Məhəmməd Şərif Əfəndizadə
Məhəmməd Şərif Əfəndizadə Cümhuriyyət Parlamentində onun kimi Qarabağdan millət vəkili[1]
əslən Şamaxıdandır və ata-baba evi Sabirin dükanının qonşuluğunda olub. Sabirlə dostluq edən Məhəmməd Şərif sonralar Əli bəy Hüseynzadə və Məhəmməd Hadi ilə tanış olur, onlar haqqında xatirələrini yazır. Gəlin, həmin xatirələrdən ikisinə diqqət yetirək: “Həqiqəti qeyd etmək lazımdırsa, Sabir dostlarının dinsizliyinə baxmayaraq, ölənə qədər dindar qalmış və böyük əksəriyyətlə namazlarını qılmışdı. Onun dostları arasında dinə ən çox hörmətsizlik edən Məhəmməd Hadi idi. Hadi danışdığı zaman Sabir həmin otağı tərk edər, “qulaqlarım eşitməsin” deyərdi “.
İkinci xatirə Sabirin arvadı ilə aralarında olan münasibəti, daha doğrusu, arvadının Sabirə və onun yazı-pozusuna münasibəti haqqındadır: “Sabir əslində dindar olsa da, təəssübkeş deyildi, ancaq belə görünmək məcburiyyətindəydi. Onu belə görünməyə məcbur edən ailəsi, xüsusən də böyük qardaşları ilə arvadı idi. Sonralar özü danışardı... Bəzən gecələr bir şey yazmaq istəyəndə arvadı hirslənərək qışqırarmış. Ona görə də daim yanına açıq Quran qoyar və arvadı baxanda, gözünü Qurana dikərək yalandan dodaqlarını hərəkət etdirərmiş”.[2]
Kitabları
"Azərbaycan və inqilabı" 1921-ci ildə İstanbulda çapdan çıxıb[3]
İstinadlar
- "Arxivlənmiş surət". 2018-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-15.