Məhəmməd Abduh
Məhəmməd Abduh (1849–1905) — Misirdəki İslam modernizminin banilərindən biri.
ƏHƏMMƏD ABDUH | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Misir |
Vəfat tarixi | |
Vəfat yeri | Misir |
Məhəmməd Abduh (1849–1905) Cəmaləddin Əfqaninin hərarətli tələbəsi və davamçısı idi. Abduh on beş illik yaxın dostuluqları zamanı ustadının dərslərini o qədər mükəmməl öyrəndi ki, hətta onu keçərək geridə daha konkret, mühüm və qalıcı bir miras buraxdı. Bu mirası yazılarında, konfrans və vaazlarında və bir də Əzhər Universitetində müəllimlik, idarə heyəti üzvlüyü və Misir baş müftülüyü kimi sahələrdə əldə etdi.
Uşaqlıq və məktəb illəri
Məhəmməd Abduh 1849-cu ildə Misirdə orta təbəqədən bir əkinçi ailəsində dünyaya gəlmişdir. On yaşında bir kənd məktəbində oxumağı və yazmağı öyrəndikdən sonra Quranı əzbərləməsi və qiraətini gözəl öyrənməsi üçün Quran hafizi yetişdirən bir məktəbə göndərildi. Iki il içərisində bu vəzifəsinin öhdəsindən gəldi və 1862 ci ildə Tantadakı Əhmədi məscidi məktəbinə getdi. Üç il yarımlıq əzbərələmə metoduna uyğun təhsil ərəfəsində müəllimlərinin dərslərini başa düşməkdə böyük çətinliklər çəkən, üstəlik çöldə-bayırda oynamağa çox düşkün olan gənc Abduh, məktəbi onu qane etməyən metodlar üzündən ümidsiz halda tamamən tərk etdi. Atası və qohumlarından bir çoxu kimi əkinçi olmaq üçün kəndinə döndü və orada 16 yaşında evləndi. Evliliyindən qırx gün sonra Məhəmməd Abduh onun ümidlərini doğrultmayan köhnə məktəbə dönməsi üçün atası tərəfindən məcbur edildi. Məktəbə qayıtmaq üçün kəndindən ayrıldığında ümidi kəsilərək məktəbdən qaçmış bu gənc atasının istəyinə itaət etmədi və qohumlarının yanına getdi. Orada böyük əmisi Şeyx Dərviş onun müəllimlik etdi və onda dini elmlərə qarşı tükənməz bir istək və tasavvufa qarşı güclü bir maraq yaratdı. 1865 ci ildə Abduh Tantadakı məktəbə bu dəfə xeyli motivə olmuş və dini təhsil almaq üçün çox istəkli bir şəkildə döndü.
əl-Əzhər
Tezlklə, mktəbə qayıtdığından yarım il sonra Abduh Qahirədəki məşhur İslami bir qurum olan Əzhər Universitetində təhsil almaq fikrinə düşdü. Sonrakı dörd il boyunca orada təhsil aldı. Bu zaman dilimində özünə əmisi tərəfindən təlqin edilən və həyatına hakim olan amillərdən biri olan tasavvufun təsiri altındaydı. Bunun nəticəsi kimi Əzhər Universitetindəki təhsil zamanı və ya evlərində olduğu zamanlarda günlərlə oruc tutar, gecələrin çoxunu ibadətlə və Quran oxumaqla keçirərdi. Ətrafındakılardan fərqli geyinər, zahidanə bir həyat tərzi keçirər və get-gedə dünyadan uzaqlaşırdı. Abduh 1871 ci ildə belə bir ruhi əfval-ruhiyə içərisində əmisinə növbəti ziyarətlərindən birində müəllimi ondakı dəyişikkliyə gördüyü zaman heyrətə gəlmiş və onu tədricən daha normal bir həyat tərzinə geri gətirməyə qərar vermişdi. Himayəsi altındakı qardaşı oğlunu sosyal təsirlərə qataraq və onu geniş bir yelpazədəki problemləri həll və müzakirə etməyə təşviq edərək bu hədəfini həyata keçirmişdi. Abduh əmisinin bu dəyişmədəki təsirləri haqqında belə yazır:
"Əvvəllər mənə cazibədar gələn bu dünya həyatı gözümdə kiçlimiş və elm tədarükü,- əvvəllər əhəmiyyət vermədiyim ruhumun Allaha qarşı duyduğu sevgi və istək güclü hala gəlmişdi. Bütün qayğılarım məni tər etmiş, bir dərdim qalmışdı, o da elm və ruhi sahədə mükəmməl hala gəlmək. Daha sonra məni az bir zamanda cəhalətin qaranlıqlarından qurtarıb elmin geniş üfüqlərinə götürən, kor bir təqlidin zincirlərindən Allah ilə mistik bir birliyin hürriyyətinə qovuşduran şeyxim xaric, ruhumun meyl etdiyi sahədə mənə yol göstərəcək bir rəhbərim yox idi."
Əfqaninin təsiri, müxalifətçilik və yaradıcılıq
Ancaq Abduhu sufiliyin mistik və passiv dünyasındakı coşqudan alıb, İslam toplumlarının islahı və İslamın yenidən yorumlamasıyla əlaqəli aktiv və praktiki məşğuliyyətlərə gətirən, alim, zəki və siyasi olaraq zirək bir şəxs olan Əfqani ilə 1871 ci ildə başlayan yaxın dostluğu oldu. 1874 cü ildən qəzet və jurnallara məqalələr yazmağa başladı və artıq 1876 cı ildə nəşr olunmuş iki kitabı var idi. Yazılarında ənənəvi alimlərin İslam kəlamı və fiqhi mövzusundakı üsulpərəst və ehkamçılığının tənqidi görülür. O eyni zamanda davamlı olaraq, müasir elmlərin tədrisinə və qərbin inkişaf səbəblərini anlamağa duyulan ehtiyacı vurğulamışdır. Çünki müsəlmanlar keçmiş uğurlarıyla yaşamağa davam edə bilməzlər. Məcbur qaldıqları və ən məqbul şey dramatik bir şəkildə dəyişən keçmişi özlərinə daha yaxşı bir gələcək qurmaq üçün indiyə uyğunlaşdırmaları idi. Son imtahanlarını verdiyi zaman Əzhərin ənənəvi düşüncəyə sahib alimləri az qala onu imtahanlarda saxlayacaqdılar, ancaq Daru’l-Ulumun azad düşüncəli rektorunun vaxtında işə qarışması ilə müəllimlər razı salındılar. Diplomunu və alimlik dərəcəsini aldıqdan sonra Abduh Əzhər Universitetində qalmağı və Xədiv Dil Məktəbində müəllimlik etməyə müvəffəq oldu. Burada ustadı Əfqanidən öyrəndiyi məntiqi istidlal (dəlillərdən hökm çıxarma) və ağıl yürütməyə əsaslanan eyni metodu tətbiq etdi. Hər iki müəssisədə işləyərkən zehni davamlı Misir xalqını inkişaf etdirmək üçün İslam hüququnun və ərəb dilinin islahatı ilə məşğul idi. 1879-cu ildə inqilabçı görüşləri və despotizmi təhdid edən davranışlarına görə hər iki qurumdakı vəzifəsindən uzaqlaşdırıldı. 1880-ci ildən etibarən iki il "əl-Vəqayii’l-Misriyyəinin" üç naşirindən biri kimi işlədi. Ancaq 1882-ci ildə Urabi Paşa liderliyində Misirdəki ingilis və fransızlara qarşı məğlubiyyətlə nəticələnən milli üsyana qoşulduğu şübhəsiylə Misirdən uzaqlaşdırıldı və sürgünə göndərildi. Suriya və Liviyada bir müddət qaldıqdan sonra Abduh 1884-cü ildə Əfqani tərəfindən ona qoşulması üçün Parisə çağırıldı. Həmin il anti-imperializm, İslam milliyyətçiliyi, İslam modernizmi, panislamizm vb. mövzularda səs salan yazılar nəşr edən Urvətu’l-Vusqa adlı jurnalın nəşrinə başladılar. Qəzetin nəşri qadağan edildikdə və Əfqani 1885 ci ildə parisdən deportasiya edildiyində Abduh aktiv bir şəkildə dərs verməyə və yazmağa başladığı Beyruta qayıtdı. Misirdən məcburi olaraq uzaq qaldığı zaman kəsiyində (1882–1888), daha öncə kitablarda oxuduğu Avropanın inkişafını səyahət edərək görmə imkanı əldə etdi.
Yenidən Misirdə
1889 cu ildə artıq Abduh, mühacir kimi yaşamaqdan yorulmuş və ustadı Əfqaninin inqilabçı İslami ideallarını itirmişdi. Misirli iqtidar sahiblərı ilə uzlaşmaya və geri dönməsinə izin verildiyi təqdirdə siyasətin xaricində qalacağına söz verməyə qərar verdi. Sistem içində qalaraq müsəlman xalqların tədrici dəyişimi üçün çalışacağına dair o və misirli iqtidar sahibiləri arasında zimni bir müqavilə vardı. Misirə qayıdışında qazı kimi vəzifələndirildi, ancaq İslami məsələlər üzərində söhbətlərə və yazmağa hərarətlə davam etdi. On il sonra İslam mövzusundakı mutədil və yenilikçi fikirlərindən ötürü o qədər tanınmışdı ki, Misir baş müftülüyünə və üstəlik də daimi olaraq Qanunverici Məclis üzvlüyünə seçildi. Ölümündən öncə gücünün zirvəsinə 6 ildə bu vəzifələrdə çalışdı.
İslam və islahat
Abduhun İslami islahat hərəkatı üçün tövsiyə etdiyi (miras kimi qoyduğu) və müsəlman yenilikçilər tərəfindən davam etdirilən proqramı dörd ana başlıq altında ələ alına bilir:
- a.Islamın sürətlə yayıldığı əzəmətli günlərinə dönüş üçün Quran və Hədisin tədrisi,
- b.Islami tədrisin modern düşüncə və müasir elmin işığında yenidən yorumlanması və yenidən şəkilləndirliməsi.
- c.Misirdəki ali təhsilin islahı,
- d.Islamın qərb nüfuzuna və xristian hücumuna qarşı müdafiəsi.
Abduhun düşüncəsində müəlliminin cücərtdiyi ictihad toxumları yaxşıca kök saldı, böyüdü və inkişaf etdi. O, dayanmadan İslamın təqlid bağından qurtulması, bütün müsəlmanların Quran üzərində diqqətlicə çalışmaları və buna əlavə olaraq İslamın klassik dövrünün ağlın işığında araşadırılması fikrinin yerləşməsi üçün şalışdı. Onun qənaətinə görə, ancaq bu yolla müsəlmanlar öz həyatlarını və toplumalrını inkişaf etdirə bilərdilər. İslamdan çıxış edilərək söylənənlərin (bunu söyləyənlər hətta alimlər olsalar belə) məntiqsiz və mənasız olduğu təqdirdə, Quranın bunları ayırd etmə haqqını bütün müsəlmanlara verdiyini də göstərirdi. Bu beləydi, çünki İslam insanları din adamlarının hakimiyyətindən qurtarmış, Tanrı ilə üz-üzə gətirmiş və heç bir şəfaətə bel bağlanmamasını öyrətmişdir. Başqa bir yerdə belə deyirdi: " Ona görə əcdada istinad edilən üstünlük, keçmişin mənasızlıqlarının qorunmasını təmin edən bir bəhanəydi və bu kimi bir yanılmazlıq bəhanəsi insan zəkasına zidd olur." Ustadı Əfqani kimi və ciddi bir tənqid ilə öncə mədrəsə tipli tədris növünü ələ aldı. Abduh müsəlmaları davamlı həqiqi İslamın ruhunun işığı altında təhlilə, fikirləşməyə, problemlərin anlaşılması üçün məntiq yürütməyə təşviq etdi.
O belə deyirdi: " Bu an bütün dinlər arasında İslam dəlilsiz bir şeyə inananları pisləyən, qətilik (yəqinlik) daşımayan inancları izləyənlərə xitab edən tək dindir, İslam danışdığında ağla xitab edər və Uca Kitab xoşbəxtliyin, ağlın həqiqi istifadəsindən keçdiyini açıqlar."
Abduhun ağıl və rasionalizm üzərindəki vurğusu diqqətə alındığında onun İslam və müsbət elmi Allahın bizə doğru yolu tapmaqda rəhbərlik etməsi üçün verdiyi ağlın ekiz qardaşları olduğunu düşünməsi heyrətamiz deyildir.
Islam haqqındakı geniş elminin yanında Abduh sürgündə olarkən qərbdə etdiyi səyahətlərdən və qərb intellektual düşüncəsinə aid oxuduqlarından geniş, sərbəst bir baxış açısına yiyələnmişdir. Abduh – ustadı Əfqani kimi – keçmiş uğurları yad edərək yaşanmayacağına, edilməsi lazım olanın dramatik bir tərzdə dəyişən bu keçmişi özləri üçün daha gözəl gələcək uğruna bu günə uyğunlaşdırmağın lazım olduğuna inanmışdır. Islamın iki açıq ancaq mühim ünsürdən ibarət olduğunu düşünürdü: Üsul və Füru. Üsulü’d-din(İslamın təməlləri), iman-əqidə-fəraiz(edilməsi məcburi olan işlər) və əxlaq(bərabərlik, ədalət, rifah prinsipləri)dantəşkil olunmaqdadır. Üsulü’d-din heç bir zamanda dəyişdirilməz. Digər yandan füru , müamələt(insanlar arası münasibətlər) kimi imanın ikinci sırada ya da özünə bağlı olmayan xüsusiyyələrini təşkil edir. Buna görə də toplumsal, mədəni, iqtisadi və siyasi münasibətlərlə əlaqəli tərtibatlar müqəddəs deyildir və dəyişimə tabedir.
Misirliləri Üsulü’d-din mövzusunda düşünə bilmək üçün Abduh, Quran təfsiri yazmaq kimi bir vəzifəni yükləndi. Öldüyündə tamamlanmamış bir halda olan ancaq sonradan tələbəsi Rəşid Rza tərəfindən ikmal edilən Quran təfsirində Abduh, hür (liberal), əqli (rasional), yenilikçi (modernist) bir üsuldan istifadə etmişdir.
İslam və Qərb düşüncəsi
Abduh misirlilərdən sadəcə klassik ərəbcə, fiqh və kəlam əsərlərini oxumalarını istəmirdi. O eyni zamanda qərbin dinamik inkişafına təsir göstərən səbəbləri başa düşə bilmək üçün modern elmlərin və Avropadakı dini inkişafın tarixinin də bilinməsini arzulayırdı. Modern qərb intellektualizminin İslam ilə -mükəmməl bir tərzdə- uyğun uzlaşma(kabili-telif) olduğunu vurğulayırdı. Bunun üçün yazılarında və konfranslarında təməl İslami qavramlara müsbət və faydalı qərbli fikir və ideallarının yaradıcı bir sintezini ortaya qoymağa çalışmışdır. O bu yolda həm misirli aydınların çoxunun dindar, səmimi müsəlmanlar kimi qala bilmələrini, həm də qərbin onlara təqdim edə biləcəyi ən gözəl şeyi qəbul edib hazırlaya bilmələrini təmin etdi. H. R. Gibb bu mövzuda belə yazmışdır[mənbə göstərin] :
Onun həqiqi şagirdləri alimlərdən olmayan, xüsusən qərbsayağı təhsil almış və öz içində iki yönəlişi bəsləyə bilməyənlərdən ibarət idi. O və onun əsərləri ilk əldə ictimai və siyasi islahatçılar üçün bir silah, bir qalxan rolunu oynayırdı və hələ də bu rolu oynamaqda davam etməkdədir. İslahatçılar onun nüfuzu syəsində öncədən xəbərdar olmayan yeni fikirlərini götürdükləri insanlar nəzdində qəbul edirdilər, ikinci olaraq ənənəvi elm ilə qərbin təqdim etdiyi yeni ağılçılıq arasında get-gedə böyüməkdə olan uçurumu keçici də olsa qapatmağa çalışmış və qərb universitetlərində təhsil alan öncələri inancını itirmə təhlükəsi ilə qarşı-qarşıya qalan müsəlman tələbələrin təhsillərini ümidsiz olmadan, suçlamalara məruz qalmadan davam etdirə bilmələrini mümkün hala gətirmişdir. Bu düşüncəsinin ağırlıq mərkəzinin təşkilinə hər kəsdən çox o səy göstərmiş və İslami bir çərçivədə irəliləmə fkirlərindən ibarət bir ədəbiyyat təşkil etmişdir.
1898-cu ildə Abduh Mənar adlı aylıq jurnal nəşr edən Rəşid Rzaya kömək etdi və bir müddət sonra jurnalı bərabər çıxarmağa başladılar. Bu jurnalın hakim mövzusu başa düçüləcəyi kimi onun bütün həyatının nəhai hədəfini təşkil edən İslamın yenidən yorumlanması/ihyası və İslam toplumunun islahı idi. Həqiqətən Mənar jurnalı bir müddət sonra onun İslma haqqındakı hürr və yenilikçi görüşlərini yaymada ən əhəmiyyətli vasitə halına gəldi.
Yenidən əl-Əzhər
Abduh 1892-ci ildə yeni Misir Xədivindən Əzhər universitetinin idarə heyətinə üzvlük təklifini aldığında çox sevinmişdi. Tələbəlik illərindən bu yana tədris planını, təhsil metodlarını və qurumun idarə şəklini dəyişmək istəyirdi. O İslami Ali təhsili islah və Əzhərin tədrisatını yeniləşdirdiyi təqdirdə, dünyanın hər tərəfindəki müsəlman –alimlərin, İslam dünyasının ən məşhur təhsil mərkəzinə axın-axın gələcəklərinə inanırdı. Beləliklə məsul olduğu İslam toplumunu islah etmə vəzifəsi anında tamamlanmış olacaqdı. Dolayısıyla Abduhun aşağıdakı islah təkliflərini irəli sürən, Əzhər Universitetinin idarə heyətindəki ən öndə gələn sima olması təəccüblü deyildir. Sözü gedən təkliflərin bəziləri bunlardır: Modern elmlərin proqrama alınması, təhsil işçilərinin əmək haqlarının artırılması, tələbə yataqxanalarının şərtlərinin yaxşılaşdırılması və saylarının artırılması, kafeteryalarda tələbələrə verilən yeməklərin keyfiyyətinin yüksəldilmsi, universitetdəki səhiyyə xidmətləri üçün öncə bir dispanser, sonra da bir xəstəxana qurulması, Əzhər vəqfinin yenidən tərtib olunması və yaxşılaşdırılması, qurumun idari sistemini qaydaya salmaq üçün işləyən Əzhər Şeyxinə kömək etmək üçün məmur və xidmətçilərin saylarının artırılması, tətillərin zaman və miqdarının azaldılaraq təhsil müddətinin 4 aydan 8 aya qaldırılması, bütün tələbələr üçün məcburi klassik ərəbcə dərslərinin təşkil edilməsi və kitabxanalardakı kitabların artırılması… Bu islahatlardan bəziləri zamanında tətbiq edilərkən, bəziləri Abduhun ölümündən sonra həyata keçirilmişdir.
Baş müftilik
1899-cu ildə Xədiv, Abduha Misir baş müftülüyünü təklif etdi. Bununla o, Misirdə şəriətin ən üstün rəsmi səlahiyyətlisi olurdu və onun fətvaları nəhai salahiyyət qazanırdı. O, bu təsirli və güclü vəzifəsindən əldə etdiyi avantajla bütün İslami məhkəmə (fətva) sisteminin islahı və İslam hüququnun davamlı olaraq gözdən keçirilməsi mərhələsini başlatdı. Sələflərin əksinə müftülük binasının qapılarını –zəif və gücsüz olsa belə- hər fərdin, onun qərarlarını dəyiçdirə bilmələrinə imkan yaratmaq məqsədi ilə xalqa açdı. Onun xüsusən üç fətvası çox məşhurdur: Bir fətvasında o müsəlmanlara yəhudi və xristianlar tərəfindən kəsilən heyvanların ətinin yeyilə biləcəyinə izin verdi. Çünki onlar Əhl- Kitabdırlar. Bir digər fətvasında o faiz verən poçt idarəsinə bağlı olan banklara müsəlmanların pul qoymalarının caiz olduğunu göstərmişdir. Bu fətvaların üçüncüsündə Quranın bir kişinin dörd qadınla evlənməsinə izin verdiyinə baxmayaraq bunu qəbul etmədiyini ifadə etdi. Ayrıca Quran kişilərə qadınlarının hamısı ilə bərabər davranmalarını nəsihət etməkdədir. Bu Abduha görə dolaylı da olsa çox evliliyin xoş görülməməsinə işarə etməkdədir. Çünki aydındır ki, heç bir kişinin qadınlarına bərabər olaraq davrana bilməsi mümkün deyildir. Bənzəri bir biçimdə Abduh talaq (boşamanın) müsəlman kişilər tərəfindən tək tərəfli və keyfi olaraq mənfi şəkildə istifadə edilməsinə qarşı çıxmışdır. O qəti surətdə Quranın kişi və xanımı arasındakı münaqişələr zamanı tərəfsiz vasitəçilərin araya girməsini əmr etdiyini irəli sürürdü. Çünki talaq (boşama) tərəflər arasındakı münaqişələrdən qaynaqlanan və məhkəmə razılığı olmadan boşanmaya icazə verməməlidir. Həqiqətən də Peyğəmbər (sav) dövründə qazinin (hakimin) vəziyyətini yaxşılaşdıran inqilabçı islahatlarla nisbətdə XIX əsr İslam dünyasında qadının əhəmiyyətsiz və zəif vəziyyəti arasındakı fərqlilik Abduhu hədsiz dərəcədə mütəəssir edirdi. Bu üzüntü halında bir dəfə belə demişdir: " Dinimizin qadına verdiyi haqların fərqində olmayan müsəlmanlar qadının təhsili mövzusunda yanıladıqlarından biz də qadını təhsilinə qarşı bir vəziyyətə düşdük." Bu inkar edilməz bir həqiqətdir ki, Misir baş müftisi kimi əldə etdiyi yüksək vəzifə sayəsində Abduh İslam yenilikçiliyinin təkcə vətənində deyil bütün İslam dünyasında mötəbər və təsirli bir yönəliş kimi qəbul olunmasına imakn yaratmışdır.
Əfqaninin yolunu gedən Misir baş müftisi özünü müsəlman adlandıranlar ya da qeyri-müsəlmanlar İslamı tənqid etdikləri zaman İslamı güclü və təsirli bir tərzdə müdafiə etməkdə idi. Misal kimi o liberallara bəzi şəraitlərdə qərb meyilli olanlara ərəb milliyyətçiliyi və layiq hümanizm tərəfdarı müsəlmanlara dinin insan həyatının ən öndə gələn həyati qaynağı olduğunu xatırladırdı: " Din ilk müəllim… elm taliblərinə insan ruhunun ən mükəmməl rəhbəri… ruhu ali dəyərlər və fəzilətli keyfiyyətlərlə tərbiyələndirən ən böyük müəllim… onu ədalət, mərhəmət və əsilliklə təchiz edər… – Və xüsusən də İslam bədəvi, mədəniyyətsiz bir milləti qısa bir zamanda hikmət və abadlığa qovuşduran dəyərlər bütünüdür…
Onun qeyri müsəlmanlar qarşısındakı İslamı müdafiəsi güclü və təsirli idi. Bunlardan Fransız xarici işlər naziri Gabriel Hanotaux ilə "Əl-Camia" adlı ərəb jurnalının naşiri Farah Antuna verdiyi cavablar ən gözə çarpanlarıydı. Bunlar Abduha Misirdə böyük şöhrət qazandırdı.
İrsi
Abduhun İslami islahat cəhdləri ölümündən sonra onun elmli və bacarıqlı tələbələrindən Rəşid Rzanın rəhbərlik etdiyi Sələfiyə hərəkatı ilə davam etdirildi. Sözü gedən hərəkat sələfin, yəni İslamın əsas məzhəblərinin ortaya çıxmdığı klassik dövrdə yaşamış ilk nəsillərin fikir və ideallarına dönüb, onları günümüzün işığı altında yenidən yorumlamaq məqsədini daşıyırdı. Bu hərəkatın mənsubları sələf terminini Peyğəmbər (sav) və müsəlmanların ilk nəsillər ilə məhdudlaşdıran aşırı mühafizəkarların inhisarından alaraq, termini İslamın sürətlə yayıldığı və böyüdüyü ilk dövrlərdəki müsəlmanları da əhatə edəcək şəkildə geniş qəbul edən liberallara daşımışdılar.
Məhəmməd Abduh Əfqanidən aldığı fikirlərinin çoxunu inkişaf etdirməsinə baxmayaraq bunları ustadından daha mötədil, nizamlı, təsirli və səmimi bir tərzdə ortaya qoydu. Misirdə həyata keçirdiyi İslami islahatlar, dinin sürətlə dəyişən bir dünyayla ayaqlaşması və bu cazibəli mesajın İslam dünyasının digər istiqamətlərinə yayılmasını təmin etmişdir. Beləliklə Abduh ustadı Əfqani ilə birlikdə İslam yenilikçiliyinin qurucularından biri olma sifətini qazanmış oldu. Nəbil Huri və Abduh Baklini Abduhun İslami oyanışa verdiyi dəstəyi konkret bir şəkildə belə ifadə etmişdilər: "İslam toplumlarındakı təfriqələr və qüsurlar nəzərə alındığında Abduh həm tənqidi, həm də təşviq edici təkliflər təqdim etmişdir. O İslam haqqında müxtəlif ehtiyac və şəraitlərin ortaya çıxıb böyüməsini əngəlləmək üçün müxtəlif təfərrüatlar üzərində isrardan qaçaraq ümumi bir çərçivə təşkil etmişdir. Abduhun baxış tərzinə görə zamanın nəbzini tutmaq, bu günün keçmişə bağlanması demək deyil, daha çox tənəzzül dövründə ictimai birliyin zəiflədiyi və əxlaqi dəyərlərin itirildiyi nöqtədə maddi irəliləmə ilə öhdəsindən gəlinməsi mümkün olmayan nizamlı bir inkişafı təmin etməkdir."
Məhəmməd Abduh 1905-ci ildə 56 yaşında dünyaya gözlərini yumdu.