Məhəmməd Əmin Rəsulzadənin heykəli (Novxanı)

Məhəmməd Əmin Rəsulzadənin heykəliNovxanı qəsəbəsində, ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin xatirəsinə ucaldılmış heykəl. Heykəl 1993-cü ildə heykəltaraş Cavanşir Dadaşov tərəfindən qranitdən hazırlanmışdır.

Məhəmməd Əmin Rəsulzadənin heykəli (Novxanı)
Ölkə Azərbaycan Azərbaycan
Yerləşir Bakı, Novxanı qəsəbəsi
Memarlıq üslubu monumental heykəltaraşlıq
Heykəltaraş Cavanşir Dadaşov
Material Qranit

İdeya

Heykəlin heykəltaraşı Cavanşir Dadaşov heykəli yaratması fikri və prosesi barədə Azadlıq radiosunun İz verilişinə belə demişdir:

" Bir dəfə böyük şairimiz Bəxtiyar Vahabzadəni və Şirməmməd Hüseynovu Novxanıda gördüm. Onlar M.Ə. Rəsulzadənin atası Axund Molla Ələkbərin məzarını ziyarətə gəlmişdilər. Onlarla görüşdüm və çay süfrəsinə oturduq. Xeyli söhbət elədik. Mən onlardan M.Ə. Rəsulzadə haqqında geniş məlumat aldım və abidəni yaratmaq ideyası da həmin gün yarandı.
"

Cavanşir Dadaşov 1990-cı ildə abidənin eskizləri üzərində işləyib:

" Bir neçə variantda hazırladım. 1991-ci ildə isə artıq abidənin üzərində işləməyə başladım. Vəsaiti Bakı Kəndlər Birliyi və Novxanı camaatı topladı. Beləliklə, Ukraynadan gəlmiş qranitdən Rəsulzadənin abidəsini yaratdım. 1993-cü ildə abidənin açılışı oldu.
"

Mənbə

  • Sevda İsmayıllı. "Rəsulzadənin Novxanıdakı abidəsi bir təsadüfi görüşdən yaranıb". azadliq.org. 2014-01-29. İstifadə tarixi: 2014-01-29.

İstinadlar

    Həmçinin bax

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.