Məhəmməd Baharlı
Əhmədov Məhəmməd Əhməd oğlu (12 mart 1948, Zəngilan rayonu – 14 iyun 2019, Bakı) — nasir, publisist.
Məhəmməd Baharlı | |
---|---|
Məhəmməd Əhməd oğlu Əhmədov | |
Doğum tarixi | |
Doğum yeri | Baharlı, Zəngilan rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (71 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | yazıçı, jurnalist |
Həyatı
Məhəmməd Baharlı 1948-ci il 12 martda Zəngilan rayonunun Baharlı kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra 1965–1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır.
Əmək fəaliyyətinə "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbi işçi kimi başlamışdır. 1970–1971-ci illərdə ordu sıralarında xidmət etmişdir. "Azərbaycan məktəbi" jurnalı redaksiyasında şöbə müdiri, məsul katib (1971–1985), "Kənd həyatı" jurnalı redaksiyasında məsul katib (1986–1988), "Azərbaycan məktəbi" jurnalı redaksiyasında məsul katib (1988–1989), "Gənclik" və "Molodost" jurnalları redaksiyasında məsul katib (1989–1992), "Təhsil" qəzetinin baş redaktoru (1992–1993) işləmişdir. 1993-cü ildən Azərbaycan müəllimi qəzetinin fəaliyyətini bərpa etmiş, 2002-ci ilədək onun baş redaktoru olmuşdur. Dünyasını dəyişənə qədər Təhsil Nazirliyinin elmi-metodik jurnalı olan "Azərbaycan dili və ədəbiyyatı tədrisi"nin baş redaktoru vəzifəsində işləmişdir.
Məhəmməd Baharlının yaradıcılığında elmi-pedaqoji, publisistik və nəsr əsərləri, həmçinin şeirləri başlıca yer tutur. Mətbuatda yüzlərlə yumoristik hekayəsi dərc olunub. "Dan ulduzu", "Qızıl qələm", "Ustad" ali jurnalist və "Araz" ali ədəbi mükafatların laureatıdır. "SSRİ Maarif Əlaçısı", "Azərbaycan SSR Qabaqcıl Maarif Xadimi" döş nişanlarına layiq görülmüşdür. Satira yaradıcılığı üzrə bir sıra müsabiqələrin qalibidir.
Əsərləri
- 1.Dərs müasirlik tələb edir. Bakı: Maarif, 1981, 63 səh.
- 2.Gəlin gülək. Bakı: Yazıçı, 1985, 140 səh.
- 3.Həyat işığı. Bakı: Gənclik, 1988, 45 səh.
- 4.Məktəbdə pedaqoji işə rəhbərlik. Bakı: Təhsil, 1999, 100 səh.
- 5.Dünya təhsil sistemi: dünən, bu gün, sabah. Bakı: Azərbaycan, 2002, 144 səh.
- 6.Qoca türkün şərqiləri (150 şeir). Bakı: Mars, 2003
- 7.Azərbaycan tarixi: Baharlılar. Bakı: Adiloğlu, 2010. 50 səh.
- 8.Seçilmiş əsərləri. I cild. "Publisistika (axtarışlardan sensasiyalaradək)". Bakı, 2012. 209 səh.
- 9.Seçilmiş əsərləri. II cild. "Poeziya (Qoca türkün şərqiləri)". Bakı, 2012. 240 səh.
- 10.Seçilmiş əsərləri. III cild."Proza (Povest, hekayə və yumorlar)". Bakı, 2012. 264 səh.
- 11.Seçilmiş əsərləri. IV cild. "Pedaqogika (Məktəbdə pedaqoji işə rəhbərlik)". Bakı, 2012
Mənbə
- Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar.I kitab. Bakı, 2013
- Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar.(Ensiklopedik məlumat kitabı).II kitab. Bakı, 2013
- Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy ocağı (sələfləri, xələfləri). Bakı, 2015
- Orxan Zakiroğlu (Baharlı). Əlişəkər bəy nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015
- Orxan Zakiroğlu (Baharlı). Xanlar xanı Bayram xan (sələfləri, xələfləri). Bakı, 2015
- Orxan Zakiroğlu (Baharlı). Əlişəkər bəy nəslinin görkəmli şəxsiyyətləri. Bakı, 2018
- Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy və onun nəslinin tanınmış övladları. "Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri" (Doqquzuncu buraxılış). Bakı, 2014
- Orxan Zakiroğlu (Baharlı). Baharlı tayfasının görkəmli ziyalısı – Məhəmməd Baharlı. "Bütöv Azərbaycan qəzeti" , 13–19 mart 2013-cü il, № 10 (186)
- Orxan Zakiroğlu (Baharlı). Soykökünə bağlı ziyalı. "Yazı" üç aylıq ədəbiyyat dərgisi. № 1 (23)