Məhəmməd Şirvani

Şirvani - sufi alimi, mürşid.

Şirvani
Doğum tarixi
Doğum yeri Şamaxı
Vəfat tarixi
Vəfat yeri

Həyatı

Böyük vəlilərdən. Adı Məhəmməd Əli, künyəsi Əbu Hikmət, ləqəbi Muhyiddîn Şemâxî'dir. Şirvanda doğulub. 1335 (H.736) tarixində Gəncə şəhərində vəfat etdi.

Məhəmməd Şirvani, Təbrizdə elm təhsil etdi. Daha sonra məmləkəti olan Şirvan'a dönüb ticarətlə məşğul oldu. Vəlilik yoluna girişi belə anladılır:

Şirvani həzrətləri əvvəllər ipək alıb satardı. Geylan və Laheycan diyarlarına mal göndərərdi. O diyarda bir şəriki var idi. O, malları, orada satır və məmləkətin puluna çevirirdi. Bir gün şəriki vəfat etdi. Geridə kimsəsi olmadığı üçün bütün malına oranın idarəçisi əl qoydu. Şirvani həzrətləri bunu eşidib, ora getmək üzrə yola çıxdı. Çatdığında hakimə vəziyyəti izah etdi. Mallarını geri istədi. Lakin nə etdisə malını qurtara bilmədi. Bunun üzərinə Allahu-təalanın sevimli qulu Şeyx Zahid (Şeyx Zahid Gilani ətaflı bax) həzrətlərinin dərgahına gəlib halını ona izah etdi və dua istədi. Zahid həzrətləri; "Oğlum! Sən bu işə məmur deyilsən və bunun üçün yaradılmadın. Adın gözəldir və səndə neçə-neçə hikmətlər mövcuddur. Bəli desən bu hikmətlər səndə meydana gələr." buyurdu. O da bəli deyincə, Zahid həzrətləri ona nəzər etdi və Şirvani də ona tələbə oldu və uzun bir zaman söhbətlərində iştirak edib yetişdi.

Şirvani, müəllimi Zahid həzrətlərinin düyü ərazilərində və bağlarında çalışıb. Gecə oralara gedib suvarma işlərinə baxardı. İşləyərkən yerinə baxacaq bir dervişin gəldiyini görsə dərhal namaza durardı. O namaza başlayanda suyun akışı və səviyyəsi yüksələr, bağ və çəltik tarlası başdan-başa sulanardı. Namazını bitirdiyində suyun səviyyəsi düşər və axışı azalar, köhnə halına dönərdi. Bunu görən dərviş yoldaşı suyun artması işini mürşidinə danışdıqda mürşidi; "Vaxtı gəldi." buyurdu və Şirvânî'ni çağırıb ona icazət, diplom verdi. Sonra da onu haqq yolun bilgilərini öyrətməklə vəzifələndirdi.

Şirvani, Gəncə şəhərinə yerləşdi. Artıq irşadla məşğul oldu. Zamanın sultanı Cəlaləddin onu sevər və hörmət göstərərdi. Şirvani həzrətləri Gəncədə dərgah və məscid tikdirdi. Ömrünü insanlara xidmətlə keçirdi.

Mənbə

  • Lemezât, Süleymaniyyə Kitabxanası
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.