Məhəmməd Füzuli (film, 1958)

Məhəmməd Füzuli
Janr bioqrafik
Rejissor Niyazi Bədəlov
Ssenari müəllifləri Süleyman Vəliyev
Niyazi Bədəlov
Boris Seytlin
Operatorlar Seyfulla Bədəlov
Rasim Ocaqov
Rəssam Nadir Zeynalov
İstehsalçı Bakı Kinostudiyası
İlk baxış tarixi 1958
Filmin növü qısametrajlı sənədli film
Ölkələr SSRİ SSRİ
İl 1958
Texniki məlumatlar 3 hissə
830 metr
35 mm

Məzmun

Film XVI əsr Azərbaycan ədəbiyyatının dahi nümayəndəsi, dünya şöhrətli şair Məhəmməd Füzulinin vəfatının 400 illiyinə ithaf olunmuşdur.

Filmdə Hüseynqulu Sarabski, Cabbar Qaryağdıoğlu kimi böyük sənət xadimləri çıxış edir. Xüsusən unudulmaz aktyor Kazım Ziyanın ifasında şairin lirikası səslənir.

Film Vətənimizin qədim tarixi abidələrini, mənzərələrini göstərən kadrlarla başlayır. Sonra karvan gedən səhra, Kərbəla, Bağdad şəhərlərinin panoramı ekranda görünür. Füzulinin ata-babasının Azərbaycandan İraqa köçməsi, şairin Kərbəlada anadan olması və yaradıcılığı barədə diktor izahat verir.

Filmdə xalqın şairə bəslədiyi böyük sevgiyə, BakıMoskvada keçirilən xatirə gecələrinə, xarici qonaqların bu mərasimlərdə iştirakına geniş yer verilmişdir. Biz filmdə həmçinin şairlərin, memarların, bəstəkarların, rəssamların böyük şairə həsr etdikləri ən yaxşı əsərləri ilə də tanış oluruq.

Haqqında

Azərbaycan kinosunda bir epizodla da olsa Füzulinin bədii obrazı aktyor Əli Qurbanov tərəfindən ilk dəfə olaraq bu filmdə yaradılmışdır.

Filmin heyəti

Film üzərində işləyənlər

Rejissor: Niyazi Bədəlov
Ssenari müəllifi: Süleyman Vəliyev, Niyazi Bədəlov, Boris Seytlin
Operator: Seyfulla Bədəlov, Rasim Ocaqov
Rəssam: Nadir Zeynalov
Musiqi tərtibatı: German Krupkin
Səs operatoru: İqor Popov

Mənbə

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 130-139.
    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.