Məhəmmədəli Məşədiyev
Məşədiyev Məhəmmədəli Qulu oğlu (1 aprel 1961, Qazax rayonu) —
Məhəmmədəli Məşədiyev | |
---|---|
Doğum tarixi | 1 aprel 1961 (62 yaş) |
Doğum yeri | |
Təhsili |
Həyatı
Məşədiyev Məhəmmədəli Qulu oğlu 01 aprel 1961-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur.1968-1978- ci illərdə Qazax rayon Çaylı kənd orta məktəbində təhsil almışdı.
1983-1988-ci illərdə Qazax rayon Uşaq Musiqi məktəbində saz ixtisası üzrə müəllim, 1988-ci ildən 1989-cu ilə kimi Çaylı kənd Mədəniyyət evinin bədii rəhbəri, 1989-2004-cü ilərdə Çaylı kənd Mədəniyyət evinin müdiri vəzifələrində işləmişdir.
1990-1995-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır.
2004-2006-cı illərdə Qazax rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
2006-cı ildən hazıradək Çaylı kənd folklor evinin müdiri, 2017-ci ildən Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində yaradılmış “İncəgülü” Aşıqlar ansamblının bədii rəhbəri vəzifələrində işləyir.
1985-ci ildə Faşizm üzərində Qələbənin 40 illiyinə həsr edilmiş Ümumittifaq bədii özfəaliyyət kollektivlərinin, 1987-ci ildə Böyük Oktyabr Sosialist İnqilabının 70 illiyinə həsr edilmiş xalq yaradıcılığı festivallarının laureatı olmuşdur.
2000-ci ildə Azərbaycan-Gürcüstan gənclərinin III Dostluq görüşünün təşkili və keçirilməsində yüksək fəallıq göstərdiyinə görə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin diplomu, 2003-cü ildə Aşıq sənətinin inkişafındakı xidmətlərinə və ictimai işlərdə fəal iştirakına görə Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
2007-ci ildə “Lider”televizyasının təşkil etdiyi “Ozan” aşıq müsabiqəsində münsif və müəllim kimi fəaliyyət göstərmişdir.
2008-ci ildə V Aşıqlar Qurultayının nümayəndəsi olmuş və həmin Qurultayda Azərbaycan Aşıqlar Birliyinin İdarə heyətinin üzvü seçilmişdir.
2012-2014-cü illərdə Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi gənc aşıqların müsabiqələrində münsiflər heyətinin üzvü olmuşdur.
2014-cü ildə II Beynəlxalq Aşıq Festivalında fəal iştirakına görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin diplomu və 2015-ci ildə isə “Fəxri Mədəniyyət İşçisi” döş nişanı ilə təltif olunmuşdur.
2016-cı ilin iyul ayında Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri kimi Dağıstan Respublikasında keçirilən Beynəlxalq Folklor və ənənəvi “Dağlılar” mədəniyyəti və “Samauri” ənənəvi xalq mədəniyyətinin V Beynəlxalq Festivallarında fəal iştirakına görə Rusiya Federasiyası Dağıstan Respublikasının Mədəniyyət Nazirliyinin diplomları ilə təltif edilmişdir .
Uzun illər mədəniyyət sahəsindəki xidmətlərinə, Həmkarlar ittifaqı işində fəal iştirakına görə 2017-ci ildə Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
Mütəmadi olaraq aşıq sənəti ilə bağlı ayrı-ayrı televiziya və radio kanallarında çıxışları olmuşdur.