəki, Nuxa qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Tiflis, Gürcüstan SSR, ZSFSR, SSRİ
Fəaliyyəti tərcüməçi
Dini islam, şiəlik

Həyatı

Məhəmməd Həsən 1854-cü ildə Şəkidə anadan olmuşdur. O, ilk təhsilini Şəki mollaxanasında almışdır. Təhsilini sonra Gəncə mədrəsəsində davam etdirir. Mədrəsəni bitirdikdən sonra Məhəmməd Həsən bir il Gəncə Cümə Məscidində molla kimi çalışır. O, sonralar təhsilini davam etdirmək qərarına gəlir və bu məqsədlə İraqa gedir. Burada Məhəmməd Həsən dini təhsilini daha da zənginləşdirir. 1891-ci ildə Qafqaza qayıdır və Hicri və Miladi təqvimlərini birgə olaraq fars dilində çap etdirir. 1893-cü ildə Tiflisdə yerləşən "Müsəlman dini məktəbi"ndə İslam dininin qaydaları (Şəriət qanunları) üzrə dərs deməyə başlayır. Sonralar o, Qazi kimi Cəbrayıl, Gəncə, Tiflis və Kutaisidə çalışır. Axund rütbəsi alan Hacı Məmmədhəsən bir müddət qazi, 1907-ci ildən şeyxülislam əvəzçisi olub. 1908-ci ildə Şeyxülislam seçilir. 1932-ci ildə Tiflisdə vəfat etmişdir.

Əsərləri

1908-ci ildə Məhəmməd Həsən Movlazadənin "Kitab əl-bəyan fi təfsir əl-Quran" adlı kitabı çap olunub. İki hissədən ibarət olan bu kitabda o, Quranın tərcüməsi və təfsirini vermişdir. Onun bu kitabı 1990-cı ildə Bakıda yenidən nəşr olunub[1].

İstinadlar

  1. Kitab Əl-Bəyan fi Təfsir Əl-Quran: 3-cü nəşr: 2-ci cild: ərəb., fars / Mütərcim Şeyxul-İslam Məhəmməd Həsən Mövlaza Deyi-Şəkəvi.-B.: Azərnəşr, 1990.-492 s.; 24 sm.-Q.y., n. y.-(90-751)

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.