Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası

Məhəmməd Əmin Rəsulzadə ensiklopediyasıNəsiman Yaqublunun müəllifi olduğu və ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadənin həyatı, yaradıcılığı və əsərləri haqqında geniş məlumat toplandığı ensiklopediya.

Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası
Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası
Ensiklopediyanın üz qabığı
Ensiklopediyanın üz qabığı
Müəllif Nəsiman Yaqublu
Janr Ensiklopediya
Orijinalın dili Azərbaycanca
Ölkələr Azərbaycan Azərbaycan
Orijinalın nəşr ili 2013
Rəssam Rəis Rəsulzadə
Nəşriyyat Bakı Kitab Klubu
Cild Bərk (qalın)
Səhifə 504
Tiraj 500
ISBN ISBN 978-9952-8202-2-5
Ensiklopediyanın müəllifi Nəsiman Yaqublu kitabın təqdimatında. 18.05.2013

Haqqında

18 may 2013 tarixində Məhəmməd Əmin Rəsulzadə İrsini Araşdırma Fondu “M.Ə.Rəsulzadə Ensiklopediyası”nın təqdimatını keçirib.

“M.Ə.Rəsulzadə Ensiklopediyası”nın müəllifi və Məhəmməd Əmin Rəsulzadə Fondunun rəhbəri Nəsiman Yaqublu ensiklopediyanın bu günlərdə çapdan çıxdığını bildirib. O, əsərin 504 səhifə həcmində olduğunu söyləyib.

Müəllifin dediyinə görə ensiklopediya Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi fəaliyyətinin Azərbaycan, Türkiyə, Almaniya, Fransa, Polşa dövrləri daxil olmaqla, bütün dövləri tam şəkildə əhatə edir.

Ensiklopediya sosial şəkəbələrdə yerləşdirilə biləcək şəkildə hazırlanıb. Belə ki, orada 300-ə qədər sənədin özü və fotosu hazırlanıb, 200-ə qədər məktub, yazışmalar əksini tapıb.

Bundan əlavə, M.Ə.Rəsulzadənin rəhbərliyi ilə hazırlanan qəzet və jurnalların biblioqrafiyası tərtib edilib. Biblioqrafiyaya Məhəmməd Əmin Rəsulzadənin sağlığında nəşr etdirdiyi 1150 məqalə və 27 kitabın adı daxil edilib.

“Bu ensiklopediya M.Ə.Rəsulzadənin Azərbaycan dövlətinin qurulmasının ideoloq və baş memarı olmasının təsdiqidir və XX əsrdə ikinci belə şəxsiyyət olmayıb”, - deyə N.Yaqublu ensiklopediyanın nəşrinin mahiyyətinə toxunub.

Müəllif həm də ensiklopediyanı Azərbaycan Demokratik Respublikasının 95 illiyinə Fondun töhfəsi adlandırıb.

Məzmun

Ensiklopediya Azərbaycanın dövlət xadimi M.Ə. Rəsulzadənin həyat və fəaliyyətinə həsr edilib.

İlk dəfədir ki, M.Ə. Rəsulzadənin həm Azərbaycanda, həm də mühacirətdəki fəaliyyəti geniş araşdırılır. Bu ensiklopediyada M.Ə. Rəsulzadənin bütün yazılarının və əsərlərinin ümumi biblioqrafiyası da verilib.

Kitabda təqdim olunan çoxlu sayda fotolar, arxiv sənədləri və yeni məlumatlar M.Ə. Rəsulzadənin bir şəxsiyyət kimi böyüklüyünü bir daha təsdiqləyir.

Bu ensiklopediyadan elm adamları, siyasi xadimlər, diplomatlar və tədqiqatçılar faydalana bilər.

Nəşr

Ensiklopediya 2013-cü ildə Bakı Kitab Klubunda 504 səhifə, 500 nüsxə çap edilib.[1]

İstinadlar

  1. "Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası" ( (az.)). kitabklubu.org. 2017-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-17.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.