Məhəmməd Dünyamalıyev
Dünyamalıyev Məhəmməd Ağamirzə oğlu — texnika elmləri doktoru, professor.
Məhəmməd Dünyamalıyev | |
---|---|
Dünyamalıyev Məhəmməd Ağamirzə oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Soylan rayonu, Ermənistan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Həyatı
Dünyamalıyev Məhəmməd Ağamirzə oğlu 1938-ci ildə Ermənistanın Əzizbəyov rayonunda anadan olmuşdur. 1962-ci ildə riyaziyyat ixtisası üzrə ADU-nin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. İnstitutu bitirdikdən sonra APİ-nun Ali riyaziyyat kafedrasında assistent, böyük müəllim işləmişdir. 1964-1969-cu illərdə Azərbaycan EA Neft və qaz yataqlarının işlənilməsi institutunun aspirantı olmuşdur. 1970-ci ildə "Mayenin süzülməsinin və quyuların rasional yerləşməsinin bəzi məsələləri" mövzusunda namizədlik, 1990-cı ildə isə "Dərinlikdə yerləşən neft və qaz yataqlarının işlənilməsi zamanı relaksasiya proseslərinin hesabat nəzəriyyəsi və üsulları" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1991-2003-cü illərdə Azərbaycan EA DNQYPİ-nun aparıcı elmi işçisi, 2003-2006-cı illərdə - Azərbaycan MEA Geologiya institutunun "Neft yataqlarının işlənilməsi və neft və qaz hasilatının proqnozlaşdırılması" şöbəsində baş elmi işçidir. 2006-cı ildən bu günə qədər ATU-nin "Riyaziyyat" kafedrasının professorudur.
Elmi fəaliyyəti
Dünyamalıyev M.A. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir.
Elmi tədqiqat sahəsi: neft və qaz yataqlarının işlənilməsi zamanı relaksasiya effektlərinin və dağ süxurlarının sürüşməsinin öyrənilməsi.
Dünyamalıyev M.A. 80-dən artıq elmi məqalənin və 4 metodik vəsaitin müəllifidir.