Məhəmməd Əmin Zəki

Məhəmməd Əmin Zəki[1] (kürd. Mihemed Emîn Zekî; 1880, Süleymaniyyə1948) — kürd yazıçısı, tarixçisi və siyasətçisi.

Məhəmməd Əmin Zəki
ərəb. محمد أمين زكي
Doğum tarixi 1880
Doğum yeri
Vəfat tarixi 1948
Təhsili
  • Osmanlı Hərbi Məktəbi[d]

Həyatı

Məhəmməd Əmin Zəki 1880-ci ildə Osmanlı imperiyasının Süleymaniyyə şəhərində anadan olmuşdur. O, Süleymaniyyə Hərbi Məktəbi və Bağdad Hərbi Liseyində təhsil aldıqdan sonra 10 fevral 1902-ci ildə Osmanlı Hərbi Akademiyasından məzuz olaraq Osmanlı ordusuna qatılmışdır.[2] Məhəmməd Əmin Zəki 11 yanvar 1905-ci ildə İstanbuldakı Osmanlı Hərbi Texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir. O, daha sonra Osmanlı ordusunda qərargah zabiti kimi xidmət etmişdir.[3] Məhəmməd Əmin Zəki Bağdad Hərb Tarixi kafedrasını tərk etmiş və 23 iyul 1923-cü ildə İraq Hərbi Akademiyasında mühazirələr oxumağa başlamışdır. O həmçinin, 1920-ci illərdə Britaniya mandatı altında İraq administrasiyasında çalışmış[4] və 1928-ci ildə müdafiə naziri təyin edilmişdir.[5] Onun kürd xalqı və dövlətlərinin tarixinə dair iki cildlik kitabı bu mövzuda məşhur əsərlərdən biridir olmuş, ingilisərəb dillərinə tərcümə edilmişdir.[6] Məhəmməd Əmin Zəki 1944-cü ilin dekabrından 1946-cı ilin iyununa qədər Deputatlar Palatasının sədri olmuşdur.[7] O, 1948-ci ilin iyulunda İraqın Süleymaniyyə şəhərində vəfat etmişdir.[8]

İstinadlar

  1. "ŞƏRƏF XAN BİDLİSİNİN "ŞƏRƏFNAMƏ" ƏSƏRİ KÜRD XALQININ TARİXİ MƏNBƏYİ KİMİ ƏSƏRİNDƏN BİR PARÇA". Diplomat (az.). 24 (11). 1–15 dekabr 2005. səh. 6.
  2. G. F. Clayton, R. O. Collins, An Arabian Diary, 379 pp., University of California Press, 1969, p.340
  3. P. G. Kreyenbroek, S. Sperl, The Kurds: A Contemporary Overview, 250 pp., Routledge Publishers, 1992, ISBN 0-415-07265-4, p.197
  4. N. Méouchy, P. Sluglett, The British and French Mandates in Comparative Perspectives, 743 pp., BRILL Publishers, 2004, ISBN 90-04-13313-5, p.589
  5. P. Sluglett, Britain in Iraq: Contriving King and Country , 318 pp., I.B. Tauris Publishers, 2007, ISBN 1-85043-769-6, p.117
  6. L. Meho,' The International Journal of Kurdish Studies: a cumulative index, 1986-2002 Arxivləşdirilib 2008-07-25 at the Wayback Machine.
  7. "'File 11/44 Leading Personalities in Iraq, Iran & Saudi Arabia' [30r] (59/96)". Qatar Digital Library. September 10, 2018. December 28, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 8, 2022.
  8. Mihemed Emîn Zekî Beg, Dîroka Kurd û Kurdistanê, Avesta, İstanbul, 2002, ISBN 978-975-8637-20-1, p. 4.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.