Məhəmməd Cavad Bəlaği

Məhəmməd Cavad Bəlaği (Tam adı: Əllamə Məhəmməd Cavad Bəlaği Nəcəfi) (ərəb. محمد جواد البلاغي النجفي; 1865, İraq1933, Nəcəf) — ilahiyyatçı, təfsirçi, hüquqşünas, üsulist, şair və yazıçı (1982-ci ildə anadan olub, 1992-ci ildə Nəcəfdə vəfat edib), İraqlı şiə din xadimidir.

Məhəmməd Cavad Bəlaği
Məhəmməd Cavad Bəlaği
Doğum tarixi 1865
Doğum yeri
Vəfat tarixi 1933
Vəfat yeri
Dəfn yeri
Atası Şeyx Həsən Bəlaği
Elm sahəsi islam
Tanınır Əllamə Bəlaği

Doğumu

1865-ci ildə Nəcəfin Baraq məhəlləsində anadan olmuşdur. Atası Şeyx Həsən Bəlaği alim idi. Bəlaği nəsli öz elmi və biliyi ilə məşhur olan ailələrdəndir və onun əcdadları hamısı elm və ədəbiyyat adamları olmuşlar. O cümlədən məşhur "Tənqihul-məqal" kitabının müəllifi də bu nəsildəndir.

Təhsili

Nəcəf seminariyasında müqəddimat elmləri üzrə təhsil almışdır. 24 yaşında Kazimeyn şəhərinə getmiş və 6 ilə qədər orada qalmışdır. Bu müddət ərzində müxtəlif dinlərin, məzhəblərin və məktəblərin ardıcılları ilə ünsiyyətdə olduğu üçün onların düşüncələri ilə yaxından tanış olmuşdur. Bir neçə il sonra Nəcəf qəzasına qayıtdı. Onun Nəcəfdə qalması 14 il davam etdi. Sonra Samirraya getdi və Mirzə Şirazinin dərslərində iştirak etdi. O, on il Samirrada qaldı və bu müddət ərzində bu şəhərdə araşdırma apardı və bəzi əsərlərini yazdı. Bu şəhər ingilis qüvvələri tərəfindən işğal olunana qədər bu şəhərdə qaldı. Buna görə də o, yenidən Kazimeyn şəhərinə köçdü. İki ildən sonra Nəcəf şəhərinə qayıtdı və ömrünün sonunadək elmi işlərini bu şəhərdə davam etdi.

İstinadlar

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.