Məhəmməd Baqir Sədr
Məhəmməd Baqir Sədr (ərəb. محمد باقر الصدر) (tam adı:Seyid Məhəmməd Baqir Sədr; 1 mart 1935[1], Kazımiyyə[d] – 9 aprel 1980, Bağdad) — Ayətullah əl-üzma, filosof, üsuli, nəzəriyyəçi, İraq mübarizlərinin lideri. O "Şəhidi-Xamis" (beşinci şəhid) kimi də xatırlanır.
Seyid Məhəmməd Baqir Sədr | |
---|---|
ərəb. آية الله العظمى السيد محمد باقر الصدر | |
Doğum tarixi | 1 mart 1935[1] |
Doğum yeri | |
Vəfat tarixi | 9 aprel 1980 (45 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Elm sahəsi | İslam |
Elmi dərəcəsi | Ayətullah əl-Uzma |
Elmi adı | müctəhid |
Təhsili | Nəcəf |
Tanınır | alim kimi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Seyid Məhəmməd Baqir Sədr 1353-cü ilin zil-qədə ayının 25-də Kazimeyn şəhərində dünyaya gəlib. Atası Seyid Heydər Sədr Amili, anası isə Şeyx Əbdülhüseyn Əl-Yasinin qızı olmuşdur. Sədr 3 yaşında atasını itirmiş, anası və qardaşı Seyid İsmayıl Sədrin nəzarətinə verilmişdir.
Hicri Qəməri tarixi ilə 1365-ci ildə on iki yaşında ikən qardaşı Seyid İsmayıl ilə birlikdə seminariyanın professorlarından dərs almaq üçün Nəcəf şəhərinə getdi. İlkin dərslərin bir hissəsini qardaşından öyrənib. O, Seyid Əbul Qasim Xoyi, Seyid Məhəmməd Ruhani və Şeyx Məhəmməd Rza Əl-Yassinin yanında yüksək fiqh və üsul kursu keçmişdir.
Molla Sədra fəlsəfəsini Badkubeidən öyrənmiş və bununla yanaşı Qərb fəlsəfəsində qeyri-müsəlman filosofların fikirlərini də Məhəmməd Tağı Cəfəridən öyrənmişdir.
Yaradıcılığı
- Fəlsəfətuna (Bizim fəlsəfəmiz)
- İqtisaduna (Bizim iqtisadıyyatımız)
Şəhid edilməsi
Nəhayət, 1359-cu il aprelin 16-da (19 Cümədiül-əvvəl 1400) Seyid Məhəmməd Baqir Sədr həbs edilərək Bağdada aparıldı. Həbs olunarkən ondan aşağıdakıları etiraf etməsi istənilib:
Onun Bəəs partiyasına üzvlüyünün qadağan edilməsinə dair fətvasının geri qaytarması və buna icazə verməsi;
Onun Hizb-ül-Dəvətdən bəraət verməsi haqqında fətva verməsi;
İran inqilabını bəyənməməsini bildirməsi;
Seyid Məhəmməd Baqir Sədr bunları qəbul etmədi və nəhayət, hökumət ondan həbsdən çıxıb normal həyat sürmək üçün birinci və ya ikinci şərtlərdən birini qəbul etməsini istədi, lakin bu şərt də qəbul olunmadı. Nəhayət, Səddam Hüseynin göstərişi ilə o və bacısı Bint əl-Hüda Sədr öldürüldü.
Həmçinin bax
İstinadlar
- Muḥammad Bāqir al-Ṣadr // AlKindi.