Məhəmməd Əmin Buğra
Məhəmməd Əmin Buğra (həmçinin Muḥammad Amīn Bughra; uyğ. مۇھەممەد ئىمىن بۇغرا, محمد أمين بغرا, Муххамад Эмин Бугро; çin. 穆罕默德·伊敏 pinyin Mùhǎnmòdé·Yīmǐn; həmçinin Türkiyə ləhcəsində Mehmet Emin Buğra; 1901–1965)[2] — Şərqi Türkistan İslam Respublikasının yaradıcılarından və liderlərindən biri, Şərqi Türkistan İstiqlaliyyət hərəkatı nümayəndəsi. Məhəmməd Əmin Buğra cədiçilik hərəkatının görkəmli liderindən biridir.[3]
Məhəmməd Əmin Buğra | |
---|---|
Vəzifədədir | |
1933 – aprel 1934-cü ildən | |
Sincan əyalətindən Çin Respublikası Milli Məclisinin üzvü | |
Vəzifədədir | |
1941-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xotan, Sin İmperiyası |
Vəfat tarixi | (64 yaşında) |
Vəfat yeri | Türkiyə |
Partiya |
Gənc Qaşqar Partiyası Milli İnqilab Komitəsi[1] |
Fəaliyyəti | siyasətçi |
Dini | islam |
Hərbi xidmət | |
Mənsubiyyəti | ÇXR |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
1937-ci ilin yazında Cənubi Sincanda yenidən üsyan başladı. Uyğurların bu üsyanı qaldırmasına sıra amillər təsir etmişdir. Türk müsəlmanlarını sakitləşdirmək üçün Şen Şitsai onları arasından müstəqillik tərəfdarı olmayan bəzi nüfuzlu liderləri, o cümlədən Hacı Niyazi Xocanı və Kumul üsyanının başqa bir lideri (20 fevral 1931 - 30 noyabr 1931) Yulbars Xanı Qaşqar və Urumçidə vəzifələrə təyin etmişdi.
Eyni zamanda, İslamın təməl prinsiplərinə hücum edən təhsil islahatları və cənuba yayılmış ateist təbliğat proqramı yerli əhalini Şen hökümətindən daha da uzaqlaşdırırdı. Qaşqarda varlı bir müsəlman, Turfan üsyanının keçmiş lideri (1932), Şenin təyin etdiyi şəxslərdən biri olan Mahmud Sijan, hökumətə qarşı çıxışların əsas rəhbəri oldu.
Bu vaxt Sərdar Məhəmməd Haşim Xanın rəhbərliyi altında Əfqanıstanda, Şərqi Türkistan İslam Respublikasının (ilk Şərqi Türkistan Cümhuriyyəti olaraq bilinən ŞTİR) sürgündəki liderlərindən biri Məhəmməd Əmin Buğra 1935-ci ildə Yaponiya səfirinə "Yaponiya protektoratı altında, silah-sursat və maliyyə ilə Tokionun təmin edəcəyi "Şərqi Türkistan Cümhuriyyəti" qurulması barədə ətraflı bir plan təklif edərək" müraciət etmişdi. ...bu təklif olunan planda Orta Asiya "Mançjou-qo"nun gələcək lideri olaraq Mahmud Sijan (Mahmut Muhiti - 20 iyul 1934-cü ildən bəri Sincan əyaləti silahlı qüvvələrinin bir hissəsi olan Qaşqardakı 6-cı Uyğur Diviziyasının komandiri) göstərilmişdi. Mahmud Sijanda Yaponiyanın Böyük Şərqi Asiya Həmrəylik Sferası kimi siyasi birliyə dəvət alanlar arasında idi. Lakin bu plan alınmadı. Belə ki, Şen Şitsai 6-cı Uyğur Diviziyasının silahlarını "modernləşdirmək" təklifi ilə qoşunları tərksilah etmək əmrini vermişdi. Əmrə əsasən diviziyanın bütün köhnə silahları Urumçi nümayəndələrinə verilməli idi. Mahmud Muhuti isə bu addımın həyatına təhlükə yaratdığını düşünərək qaçmaq qərarı verdi. O, 2 aprel 1937-ci ildə Qaşqardan Hindistana getmək məcburiyyətində qaldı.
Üsyan
Mahmudun bu şəkildə gedişi, onun tabeliyindəki hərbi birləşmələrin silahlı üsyana qalxmasına səbəb oldu.[4] Hər hansı bir şəkildə sovetləşmə tərəfdarı olanlar edam edildi və qoşun komandanlığını Mahmut Muhitinin yaxın silahdaşı general Abduniyaz qəbul etdi (15 avqust 1937-ci il tarixində Yarkənddə döyüşdə həlak oldu). Onun rəhbərliyi altında ayrıca müstəqil müsəlman idarəsi quruldu. Abuniyazın başçılığı altında olan qoşunlar 4000-ə yaxın əsgər və zabitdən ibarət 4 alaydan ibarət idi. Bunlardan ikisi Qaşqarda, biri Yangihissarda, biri Yarkənddə, bir briqada isə Ustin Atuşda məskunlaşmışdı. Üstəlik bir süvari gözətçi eskadronu da Qaşqarda idi. Şen Şitsainin vilayət qoşunları 1937-ci ilin iyulunda Karaşahr şəhəri yaxınlığında gedən şiddətli döyüşdə üsyançılar tərəfindən məğlub edilərək darmadağın olundu. Lakin nəticədə üsyan Sovet qoşunları tərəfindən yatırıldı. Belə ki, 1937-ci ilin avqust ayında müdaxilə etmək üçün Şen Şitsai tərəfindən rəsmən SSRİ ordusu Sincana dəvət edildi. Sovet İttifaqının göndərdiyi Qırğız briqadası adlandırılan, təxminən 5.000 əsgər, iki taktik qrupdan ibarət idi- Oş və Narin. Onların hər birinin tərkibinə zirehli texnika, tank batalyonu (21 BT-7) və aviasiya ilə möhkəmləndirilən iki dağ alayı daxil edilmişdi. Alaylardan biri Qırmızı Ordu, biri isə NKVD-nin tabeliyinə idi. Bu müdaxilə qüvvələrinin kimyəvi silahdan istifadə etməsi barədə təsdiqlənməmiş məlumatlar mövcuddur.
Sincana qayıdış
1940-cı ildə Məhəmməd Əmin Buğra Kəşmirdə sürgündə olarkən bölgənin qədim dövrlərdən günümüzə qədər olan tarixini təsvir edən və müstəqilliyini itirməsinin səbəblərini təhlil edən "Şarkiy Türkistan Tarihi" (Şərqi Türkistan Tarixi) kitabını nəşr etdirdi.[5]
1940-cı ildə Çan Kayşi tərəfindən göndərilən İsa Yusif Alptəkin və Ma Fulianq, Əfqanıstana gələrək Buğra ilə əlaqə qurdular. Ondan Homindan rejiminin paytaxtı Çuntsinə gəlməsini xahiş etdilər. Buğra, 1942-ci ildə Yaponiya casusu şübhəsi ilə ingilislər tərəfindən tutuldu. Lakin Homindanın müdaxiləsindən sonra Buğra sərbəst buraxıldı. O və İsa Yusuf Homindanın müsəlman nəşrlərinin redaktoru olaraq çalışırdılar. Sincandakı Çjan Çjiçjun rejimi vaxtı əyalət komissarı idi.[6]
Məhəmməd Əmin Buğra və silahdaşı olan pan-türkçü və cədidçi, Şərqi Türkistan istiqlal hərəkatının fəalı Məsud Səbri Sovet İttifaqının Sincan Türk xalqına “Uyğur xalqı” adının tətbiq edilməsini rədd edirdilər. Bunun əvəzinə onlar “Türk etnosu” (Çin dilində Tujue zu) adının xalqlarına tətbiq edilməsini istəyirdilər. Məsud Səbri də huey xalqına öz xalqından ayrı, çinli müsəlman han kimi baxırdı.[7] Xüsusilə, "Türk" və ya "Türki" adları Buğra tərəfindən xalqının əsl adı olaraq tələb edilirdi. Şeng Şitsai türk müsəlmanlarını fərqli etnik qruplara ayırdığı üçün onu tənqid edirdi. Çünki Buğra belə hesab edirdi ki, bu türk müsəlmanları arasında parçalanma yarada bilər.[8]
1948-ci ildə Buğranın həyat yoldaşı Əminə Buğra Qanunverici Yuana seçildi. Elə həmin ilin dekabrında Çan Kayşi tərəfindən Burhan Şəhidinin rəhbərlik etdiyi Sincan Hökümətinin sədr müavini vəzifəsinə təyin edildi. O, Çin millətçiləri (Homindan) ilə müttəfiq olduqlarını elan etdi. Bu addımın əsas məqsədi Çin Respublikasının rəsmi qoruması altında Şərqi Türkistanda yaşayan türklərə muxtariyyət almaq idi. O, həm də bununla Sincanda Sovet İttifaqı tərəfindən dəstəklənən İkinci Şərqi Türkistan Respublikası da daxil olmaqla, Sincandakı bütün kommunist qüvvələri məhv etməyi düşünürdü.
Bu zaman Şərqi Türkistanda Üç Əfəndi (Üch Äpändi) (ئۈچ ئەپەندى) - İsa Yusif Alptəkin, Məhəmməd Əmin Buğra və Məsud Səbri fəaliyyət göstərirdi.[9][10] İkinci Şərqi Türkistan Respublikası onlara Homindan tərəfdarı kimi baxırdı.[11][12]
Sürgün
1949-cu ilin sentyabrında Çin Xalq Azadlıq Ordusu Sincana daxil oldu. Bundan sonra Məhəmməd Əmin Buğra Hindistana getmək məcburiyyətində qalır. Sonra isə o, Türkiyəyə gedərək orada məskunlaşır. Türkiyədə o, başqa bir sürgün edilmiş uyğur lideri Şərqi Türkistan İslam Respublikasının Milli Məclisinin keçmiş baş katibi İsa Yusif Alptəkinə qoşuldu. Şərqi Türkistan İslam Respublikası 1933-cü il noyabrın 12-dən 1934-cü il fevralın 6-nadək qısa bir müddətdə mövcud olmuş və Nankindəki Homindan hökuməti ilə rəsmi olaraq müttəfiq olan Ma Çunqun komandanı olduğu huey orduları və SSRİ-nin göndərdiyi hərbi hissələrinin hücumları altında dağılmışdı.
1954-cü ildə Məhəmməd Əmin Buğra Yusif İsa Alptəkin ilə Tayvana gedir və Çin Respublikasının Homindan hökumətini Şərqi Türkistana iddialarından imtina etməsinə inandırmağa çalışırlar. Lakin onların tələbi rədd edilir və Tayvan hökuməti Sincanı “Çinin ayrılmaz hissəsi” kimi qaldığını bildirir.[13]
Məhəmməd Əmin Buğra 1965-ci ildə Türkiyədə sürgündə vəfat etmişdir.
Mirası
Türkistan İslam Partiyası jurnalının 1-ci sayında bölgə tarixi haqqında verdiyi "İslam Türkistan"da məqaləsində Məhəmməd Əmin Buğradan bəhs etmişdir.[14]
Həmçinin bax
İstinadlar
- Andrew D. W. Forbes. Warlords and Muslims in Chinese Central Asia: a political history of Republican Sinkiang 1911-1949. Cambridge, England: CUP Archive. 1986. səh. 84. ISBN 0-521-25514-7. 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
- Ondřej Klimeš. Struggle by the Pen: The Uyghur Discourse of Nation and National Interest, c.1900-1949. Brill. 8 January 2015. 122–. ISBN 978-90-04-28809-6. 14 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 February 2021.
- Tursun, Nabijan. "The influence of intellectuals of the first half of the 20th century on Uyghur politics". Uyghur Initiative Papers. Central Asia Program (11). December 2014: 2–3. 2016-10-12 tarixində orijinalından arxivləşdirilib.
- "Moslems in Chinese Turkestan in Revolt Against Pro-Soviet Provincial Authorities". The New York Times. 26 June 1937. 18 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 February 2021.
- https://archive.org/details/SherqiTurkustanTarixidouTrkistanTarihi
- Hsiao-ting Lin. Modern China's Ethnic Frontiers: A Journey to the West. Taylor & Francis. 2010. səh. 90. ISBN 978-0-415-58264-3. 2022-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
- Arxivləşdirilib 2016-01-01 at the Wayback Machine Wei, 2002. səh. 181
- Arxivləşdirilib 2016-01-01 at the Wayback Machine Millward, 2007. səh. 209
- Kamalov, Ablet. Millward, James A.; Shinmen, Yasushi; Sugawara, Jun (redaktorlar ). Uyghur Memoir literature in Central Asia on Eastern Turkistan Republic (1944-49). Studies on Xinjiang Historical Sources in 17-20th Centuries. Tokyo: The Toyo Bunko. 2010. səh. 260. 2018-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-19.
- Ondřej Klimeš. Struggle by the Pen: The Uyghur Discourse of Nation and National Interest, c.1900-1949. Brill. 8 January 2015. 197–. ISBN 978-90-04-28809-6. 9 January 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 February 2021.
- Ondřej Klimeš. Struggle by the Pen: The Uyghur Discourse of Nation and National Interest, c.1900-1949. Brill. 8 January 2015. 241–. ISBN 978-90-04-28809-6. 27 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 February 2021.
- David D. Wang. Clouds Over Tianshan: Essays on Social Disturbance in Xinjiang in the 1940s. NIAS Press. January 1999. 28–. ISBN 978-87-87062-62-6. 2022-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-19.
- Page 52, Ismail, Mohammed Sa'id, and Mohammed Aziz Ismail. Moslems in the Soviet Union and China Arxivləşdirilib 2020-08-01 at the Wayback Machine. Translated by U.S. Government, Joint Publications Service. Tehran, Iran: Privately printed pamphlet, published as vol. 1, 1960 (Hejira 1380); translation printed in Washington: JPRS 3936, September 19, 1960.
- "ماذا تعرف عن تركستان الشرقية". تركستان الإسلامية. No. العددالأول. July 2008. səh. 18.
Ədəbiyyat
- Mark Dickens. The Soviets in Xinjiang (1911–1949). 1990.
- Allen S. Whiting (1958) and General Sheng Shicai. Sinkiang: Pawn or Pivot ?. Michigan State University Press, USA, 1958.
- Millward, James A. Eurasian Crossroads: A History of Xinjiang (illustrated). Columbia University Press. 2007. ISBN 978-0231139243. İstifadə tarixi: 25 March 2013.
- C. X. George Wei; Xiaoyuan Liu, redaktorlar Exploring Nationalisms of China: Themes and Conflicts. Volume 102 of Contributions to the Study of World History Series. Greenwood Publishing Group. 2002. ISBN 0313315124.