Məhəmməd Kərimov
Məhəmməd Məmmədəli oğlu Kərimov (21 sentyabr 1955, Ardanış, Krasnoselsk rayonu) — Azərbaycan cərrahı, həkim-fleboloq; tibb elmləri doktoru (2005), Azərbaycan Tibb Universitetinin professoru (2010). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş cərrahı (2006).
Məhəmməd Kərimov | |
---|---|
Doğum tarixi | 21 sentyabr 1955 (68 yaş) |
Doğum yeri | |
Elm sahələri | tibb, fleboloqiya, cərrahiyyə |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Təhsili |
|
Elmi rəhbərləri | A. V. Pokrovski[d], Çərkəz Cəfərov |
Həyatı
Məhəmməd Kərimov 21 sentyabr 1955-ci ildə Çəmbərək rayonunun Ardanış kəndində doğulub. Ardanış kənd orta məktəbini bitirib.
1980-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu Lenin təqaüdü ilə bitirib. 1980–1983-cü illərdə təyinatla Sumqayıt şəhərində 1 saylı xəstəxanada həkim-cərrah işləyib.
1983-cü ildən əmək fəaliyyətini Moskva şəhərindəki SSRİ Tibb Elmlər Akademiyasının A. V. Vişnevski adına Cərrahiyyə İnstitutunda davam etdirib.[1] 1985-ci ildə həmin İnsititutda müsabiqə yolu ilə aspiranturaya daxil olub və 1988-ci ildə dünyaca məşhur damar cərrahı, akademik A. V. Pokrovskinin rəhbərliyi altında "Aşağı ətrafların damar mənşəli trofiki xoralarının idarəolunan abakterial mühitdə cərrahi müalicəsi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
1989-cu ildən Azərbaycan Tibb Universitetinin Ümumi Cərrahlıq kafedrasında assistent vəzifəsində çalışmağa başlamış, 1995-ci ildə həmin kafedranın dosenti seçilmişdir.
M. M. Kərimov 2005-ci ildə akademik M. İ. Davudov və professor Ç. M. Cəfərovun elmi məsləhətçiliyi ilə "Qida borusu xərçənginin cərrahi müalicəsi və proqnoz amilləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
2006-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş cərrahı təyin edilib.
M. Kərimov 2010-cu ildən ATU-nun Ümumi Cərrahiyyə kafedrasının professorudur.[2]
Üzvü olduğu təşkilatlar
Məhəmməd Kərimov Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Cərrahi profilli ixtisaslar üzrə Sertifikasiya və Attestasiya Komissiyalarının sədri, Azərbaycan Tibb Universitetinin Cərrahiyyə üzrə İxtisaslaşdırılmış Elmi Şurasının, eləcədə bir çox başqa şura və komissiyaların üzvüdür.
Ümumdünya Damar Cərrahları Assosasiyası, Dünya Fleboloji Forumu, Avropa Cərrahlar Cəmiyyəti, Avropa Damar Cərrahları Assosiasiyası və başqa beynəlxalq cəmiyyətlərin üzvüdür.
Əsas elmi əsələri
- Хирургическое лечение и факторы прогноза рака пищевода. Монография. Баку, Элм, 2005 г. 307 стр.
- Рак пищевода: Хирургическое лечение и факторы прогноза. Хирургия, 2006, N3, c.32–39 (Ч.М.Джафаров)
- Эзофагопластика желудочной трубкой. Грудная и сердечно-сосудистая хирургия, Москва 2008, N5, c.47–51 (Ч.М.Джафаров)
- Importance of fasciotomy procedure for surgical treatment in patients with combined sceletal and vascular extremity truma. European Capter Conqress of the International Union of Angiology, Palermo, Italy, 2009, p. 98 (N. Abushov et al)
- Surgical treatment prinsiples in patients with traumatic injuries of main vessels, bone-joints of extremities. European Capter Conqress of the International Union of Angiology, 2010, Paris, France. (N. Abushov et al)
- Profilactic measures of deep vein trombosis and pulmonary embolism after lover limb major amputation in patients with periferial artery disease. Journal Practicka Flebologie, 2011, pp. 42–44. Prague, Czech Republic (N. Abushov et al)
- Emploing of ozonated autohemotherapy in complex surgical treatment in patients with thromboangiitis obliterans and critikal limb ischemia. Journal International Angiology, 2012, v.3, N3, pp. 2–3N. (Abushov et al)
- Experience of endovenous laser ablation in patients with lover limb varicose veins. Journal International Angiology, 2013, vol. 31, N5, pp. 36–37 (N. Abushov et al)
- Endovenous Laser treatment with 980 nm: Estimation of efficiency for ablation of saphenous veins. Abstracts of XVII Meeting of the European Venous Forum, p. 87,2016, London, UK (N. Abushov et al.)
- Results of endovenous radiofreuency thermal ablation with and withound hiqh liqation in comparison. Abstakts 0f XXVII Meeting of the International Union of Angiology, pp. 87–88, 2016, Lyon, France (N. Abushov et al)
- Ümumi cərrahlıq. ATU tələbələri üçün dərslik. Bakı, 2016, 303 səh. (Ç. M. Cəfərov ilə birlikdə)
İstinadlar
- "Həkimlər: Məhəmməd Kərimov". hekimtap.az (az.). hekimtap.az. 2018. 2021-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01 oktyabr 2021.
- "Professor Məhəmməd Kərimov: Bioqrafiya". megavisionsite.com (az.). Bakı Sağlamlıq Mərkəzi. 2021. 2021-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2021.