Məhəmməd İsaxov

İsaxov Məhəmməd İsmayıl oğlu — yaxın keçmişimizin ictimai xadimi və xalq müəllimi kimi tanınmış bir şəxsiyyət. Pedoqoji elmlər namizədi.

MƏHƏMMƏD İSAXOV
Məhəmməd Sadıxov
Doğum yeri
Elmi dərəcəsi

O, ilk təhsilini o vaxt Qubadlı, Laçın və Zəngilan rayonlarını əhatə edən rus məktəbində alıb. Bu məktəbdə təhsil aldıqdan sonra Bakıya gəlmiş Nobel qardaşlarının mədənində fəhlə , telefonçu və kiçik kontor işçisi olmuşdur. Sonra inqilabçılar sırasına daxil olaraq Sovet hökumətinin düşmənlərinə qarşı mübarizə aparmışdır.

Bundan sonra yaşının çox olmasına baxmayaraq Bakıda fəhlə fakültəsində təhsilini davam etdirir, sonra Azərbaycan Dövlət Darülfünunun təbiət fakültəsində təhsil alır. Ali təhsilinin başa vrduqdan sonra Azərbaycan xalq müəllimlərinin sırasına daxil olur və ömrünün sonuna qədər şərəfli xalq müəllimləri sırasında bir dönməz əsgər kimi dayanır. Kəlbəcər və Qubadlı rayonlarında xalq maarif şöbələrinə rəhbərlik edir və bütün biliyini bu yolda sərf edir.

Ömrünün son 13 ili ərzində Məhəmməd Sadıxov əvvəlcə Qiyabi Pedaqoji İnstitutun direktoru, sonra isə Azərbaycan Elmi Tədqiqat Pedaqoji İnstitutunda elmi işçi kimi fəaliyət göstərir. O, həmin illərdə təlim-tərbiyə işinə həsr olunmuş bir sıra samballı əsərlər yazır. Pedaqoji işi ilə yanaşı "Təbiyyat dərslərində ölkəşünaslıq işləri" mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi adını alır.

O, xalq yazıçısı Süleyman Rəhimovun yaxın dostu olmuş və böyük ədib bu dostluğu özünün "Aynalı" povestində vəsf etmişdir.

Xarici keçidlər

  • [www.anl.az/el/b/be_xdg.pdf Xatirəyə dönən günlər: Sənədlər və xatirələr]
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.