Məhəmməd Abbasquliyev

Məhəmməd Abbasquliyev (14 fevral 1965, Kalbaoruc Dizə, Naxçıvan rayonu22 noyabr 2013, Bakı) — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin sabiq müavini.

Məhəmməd Abbasquliyev
18 avqust 2008 22 noyabr 2013
Prezidentİlham Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 14 fevral 1965(1965-02-14)
Doğum yeri
Vəfat tarixi 22 noyabr 2013(2013-11-22) (48 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Təhsili
  • Donetsk Mühəndislik və Kommunikasiya Ali Hərbi-Siyasi Məktəbi[d]
Uşağı 4
Hərbi xidmət
Xidmət illəri 1994-2013
Mənsubiyyəti Dövlət Sərhəd Xidməti
Rütbəsi
General-mayor

Təltifləri "Azərbaycan Bayrağı" ordeni3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni

Həyatı

Məhəmməd Abbasquliyev 14 fevral 1965-ci ildə Babək rayonunun Kalbaoruc Dizə, kəndində anadan olub. O, 1982-ci ildə Qaraqala kənd orta məktəbini bitirdikdən sonra Donetsk Ali Hərbi-Siyasi Mühəndis və rabitə Qoşunları Məktəbinə daxil olub. Bu məktəbi bitirdikdən sonra 1993-cü ilə qədər Sovet ordusu sıralarında xidmət edib. 1994-cü ildən 2001-ci ilədək Azərbaycan Sərhəd Qoşunlarının Naxçıvan sərhəd dəstəsində zabit vəzifələrində çalışıb. 2001–2004-cü illərdə Naxçıvan sərhəd dəstəsinin rəisi olub.

Azərbaycan prezidentinin sərəncamları ilə 6 aprel 2004-cü il tarixində DSX-nin Naxçıvan Sərhəd Diviziyasının komandiri, 16 yanvar 2008-ci ildə isə Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini, 18 avqust 2008-ci ildə isə DSX rəisinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsinə təyin edilib. 2004-cü il iyul ayının 30-da Azərbaycan prezidentinin sərəncamı ilə Məhəmməd Abbasquliyevə general-mayor hərbi rütbəsi verilib.

General-mayor Məhəmməd Abbasquliyev 2013-cü il noyabrın 22-də infarkt nəticəsində dünyasını dəyişib. II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Ailəsi

Ailəlidir. 4 övladı var.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.